Əfsanə Əliyeva - “Solaxay”lar haqqında mif
08.07.14

Hemid Herisçinin “Solaxay”ı haqda

Kitabı əlimə götürəndən yazmaq duyğusu məni bürüdü. Romanı bitirməyə belə ehtiyac duymadan oxuya-oxuya beynimdə yazırdım. Bəlkə bu bir “solaxay” doğmalığıdır.  “Sağ” a keçib “sol”unu unudan “solaxay”... Mən yazmağa başlayanda artıq sağla yazmağı öyrənmişdim. Bilmirəm solla yazmaq necə olur. Siz bu yaşınızda sola keçmisinizsə boşuna tələsməyim demək vaxta hələ var. Bəlkə də yox...

Romanda balaca Herisçi yavaş-yavaş böyüyür. Müəllifin öz həyatını yazmaq ehtiyacı təəssüratı yarandı içimdə. Sonra bu “uşaq Herisçi”nin tandığım “böyük Herisçi” olmağına şübhə etdim. Oxuduqca qəribə tərəddütlər yaşadım. Xəstəxananın qoxusu burnuma gəldi. Tikintinin tozu-torpağı gözümə düşdü.

Rusca danışan köhnə kişilər, qumlu bağ yolları heç görmədiyim köhnə Sovet dövrünün Bakısını xatırlatdı mənə. Ölümlə çarpışan bir körpənin sayəsində müharibənin fəsadlarını hiss etdim. 

O dövrə tarixin yox, bir uşağın yaşadıqlarının içindən baxdım. Əslində hərəmiz bir tarixik. “Tısbağa supu” isə müharibənin ən dəhşətli səhnəsidir. Uşaqlar daha çox acı çəkir.  Məndə mənə pənah gətirən tısbağaların şorbasını içmək istəməzdim...

Çox qorxdum. Bəlkə bütün solaxaylar uşaqlıqda ölümcül xəstəliklə üz-üzə gəlir. Sonra qəfil də həyata atılır?...

İnsanlar, müharibə, şəhər elə xırdalıqlarla təsvir olunub ki. Axı uşaqların müşahidə qabiliyyəti iti olur. Görürlər, sonra da gördüklərini özlüklərində analiz edib dərk edirlər.

Bu hissədən sonra nədənsə əsər mənə darıxdırıcı gəlməyə başladı. “Yüz ilin tənhalığı” romanını xatırlatdı mənə. Bu məlum əsərdə də müəllif bir nəsil şəcərəsinin taleyi fonunda müəyyən bir tarixi dövrü bədiiləşdirmişdir. Amma Markesdən fərqli olaraq Həmid Herisçi özündən- “Herisçi”lərdən yazıb.

Əsəri oxumağa başlayanda belə olacağını nə düşünməmidim, nə də ki, gözləmirdim. “Solaxay”lar isə hədddən artıq əfsanələşdirilib.

Həmid bəy romanı deyəsən öz gündəliyi əsasınd ayazıb. Adını “Mənim həyatım” da qoya bilərdi.
Romanın sayəsində az da olsa Sovet dövrü, İran inqilabı ilə də bağlı informasiya aldım. Kitabın solaxaylarla bağlı məqamları bir solaxay kimi məni ilhama gətirdi. Şeir yazdım.

Ölən ümidlərin qəbiristanlığıdır burası.
Ümid öləndə sol tərəfdə heç nə işləmir.
“Sağ” nəyə ümid edib böylə canfəşanlıq edir?!
De görüm axı, “sağ əl” nəyə yaradın
Qaşıq qaldırmaqdan,
Qələmi kağızlara sürtməkdən başqa!?
Sən, “Sağ ayaq” nə etdin
keçi kimi qabağa qaçmaqdan özgə!
“Sağ çiyin” tabut daşıyırsan yaranandan
Təəssüf...
Ona görə adam həyatdan bezir
“Sağ” qalmaq istəmir...

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.