Şərif Ağayar - Nağıllarımızdakı səhv
10.10.14

Biri var idi, biri yox idi… Bu ifadəni nə vaxt eşitdiyimizi yəqin ki, xatırlaya bilmərik. Təxminən, elə bu ifadəyə birgə doğulmuşuq. Bəlkə də bizi gözləyib bu ifadə. Bizim üçün bizdən əvvəl doğulub. Bətnindəki körpəylə danışan, ona layla deyən, nağıl söyləyən azmı ana görmüşük?

 

 

Ağlım kəsəndən bir çox ifadələri qafamda çək-çevir eləmişəm. Bunlardan biri də “Biri vardı, biri yoxdu...” ifadəsidir. Necə yəni, biri vardı, biri yoxdu! Yəni, biri həmişə olur, biri yox? Salyanlılar demiş, olsun dənə! Bunu bilməyən var? Lap ustad şairimiz Ramiz Rövşənən “Göy üzü daş saxlamaz” şeiri yada düşdü. Göy üzü, məsələn, qamqalaq, qoz, qum dənəsi, çamur, yemiş qabığı və s. saxlayır ki, daş da saxlasın? Göy üzü heç nə saxlamır! Bunu da atalar deyib və məncə daha məntiqi deyib.

 

Hərgah rəhmətlik Nüsrət Kəsəmənli də “Biri vardı, biri yox”-dan şeir düzəltmişdi. Açığını deyək ki, bu bir az maraqlı idi:

 

Atalıydı-analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

 

“Biri var idi, biri yox idi...” ifadəsini cütlüyü vacib olan nəsnələrin yanına qoysan, bir məna kəsb edə bilər. Ən azı, xam oxucular üçün Vahabzadəsayaq təzad yaradarsan. Bu ifadənin ayrıca elə də ciddi anlamı yoxdur. “Biri var idi, biri yox idi...” – axı nə vardı, nə yoxdu? Biri var idi, biri yox idi, bir qoca var idi... Məntiqsiz deyilmi sizcə?

 

Ruslara baxaq: “Jıla-bıla...” Biz bu ifadəni həmişə “Biri var idi, biri yox idi...” kimi tərcümə edirik. Ancaq diqqət edək: burda “yox idi” ifadəsi yoxdur. “Vardı və yaşayırdı” – hərfi tərcüməsi belədir.

 

İndi türk variantına baxaq və ifadənin sirrini çözək.

 

Bir varmış, bir yokmuş...” Doğrudur, “Biri varmış, biriləri yokmuş” ifadəsi də var türklərdə. Amma nağılların-masalların mütləq əksəriyyəti “Bir varmış, bir yokmuş...” ifadəsi ilə başlayır. Burda maraqlı bir məqam da üzə çıxır. Azərbaycan dilində şühudi keçmiş və nəqli keçmiş zaman anlayışları var. Şühudi keçmiş -dı, -di, -du, -dü, nəqli keçmiş -mış, miş, -muş, -müşşəkilçilri ilə düzəlir. Amma nağıllarımız nəqli (nağıl bu sözdəndir) keçmiş zaman şəkilçiləri ilə yazılmayıb. Halbuki, danışıq dilində “Biri varmış, biri yoxmuş...” deyirlər. Və qəribədir ki, mətn estetikasına görə -mış, -miş şəkilçisi özündən sonra yalnız indiki zaman (-ır, -ir) şəkilçisini tələb edir. Sadə bir örnək:

 

“Biri varmış, biri yoxmuş, Kərəm adında yoxsul bir kişi varmış... Bir gün Kərəm gəlib görür ki, həyətlərində qəribə bir ağac bitib

 

Bu variant (nəsrdə də belədir) yanlışdır:

 

“Biri varmış, biri yoxmuş, Kərəm adında yoxsul bir kişi varmış... Bir gün Kərəm gəlib gör ki, həyətlərində qəribə bir ağac bitib”                      

 

Daha maraqlısı...

 

Türklərin işlətdiyi “Bir varmış, bir yokmuş...” ifadəsi olduqca poetik və dərindir. Təxminən, “Bir gördün var, bir gördün yox”, “Gah var, gah yox”, “Bu gün var, bir gün yox” mənalarını verir və dünyanın faniliyinə zərif bir eyham vurur. Uşaqların duymayacağı, duysa da narahat olmayacağı dozada. Eyni zamanda, böyüklərə müdrikcəsinə köks ötdürəcək qədər...

 

Diqqətinizə görə sağ olun.      

/kulis.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.