Bilik Fondu tanınmış elm xadimlərinin və səfirlərin iştirakı ilə orta məktəblərdə mühazirələr təşkil edib
17.09.14

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində 15 sentyabr - “Bilik Günü” ilə əlaqədar tanınmış elm xadimlərinin, bir neçə xarici ölkə səfirinin iştirakı ilə ölkəmizin bütün rayonlarında mühazirələr təşkil edib.

Həmin gün Bilik Fondunun lektorları 70-dən çox məktəbdə Ulu öndər Heydər Əliyevə həsr olunan açıq dərslərdə iştirak edib, şagirdlərə “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirələr deyiblər.

Layihəyə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin multimedia bölməsinin müdiri, uşaq yazıçısı, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Solmaz Amanova yeni tədris ilinin ilk günündə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin X-a sinfinin şagirdləri qarşısında “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə ilə çıxış edib.

Diskussiya formasında, interaktiv şəkildə davam edən dərs müddətində Solmaz Amanova məktəblilərə Vətən sevgisindən danışıb, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən faktların və rəqəmlərin dili ilə geniş söhbət açıb.

Dərs qurtardıqdan sonra S.Amanova məktəbin müəllim kollektivi və rayon ziyalıları ilə görüş keçirib.
Görüşdə Solmaz Amanova, rayon icra hakimiyyəti başçısının müavinləri Rövşən Ağayev və Sevil Əhmədova çıxış edərək Bilik Fondunun reallaşdırdığı “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Sonda Solmaz Amanova Bilik Fondunun bukletlərini və mühazirəsinin elektron variantını rayon icra hakimiyyətinə təqdim edib. Həmçinin, 1893-cü ildə İsmayıllı rayonunun Qalagah kəndində tapılan, eramızdan əvvəl II əsrə aid olan, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılan “Nereida hippokampda” gümüş nimçəsi haqqında S.Amanovanın yazdığı “İnsan iz qoyur”, “Xanəgah əczaxanası” və “İRS” elektron kitabları rayon mərkəzi kitabxanasına hədiyyə edilib. /AzərTAc/

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.