Kənan Hacı - Sahilənin şıltaqlığı – POLEMİKA
10.07.14

Ədəbiyyatın gücü zaman tanımamağındadır. Yaşı yüz min illəri keçmiş ədəbi mətnlər məhz bu keyfiyyətlərinə görə bu günümüzə gəlib çatıb. Sözsüz ki, o zamanlar ədəbiyyatda aqrar və industrial bölgülər aparılmamışdı. Ədəbi mətn heç bir zaman regional hadisə sayıla bilməz. Ədəbiyyatı kənd və şəhərə bölməyin özü aqrar təfəkkürün göstəricisidir.

Gənc və gözəl yazarımız Sahilə İbrahimovanın məlum müsahibəsindən sonra yenə müzakirələr başlandı və düşündüm ki, axı biz nəyi müzakirə edirik? Dünyanın heç bir yerində bu tipli əcaib təsnifat aparılmır. Xətrini çox istədiyim Sahilə xanımın müsahibəsində xeyli mübahisəli, yumşaq desək, diletant yanaşmalar gördüm. Birincisi, onun məntiqinə görə bir Azərbaycan yazarı öz əsərindəki obrazın adını Əli, Vəli, Pirvəli qoya bilməz. Guya bu, kübar çevrələrdə qəbul olunmur. Bu, nə əcaib yanaşmadır? Onda gərək bütün əsərlərdən bu adı daşıyan adamları sürgün edək.

İkincisi, ədəbi terminologiyada aqrar nəsr, kübar nəsr anlayışı yoxdur. Yazıçı mütləq şəhərdən və yaxud kənddən yazmalıdır deyə bir qayda da yoxdur. Mənim düşüncəmə görə adam yazıçıdırsa, kəndi də, şəhəri də tanımalıdır. Kəndi tanımayan yazıçı şəhərdən də yaza bilməyəcək, yaxud şəhəri tanımayan yazıçı kənd nostalgiyasını, kənd stixiyasını anlada bilməyəcək. Yazıçının təsvir etdiyi zamanın içində kənd də, şəhər də ola bilər, amma əsas olan nədən və hardan yazmaq deyil, necə yazmaqdır.

Ədəbiyyatı zövqlərin ümidinə buraxmaq da zərərli və yanlış yanaşmadır, oxucu dedektiv oxuyur deyə və yaxud Sahilə xanımın təbirincə desək, “kübar ədəbiyyat”ı sevir deyə bu zövqə hesablanmış əsərlər yazmaq yox, oxucunun zövqünü formalaşdıran əsərlər yazılmalıdır. Dostoyevskini bəyənməmək artıq zövq məsələsi deyil, onu bəyənməmək üçün ən azı, Dostoyevskiyə qədər yazılanları oxumaq lazımdır.

Sahilə xanımın bu yanaşması mənə şəhərdə böyüyüb kəndi bəyənməyən qızın şıltaqlığını xatırlatdı. Kübarlıq daxili mədəniyyətdir. Kübar mühitdə, ailədə böyüyüb kübar mədəniyyəti əxz edə bilməyən insanlar var. Stendalın “Qırmızı və qara” romanının qəhrəmanı Jülyen dülgər oğludur, amma o, əyanların məclisində özünü elə aparır ki, hər kəs onun davranışlarına, düşüncə qabiliyyətinə heyran qalır. Kübarlıq ədəbiyyatın, söz sənətinin ayrılmaz bir xassəsidir. Əsərlərində kəndi və onun insanlarını təsvir edən Sabir Əhmədli, İsi Məlikzadə həyatda olduqca aristokrat, kübar  təbiətli insanlar olub. Kənddən çıxmış yazıçını qatardan yenicə düşmüş ayağı palçıqlı kənd adamından fərqləndirən də fitrətindəki kübarlıqdır.

Lap əslinə qalanda, şəhərin həmişə kəndə ehtiyacı olub. Şəhəri şəhər edən, yetişdirən, yaşadan da kənddir. Belə ki, şəhər kürəyini həmişə kəndə söykəyib, kəndlər şəhərin qol-budaqlarıdır. Kənddən gələn hər yeniyetmə öz içindəki bir parça işığı da özüylə gətirib. Yoxsa şəhər şəhər olmazdı.

Ədəbiyyatı kəndə, şəhərə ayırmaq natamamlıq kompleksinin nəticəsidir. Niyə unuduruq ki, kənddən çıxmış Mirzə Fətəli və Mirzə Cəlil olmasaydı, bu millət hələ də cəhalətin tozlu-palçıqlı yollarında təpik döyəcəkdi?

Sözsüz ki, hər bir insan öz mühitinin məhsuludur.  Yazıçı genetik koddan heç vaxt kənara çıxa bilməz. Bu, təbiətə, yaradılışa zidd olardı. Amma yazı sənəti bu lokallığı qəbul etmir. Ədəbiyyat məkan və zaman ölçüsü tanımır, onun öz hərəkət qanunları var.

Söz sənəti həm də mədəniyyətlərarası dialoqdur – yazıçı qəlbinin səmimiyyəti ilə qurulmuş dialoq!  Burda  yamaq ola bilməz. Biz Əliyə Andreyin donunu geydirib onu başqa xalqa təqdim edə bilmərik. Bu, çox gülməli çıxar. Əli, Əli kimi maraqlıdır, Andrey Andrey kimi. /1937.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.