Məşhur yazıçılara nəşriyyatlardan verilən rədd cavabları
16.09.14

Britaniya yazıçısı J.K.Rowling uşaqlar üçün “Harry Potter” kitablarının hesabına milyarder olub.

Amma bəlkə də az adam bilir ki, evdar qadın J.K.Rowling bu seriyadan olan ilk kitabını - “Harry Potter və Filosoflar daşı”nı ötən əsrin 90-cı illərində 12 nəşriyyata göndərib və onların hamısından rədd cavabı alıb.

Kitabı bir il sonra Londonun kiçik nəşriyyatlarından olan “Bloomsbury” çap etməyə razı olub. Nəşriyyatın direktoru əlyazmanın birinci fəslini 8 yaşlı qızı Alice Newton-a oxumağa verib. Uşaq oxuyan kimi növbəti fəsli istəyib. “Bloomsbury” kitabı çap etməyə razılıq versə də, nəşriyyatın redaktoru Barry Cunningham yazıçıya məsləhət görüb ki, özünə daimi iş tapsın, çünki çətin ki uşaq kitabları yazmaqla dolana bilə.

“Animal farm” (Azərbaycan dilinə tərcümədə “Heyvanıstan”) romanı bu gün görkəmli Britaniya yazıçısı George Orwell-in ən mühüm əsərlərindən sayılır, bu siyasi satira nümunəsi dünyanın onlarla dilinə çevrilib.

1945-ci ildə əsəri 4 nəşriyyat rədd etmişdi. Onlardan biri – “Faber and Faber”in redaktoru, görkəmli şair  T.S. Eliot rədd cavabında yazırdı ki, “Biz əmin deyilik ki, bu, müasir dövrdəki siyasi vəziyyəti tənqid etmək üçün münasib baxış bucağıdır”.

Redaktorun fikrincə, Orwell əsərdə “trotskiçi” mövqedən çıxış edir, amma oxucunu bu mövqeyin doğruluğuna inandıra bilmir. Əsərdə hakimiyyət uğrunda iki donuz qrupu mübarizə aparır. Bir qrup o birini məğlub edir. Onlardan biri Sovet lideri Stalinin, digəri isə ona qarşı müxalifətdə olan Trotskinin dəstəsinin obrazı sayılır.

T.S. Eliot hesab edir ki, əgər hakimiyyətə gələn şər qüvvə, hakimiyyətdən salınansa pozitiv qüvvədirsə, onda ikinciyə simpatiya hiss olunmalı idi. Bununla yazıçı çatdırmaq istədiyi ideyanı əsaslandırmış olardı. Amma əsərdən bu nəticə çıxmır. Yazıçı hər iki dəstəyə neytral yanaşır. Üstəlik də donuzlar fermadakı başqa heyvanlardan daha ağıllı təsir bağışlayır. Buna görə də fermanı idarə etməyə ən layiqli heyvanlar olduqları təsəvvürü yaranır. Redaktorun fikrincə, əsərdən belə çıxır ki, hakimiyyətdən salınan donuzların hakimiyyətdəki donuzlara qarşı əsas arqumenti onların kommunizm prinsiplərindən uzaqlaşmasıdır. Halbuki əsərin əsas mesajı bu olmamalı idi. “Kommunizmin prinsiplərinə daha çox sadiq donuzlara yox, ictimai mənafedən çıxış edən daha çox donuza ehtiyac vardı (əlbəttə kimsə bununla razılaşmaya bilər)” – deyə T.S.Eliot yazırdı. /oxuzali.az/

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.