“Qusar Kitab Klubu”nun köməyə ehtiyyacı var
13.10.14

 Regionda yaradılan kitab klubunun köməyə ehtiyyacı var.

Klub üzvlərinin kitab və maddi bazasının mövcud olmaması səbəbindən hazırda müzakirə materialları yox səviyyəsindədir. “Qusar Kitab Klubu” üzvləri ölkədə fəaliyyət göstərən nəşriyyat və kitab dükanlarından üzvlərin fəaliyyətinə dəstək verməyi xahiş edir.

Bizə dəstək olacaq mağaza və ya nəşriyyatdan klub üzvlərinə ilk müzakirə üçün minimum 7 ədəd kitab (eyni kitabdan) verməsini təklif edirik. Növbəti müzakirələrdə isə üzvlər müzakirə üçün seçəcəyi kitabı həmin ünvandan endirimli qiymətə almağı planlaşdırır.

Kitablar klub üzvlərinin ümumi istəyinə uyğun, kitab mağazasının təqdim etdiyi siyahıdan seçiləcək.

Müzakirə zamanı çəkilən fotolar və müzakirə haqqında mətn dəstək olacaq sturukturun e-ünvanına göndəriləcək, eyni zamanda bu barədə bir neçə saytda mütəmadi məlumat yerləşdiriləcək.

Bunula bərabər müzakirə haqqında videomaterial hazırlanacaq. Bütün materiallarda kitab təminatını həyata keçirən tərəfin adı vurğulanacaq. Müzakirə zamanı fonda təminatçıya məxsus stand (lövhə) yerləşdiriləcək.

“Qusar Kitab Klubu” üzvləri ona dəstək olacaq şəbəkənin istənilən regional layhələrində təmənnasız iştirak etməyə hazırdır.

 “Qusar Kitab Klubu” 2014-cü ildə yaradılıb. Məqsəd rayonda kreativ, mütaliəli gəncləri bir araya toplayıb ədəbiyyat və mədəniyyət sahəsində müxtəlif mövzuların birgə müzakirəsini həyata keçirərmək, gənclərin fərdi inkişaflarını stimullaşdırmaqdır. Bu mühit kluba qatılan yeniyetmələrin nəinki zərərli vərdişlərdən uzaq olmasına, eyni zamanda onların uğurlu fərd kim formalaşmasına da müsbət təsir edəcək. Klubun hazırda 10-dan yuxarı fəal, kitabsevər üzvü var.

“Qusar Kitab Klubu”nun fəaliyyət istiqaməti:

Klubun əsas fəaliyyəti adından bəlli olduğu kimi kitab müzakirələri üzərində qurulub. Əvvəlcədən seçilmiş  “hədəf kitab” üzvlərə təqdim olunur. Onlara bu kitabın oxunması üçün 28 gün vaxt verilir. Kitabın mütaliəsi bitdikdən sonra klub üzvləri bəlli məkana toplaşaraq əsərin onlarda yaratdığı təəssüratı bölüşür. Bütün üzvlərin fikirləri bitdikdən sonra müzakirə debat formatına keçir. Klub üzvləri arasında maraqlı yanaşma sərgiləyən fərdin fikirləri müzakirəya çıxarılır. Beləliklə söhbət qarşılıqlı fikirlər müstəvisində davam edir. Müzakirə zamanı müxtəlif fikirlərin söylənməsi, qarşılıqlı müzakirə həm üzvlərin kitab haqqında düşüncələrininj kompleksləşməsinə, eyni zamanda nitq, fikir yürütmə, qərar vermə kimi keyfiyyətlərinin səlistləşməsinə təkan verir.

“Qusar Kitab Klubu”nun müzakirələri Qusar “Gənclər Evi”ndə aparılacaq. Klubun müzakirələrinə Qusarla bərabər regiounun digər rayonlarından və paytaxtdan da, gənc yazarlar, ədəbiyyatsevərlər qatılacaq.

Klub çərçivəsində kitab müzakirələri ilə yanaşı müxtəlif ədəbi mövzular və film müzakirələri də həyata keçiriləcək. Növbəti mərhələlərdə klub üzvləri bədii-mədəni tədbirlərin, kreativ layihərin həyata keçirilməsində də fəal iştirak edəcək.

[email protected]

Təsisçilər:       Günay Kamilqızı, Sərdar Amin.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.