Elçinə Serbiyanın “Kariç qardaşları” mükafatı təqdim olunub
08.10.14

Serbiya Milli Teatrında Qərbi Balkan regionunda böyük nüfuza malik “Kariç Fondu” tərəfindən təsis olunmuş “Kariç qardaşları” mükafatlarının on yeddinci təqdimetmə mərasimi keçirilib.

“Kariç qardaşları”nın builki beynəlxalq mədəniyyət və incəsənət sahəsində ədəbiyyat nominasiyası üzrə mükafatı Azərbaycanın Xalq yazıçısı Elçinə təqdim edilib. “Kariç qardaşları” Beynəlxalq mükafatının idarə heyəti Elçinin onillikləri əhatə edən ədəbi fəaliyyətini Azərbaycan xalqının mənəvi inkişafına töhfə kimi qiymətləndirib. Bildirilib ki, yazıçının uzun illər ərzində əldə etdiyi mükafat və sertifikatlar təkcə Azərbaycanda deyil, ümumilikdə, beynəlxalq aləmdə onun malik olduğu ədəbi nüfuz kimi qəbul edilir. İyirmidən artıq dilə tərcümə olunmuş əsərlərini nəzərə alaraq, məşhur və nüfuzlu müasir yazıçılardan biri kimi builki “Kariç qardaşları” mükafatına ədəbiyyat nominasiyası üzrə namizədlər sırasından Azərbaycanın Xalq yazıçısı Elçin layiq görülüb.

Mükafatı yazıçıya Serbiya Parlamentinin deputatı və Azərbaycanla dostluq qrupunun üzvü Draqomir Kariç və “Kariç Fondu”nun prezidenti Danitsa Kariç təqdim edib. Tədbir zamanı serbiyalı musiqiçilərin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Xalq yazıçısı Elçin Serbiyanın aparıcı KİV-lərinə müsahibələr verərək, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, qədim tarixi, eləcə də zəngin mədəni və ədəbi irsi, ölkəmizdə mövcud olan tolerantlıq mühiti və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə ətraflı danışıb.

Azərbaycanın Xalq yazıçısı Elçin yerli deputatlar, ictimai xadimlər, ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları, eləcə də Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə birgə Azərbaycan hökumətinin dəstəyilə əsaslı təmir və bərpa edilmiş “Taşmaydan” parkına gedərək, ümummilli lider Heydər Əliyevin orada ucaldılmış möhtəşəm abidəsini ziyarət edib. Eyni zamanda, görkəmli serb yazıçısı Milorad Paviçin də parkdakı abidəsi və Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirə lövhəsi ziyarət olunub. /525.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.