Bilik Fondu yeni layihələrə start verir - FOTOLAR

18.09.14

Bilik Fondu bir neçə yeni layihəyə başlayır. Bunu bu gün keçirdiyi mətbuat konfransında Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib.

O bildirib ki, bu layihələr “Auditoriya+”, “Ustad və şəyird”, “Docendo discimus”, “Yaradıcılıq fakültələri”, “Epizod”, “Məscidlərdə kitabxana”, “Azərbaycan elmi xaricidə”, “Dünya elmi Azərbaycanda” və başqalarıdır: “Bilik Fondunun rayonlar üzrə 75 nümayəndəsi təyin olunub. Fond fəaliyyətini həmin nümayəndələrlə əlaqəli qurur. Gələcəkdə Fondun yerlərdə filialları, xarici ölkələrdə nümayəndəlikləri açılacaq.

Prezident yanında Bilik Fondunun məqsədi elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasıdır. Fondun icraçı direktoru Oqtay Səmədovun sözlərinə görə vətəndaşlarımızın müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi inkişafının təmin olunması üçün tədbirlərin həyata keçirilməsi, onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməsi Bilik Fondunun vəzifələrinə daxildir: “Fəaliyyətimizdə sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, Azərbaycan tarixi və mədəniyyəti təbliğ edilir. Ölkəmizin dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparılır, beynəlxalq, regional və ölkədaxili proseslər öyrənilərək ictimaiyyətə çatdırılır. Fondun “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirilən layihələri ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb, əsasən bölgə əhalisinin, o cümlədən məktəblilərin maariflənməsində müstəsna rol oynayıb. Bu sırada “Qardaşlaşmış məktəblər” layihəsini xüsusi vurğulamalıyıq. “Qardaşlaşmış məktəblər” layihəsi ölkəmizin müxtəlif bölgələrində olan 20 məktəbi qardaşlaşdırıb, onların arasında qardaşlaşma sazişi imzalanıb. Hər rayonda 2 gün davam edən tədbirlər şagirdlərin biliklərinin, dünyagörüşlərinin artırılması, ölkələrini daha yaxından tanımaları üçün böyük fayda verib.

İcraçı direktorun  sözlərinə görə, sentyabrın 15-də Fondun ekspert-alimləri, xarici ölkə səfirləri 70-ə qədər məktəbdə “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə deyiblər: “Fondun monitorinq qrupunun ilkin araşdırmasından məlum olub ki, mühazirələr həm məktəb kollektivi, həm də rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Proses bütün məktəbləri əhatə edənə qədər davamlı olacaq. Bilik Fondunun həyata keçirdiyi layihələrdən biri də “Dini abidələrdə tarixin izləri” layihəsidir. Layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, müəyyən bərpa işləri aparılacaq”.

İcraçı direktoru onu da vurğulayıb ki, gələcəkdə Fondun yerlərdə filialları, xarici ölkələrdə nümayəndəlikləri açılacaq. Yaxın günlərdə Fondun Bülleteni dərc olunacaq, dövrü mətbu orqanı olan elmi-kütləvi dərgi işıq üzü görəcək”.

































































































































































































Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.