Yarımçıq əlyazma” italyan dilində də çap olunacaq
04.07.14

Yarımçıq əlyazma” italyan dilində də çap olunacaq.

Türk xalqlarının ortaq ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı ədəbiyyatımızın dünya ədəbiyyatına inteqrasiyası üçün gözəl zəminlərdən biridir. Kamal Abdulla “Yarımcıq əlyazma” romanında etnik movzuya modern yanaşma tərzi ilə “Kitabi-Dədə Qorqud” eposu motivlərini müasir dünya ədəbiyyatı arenasına çıxartmışdır, Belə ki, əsərin ərsəyə gəlməsi və müxtəlif dillərə tərcümə edilməsi “Kitabi-Dədə Qorqud” dastanının və türk xalqlarının tarixinin yenidən dünya alimlərinin müzakirə və araşdırma obyektinə çevrilməsinə səbəb olmuşdur.

Xatırladaq yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı “Le Manuscrit inacheve” Fransada, “Eksik el yazması” adı ilə Türkiyədə, Rusiyada “Неполная рукопись”, Brazilyada “O Manuscrito İnacabado”, Polşada “ Zagadkowy Rykopis”, ABŞ-da “The İncomplete Manuscript”, Qazaxıstanda “Толык емес колжазба”, Avstriyada isə “Das unvollstandige manuscript” adı ilə çap edilib. Amma bu son deyil!

Belə ki, İtaliyanın məşhur nəşriyyat evlərindən bir olan “Sandro teti editore” nəşriyyatı romanı italyan dilində çapa hazırlayır. Əsəri italyan dilinə romanın rus və ingilis dili versiyasından rus dili mütəxəssisi və tərcüməçi Danieli Franzione tərcümə etmişdir. Ön sözün müəllifi Orta əsrlər ədəbiyyatı və mədəniyyəti və eləcə də sivilizasiyalar arası münasibətlər üzrə mütəxəssisi, Florensiya Universitetinin deportamentinin rəhbəri professor Franko Kardini, kitabın redaktoru isə professor Bernardenidir. Kitab çap olunana qədər isə italyan oxucular romanla ilkin tanışlıq imkanı əldə edəcəklər.

Belə ki, İtaliyanın məşhur “Sole 24 Ore” qəzeti əsəri 3 ay ərzində hissə-hissə oxuculara təqdim edəcək. Qəzet yalnız həftənin bazar günləri mədəniyyət xəbərlərini təqdim edir.  Qəzetin bu buraxılşında dünyaca məşhur yazarların əsərləri yayımlanır. “Yarmçıq əlyazma” əsəri də elə bu səhifədə çap olunacaq. Gündəlik maliyyə-iqtisadiyyat xəbərlərini yayımlayan qəzetin bir ədəbiyyat nümunəsinə - “Yarmçıq əlyazma” romanına marağı və diqqəti çağdaş Azərbaycan ədəbiyyatının böyük uğuru, eyni zamanda əsərin əhəmiyyətinin, dəyərinin göstəricisidir.

























Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.