Rüfət Səid (Əhmədzadə) - Ayselin uçmasına dair fəlsəfi esse
30.06.14

Ey sevgili millət, uca xalq!

Siz elə bilirsiniz ki, qələm adamları əppə  yemirlər? Yox, elə deyil. Həmişə olmasa da, hərdən-birdən yeyirik, hətta bayram günlərində xüsusi şövq ilə tualetə də gedirik.

Şəxsən, bu mübarək Sevgililər Günündə bütün ağrılı-acılı xatirələrimə sifon çəkib gəlmişəm. Amma xatirələr çox sırtıq olar. Yenə gəlib üzünə duracaqlar. Və yenə də, getdiyin, pənah apardığın yerlərdə söyüş yiyəsi olacaqsan. Başa sala bilməyəcəksən ki, vallah, billah, mənlik deyil... Nə isə, keçək sevginin saf tərəflərindən danışmağa.
Çox populyar bir sual var: "Bu sənətə gəldiyinizə görə kimə borclusunuz?”. Bu sualı bir şairə versən, əvvəlcə duruxub qalar. Yəqin ki, qısa qapanmadan sonra başlayacaq bir-bir kimlərinsə adını çəkməyə. Amma mən soruşuram: Nəyə görə kiməsə minnətdar olmalıyıq ki?
Əlimiz bala batıb? Sifon çəkməklə də getməyən o xatirələrə görə kimə təşəkkür etməliyik? Ya da ona görə ki,  gəncliyimizin bütün perspektivlərini fərsizlikdən doğmuş depressiyalı xəyallara həsr etmişik?
Sentimental bir şairin üz tutduğu hər yer qıfıllı olar. Hətta... Həm də... Nə yazsaq, nə desək də,  nə uğrunda mübarizə aparsaq da, mənası yoxdur. 
Yəni, yalandan 1-2 ürək kövrəltməkdən başqa nə faydası var? Yox, insanlara vicdan əzabı yaşadacağıq? Romantik oğlanın xəyallarıyla yekəqarın bir heyvərənin altına girənə nə verəcəksən? Azad olmağımı öyrədəcəksən... Əhsən!
Mən heç kimə minnətdar deyiləm. Xüsusən də, xatirələrimə görə. Deyirlər ki,ədəbiyyatı göz yaşı  yaradır. Mənsə  deyirəm ki, tər yaradır. İy gəldisə,pəncərəni aça bilərsiniz.  Aysel söz verib, sakit oturacaq.
Yalandan ilham pərisi nağıllarıyla həm özümüzü, həm də başqalarını doladıq. Qadınlar da məhz ilham pərisi olmaq naminə gəlib bir-bir getdilər. Qalmaq üçün gələnlər yox imiş bu dünyada.
Bu dünyada şəxsi problemlərin kökündə də sosial problemlər durur. Bəzən də şəxsi problemlər kiməsə stimul verir, özünü sübut etmək üçün əsas yaradır... 
Amma mənim indiki durumumda, sosial problemlərimin kökündə şəxsi problemlərim durur.Hər şeyi ürəyimə salıram. Ürək də dözmür. Enerji tükənir, söz verdiyim işləri vaxtında çatdıra bilmirəm, düşürəm sosial şəbəkələrin canına... Nəticə?
Mənim kimi minlərlə insan bir-birini "like” eləməklə yola verir, axşam düşür, səhər açılır, sonra yenidən axşam düşür.... Və şair bir gün siqaret almağa çıxanda, tanış bir simanı görür.
Hayqırmaq istəyir:
- Aysel, düş  maşından! O, sənə görə deyil.
Şairin boğazı düyünlənib. Səsi çıxmır. Aysel öz işindədir. Maşına əyləşir, cüvəllağı qaqaşla öpüşüb-görüşür, bir siqaret yandırır... Maşın yerindən götürülür.
Kim nə edə bilər ki? Sevgi nə qədər ideal olsa da, mövcud reallıqları dəyişmir. Sonda müxtəlif formalarda gördüyünüz "xoşbəxtlik” variantları üçün bu sevgidən keçməli olursunuz.
Kimi üçün xoşbəxtlik valideynlərin tapdığı kriteriyalardır.
Kimin üçün bağlı qapı arxasından qır-qızıl...
Kimi üçün beş dəqiqəlik ləzzət...
Kimi üçün göydəndüşmə şöhrət...
Kimi üçün isə bir şairin üçcə bəndlik şeiri.
Və hələ də durub, fərqli fikirlərin müzakirəsinə çıxırıq. 30 iyun tarixini Sevgililər Günü kimi qeyd edək,  ya etməyək?
Şəxsən, mən Fərizənin yerində olsaydım (o sevgi və iradə ilə), elə məhz eyni addımı atardım.
Mənim üçün filosofluq etməyin! Belə bir cəmiyyətdə atasız uşaq böyütmək, dul olmaq bilirsinizmi nədir? 

Dövlət şəhidlərə, şəhid ailələrinə, yetimlərə, yesirlərə yiyə durdumu? Ya bizim insanlarımız nə etdi? Fərizə uşağını böyüdəcəkdi ki, 20 il sonra onun gözü qabağında hansısa "millətçi" deputatlar, "solçu" balalaykalar Rusiyanı təbliğ etsinlər?

P.S.: Aysel də uçdu pəncərədən. Səbəb "peredoz” idi.
/kult.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.