Aydın Dadaşov - Qlobal mövzunun səhnə həlli
23.10.14

Avanqard.net Aydın Dadaşovun yazıçı Firuz Mustafanın “Pələng ili” pyesi haqqında tənqidi məqaləsini təqdim edir.

Firuz Mustafanın “Pələng ili” pyesində əl-ayaqdan uzaq meşədəki şüşəli yeməkxanada ailəvi istirahət edən üç kişi ilə üç qadının münasibətləri fonunda ekoloji problem önə çəkilir. Yeməkxananın sahibi Ağa təbiətlə bağlı dərin məzmunlu mühazirələr söyləyən, əcdadlarına, kökünə bağlı təbiətşünas, rəssam, psixoloq, filosof, yazıçı Nihadla, bu səfərin təşəbbüskarı meşənin qırılıb mebel istehsalına sərf olunmasını arzulayan, nazir postunu tutmağa hazır nüfuzlu, vəzifə sahibi Tumaş Safoyeviç, çalışdığı iaşə idarəsinin il boyu xəstə olub, işə seyrək çıxan təqaüd yaşlı rəisinin yerinə keçmək istəyən Çinar problemə münasibətdə xeyir-şər qarşıdurmasını səciyyələndirir.

Baş götürüb sivil ölkələrin birinə getmək, Parisdə ölmək istəyi ilə yaşayan Sevda xanımın  yuxusuzluqdan əziyyət çəkən əri Tumaşın dərmanlarını gəzdirdiyi  çantası hadisələrin gedişində mühüm əhəmiyyət daşıyan əşyaya çevrilir. Əri Tumaşla eyni xislətli Sevdadan fərqli olaraq uşaqlarının mədəni ölkələrin birində yaşamasını təmin etməyə çalışsa da, daim quşların səsinə qulaq kəsilməklə hissiyyatını, nəcibliyini büruzə verən  Türfə əri  Çinarın kölgəsinə çevrilən günahsız qurbana dönür. Onlardan fərqli olaraq əri Nihad Farizlə bir məktəbdə oxuyub, eyni məhəllədə böyüyən Elayə mənəviyyatlı bir ailə harmoniyasını yaradır. Beləliklə gənclik dostlarının bir-biri ilə təzə tanış olan xanımları ilə uzaq meşədə məqamlar mühitin sosial mənzərəsini yaradır.  Hadisələrin süjet xəttində vəzifəli Tumaş Safoyeviçin xanımı Sevdanın Çinarın keçmiş münasibətlərinin üzə çıxması melodrama üçbucağı yaradır. Tumaş Safoyeviçin Sevda xanımla əbədi sevgisinin şərəfinə “badə qaldırmaq” istəyən Çinarın mənfur siması gözönü hadisədə açılır.

Əri Tumaşın rəqiblərini gözügötürməyən, paxıl və xəbis adlandıran, “onların imkanları olsa kişini diri-diri yeyərlər. Neçə dəfə sui-qəsd ediblər, zəhərləmək istəyiblər. Çinar, sən arabir göz qoy o kabab bişirənə, ətə ayrı şey vurar. Onsuz da Tumaşın çörəyini yeyib kölgəsini qılınclayanlar çoxdur” deyən Sevda xanımın Çinarın: “Tumaşın arxasında bütün xalq dayanıb...” cümləsinə: “Xalq kimdir ey?.. Nə xalq?.. Kimdir xalqın üzünə tüpürən? Bir də ki, xətrinizə dəyməsin, bizim xalq çox paxıl, dargöz xalqdır” (Firuz Mustafa. Qara qutu. B. 206. s. . 147) cavabı Nihadın əsəbiləşərək durub kənarda gəzişməsi mühit-personaj əlaqələrini münasibətlər sistemində yarada bilir.

Çinarın hamını güldürən:  “Bir neçə il əvvəlin sözüdür. Doğrusu, o vaxt işlərim çox pis gedirdi. Türfə o günlərimin canlı şahididir. Nə isə... Onda oğlum hələ kiçik idi. Uşaq mənə tez-tez suallar verirdi; məsələn soruşurdu ki, ata, qonşumuz təzə maşın alıb, bəs bizim niyə yoxdur? Deyirdim ki, bala, o, yaramazın biridir, alçaqdır. Oğlum deyirdi ki, filan dostu valideynləri ilə xaricdə dincəlib, amma biz heç yerə getmirik. Deyirdim ki, ay oğul, sənin dostunun valideynləri alçaqdır. Yazıq uşaq evdə bərk gedənlərin, pullu adamların hansı barədə söz salırdısa elə bircə kəlmə cavab eşidirdi: “alçaqdır”.  Axırda bir gün uşaq dedi ki, ata, mən böyüyəndə mütləq alçaq olacağam. Dedim, nə danışırsan, “alçaq”?.. Dedi, ata, görmürsən alçaqların işi necə əla gedir?” (148) cümlələri müəllifin deqradasiyaya uğrayan mühitə fəlsəfi baxışını sosial zümrələrdən birini təmsil edən  tipin dilindən qabardır.

Qadınlar yol üstündəki ətrafı sapsarı çiçəklərlə dolu bulağa getmələri ilə meşədə vəhşi heyvanın olub-olmamasının müzakirəsi əsas dramaturji hadisəni məntiqi cəhətdən əsaslandırır. Ağanın radioda tez-tez çıxış edən Nihad Farizi səsindən tanıması, kitablarını maraqla oxuduğunu bildirməsi bu ziyalıya status qazandırır. Vəhşi heyvanların yaşadığı meşə ilə insanların yaşadığı cəmiyyət arasında fərq qoymayan Tumaşın “Məmləkətin böyüyü olan kimi, meşənin də öz böyüyü olur. Meşənin ağası pələngdir. Burada hamı pələnglə hesablaşır” qənaətinə: “Yalnız komplekslərlə yaşayan adam şöhrət barədə düşünə bilər”  deyən Nihadın: “Bəzən pis yaxşıya, yaxşı isə pisə çevrilə bilər”, “Gərək işi işbilənə tapşırasan” (153) cavabı maarifçiliyi bəyan edir. Paralel olaraq rəis vəzifəsinə keçmək üçün lazım olan məbləği əvvəlcədən yox, sonra, işlədikcə, tədricən vermək istəyən “İndi heç kəs vəzifəyə nəğd pul verib getmir. (Pauza). Hər yerdə faizə oturublar” deyən Çinarla: “Xeyr, əzizim... Nisyə-girməz kisəyə... Əgər nağd söhbəti olsaydı, yuxarılara saqqal tərpətmək olardı” cavabını verən Tumaş dövlətçiliyə ağır zərbə vuran korrupsiya problemini üzə çıxarır. Təbiət və cəmiyyət barədəki dialoq hadisəlilik prinsipini uzatsa da, vəzifə dərdi reallaşmayan Çinarın çantasından araq çıxarıb içməsi ilə ağacların arasından vəhşi pələngin peyda olması, Tumasın üç  ov tüfəngindən birini özü ilə götürdüyünü söyləməsi əsas hadisənin dinamikasını nizamlayar.

İaşə işçisi kimi ağ xalat geyinib, ağ papaq qoyan əlindəki iki iri qaşığı qılınc kimi bir-birinə vurub havada oynatmaqla hamını güldürən Çinarla Ağanın iri bir qazanı çəkib ortaya gətirmələri ilə “yeyib-içmə” səhnəsinin başlanması, hamının əl-ələ tutub rəqs etməsi karnaval estetikası yaradır. Və hamıdan aralanan Çinarla Sevdanın “sevgi” tarixçəsinin üzə çıxması, gəmi, təyyarə səfərlərinin bahalı hotellərin yada salınması növbəti bir problemi süjet kontekstində təqdim edir. Dialoqda Sevdanın imkanlı ailədən çıxmasının, Tumaşın yetimliyinin üzə çıxması, onların ailə qurmalarının təəccüb doğurması ilkin  baxışdan lüzumsuz görünür.  Lakin Çinar mətnində vaxtilə Sevdanı onunla görən: “Çina, bu dünya gözəli sənin nəyindir? Kimdir bu bacı?” suallarının yamsılandığı Tumaşın var-dövlət hərisliyi: “Aradan bir müddət keçmiş sizi qol-qola gördüm” kəlmələrində açılır...

Gecə qadınların yeməkxananın kabinələrində, kişilərsə çadırda yatacaqlarının planlaşdırılmasından sonra pələngin hücum ehtimalından söz açılması əsas hadisəni yenidən vurğulasa da,  Çinarın arvadı Türfə ilə dialoqunda  söydüyü Tumaşı impotent  adlandırması, çürük almaya oxşatması, “Gündə bir ovuc dərman içəndən nə kişilik gözləyirsən?..” sualını verməsi yalnız sonrakı epizodda  özünə bəraət qazandıracaq uyuşdurucuları gündəmdə saxlayır. Üstəlik Türfənin xarici səyahətlərini vurğulayan, nəinki qonşularını, elə təbiətin özünü; dağı, meşəni, bulağı belə xaricdən gətirmək istəyən Sevdaya: “Mən öz yerlərimizi gəzib-dolaşmağı xoşlayıram” deməsi  digər qadın personajları ilə müqayisədə dramaturji yükü kasad olan bu personajın platformasını neytrallaşdırır... Bu məqamda söhbətə “Əslində elə bütün yer üzü bizim hamımızın vətənimizdir” cümləsi ilə yekun vuran Nihad  müəllif təfəkkürünün qloballığını önə çəkir. Bundan sonra Tumaşın:  “Mən işə qayıdan kimi aparatda məsələ qaldıracağam. Düz  bu meşənin ortasında mebel fabriki açılmalıdır. Bayaq dediyim kimi, ustalar xaricdən gətirilməlidir. Qoy bizim küt vətəndaşlar o xaricilərin işinə baxıb özləri üçün nəticə çıxarsınlar. Heç bilmirsiz bu ağaclardan necə gözəl taxtlar, divanlar, kreslolar çıxar?.. Təsəvvürə gətirirsinizmi?..” (166) mətni təkrarçılıq yaratsa da, Sevdanın: “Və o kresloların üstünü pələng dərisi ilə bəzəmək olar...” (167) cümləsindən sonra Pələngin yenidən peyda olması, hamının qaçıb kənardakı yeməkxanaya doluşması fabula mexanizmini işə salmaqla birinci hissə qapanır. Yeri gəlmişkən, son emal prosesini, həllini səhnədə tapacaq pyesdə Pələng personajının aktyor ifasında olsa belə, natural təqdimatı bədii şərtini pozması diqqətdən yayınmır.

 Həmin məqamdan başlayan ikinci hissədə yeməkxananın iri şüşə fasadının çölündəki pələngin qorxu içində saxladığı personajların çıxış yolu axtarmaları əsas hadisəni davam etdirir. Çinarın: “Ay heyvan oğlu heyvan, buralarda vəhşi heyvan olduğunu niyə əvvəlcədən deməmisən bizə?.. deyib hücum çəkdiyi  Ağanın: “Bura bax, tərbiyəsiz... Qapını açıb buraxaram o heyvanı içəri, səni xurd-xəşil edib sümüklərini gəmirər...” (168) cavabı, ov tüfəngi bayırdakı çadırda qoymuş Tumaşın bu meşəyə gəlmək məsələsinin birinci kimin ağlına gəldiyini araşdırması dramatizmi artırır. Nihad Farizin göyün üzündəki buludlar da pələngə bənzətməsi, onunla birgə təmkinini pozmayan xanımı Elayənin pələng ilində yaşadıqlarını yada salması ilə qorxuya düşən digərlərinin qeyzlə bir-birini sancmaları personajların xislətini açmaqla dramatizmi artırır.

Paralel olaraq şərə qarşı çıxan Ağanın: “Mən özüm ali təhsilli təbiətşünasam. Bir müddət müəllim işlədim. Sonra meşə idarəsinə gəldim, meşəbəyi oldum... Hər ağacın üstə əsirdim. Amma mənə məhəl qoyan kim idi? Elə bir yandan ağacları qırıb çatırdılar. Pullu adamlar qiymətli ağacları kəsdirib öz evlərinin döşəməsi, parketi üçün daşıdır, aparırdılar. Səsimi eşidən yox idi. Mən ağacların kəsilmiş başlarından süzülən qana nə qədər tamaşa edə bilərdim?..  Bir baxın, hər tərəf kötükdür... Yuxarıdakılar məndən pul tələb edirdilər. Mən bu pulu hardan tapmalı idim? Gərək özüm qayğısını çəkib böyütdüyüm ağacları öz əlimlə doğrayıb sataydım. Məncə bunu edə bilməzdim. Mən hər ağaca canlı bir adam kimi baxıram. Nə isə... Ərizə yazıb işdən çıxdım. Meşəbəyiliyin daşını atandan sonra bu yeməkxananı işlətməyə başladım... Əslində bu, heç iş də deyil... Sadəcə olaraq, üz-gözüm bu yerlərə öyrəşib... Çıxıb getməyə iradəm çatmır. Axı, ömrüm-günüm burada bu ağacların, bu kötüklərin arasında keçib... Ayrıla bilmirəm... Özümü təbiətsiz təsəvvür edə bilmirəm...” (180) mətni mövzunun həllinə yönələn problemi qətiyyətlə açır. Nihadın: “Mənə də elə gəlir ki, insan təbiətdə öz yerini hələ tam müəyyənləşdirməyib; bəziləri təbiətə bir dost kimi yox, düşmən kimi yanaşır. Belə bir fikir də var ki, insanlar bu yer üzünə başqa planetlərdən, başqa qalaktikalardan gəlib. Bu, bəlkə həqiqətdir?.. Yoxsa biz təbiətə nə üçün bu qədər divan tutmalıyıq?.. (Ağaya). Sən düz deyirsən; meşəsini itirən pələng nə etməlidir? O, harada yaşamalı, harada daldalanmalıdır?.. O pələngin üzə çıxması, insanlara üz tutması bəlkə də təbiətin bir siqnalıdır bizə?..” (186) cümlələri müəllif platformasını əsərin ali qayəsində təqdim edir.

 Qoyun cəmdəyinin qoluna Sevdanın çantasındakı lenium, fanizapam, insulin, demidrol, imovane, insulin kimi dava-dərman həbləri, ampulaları yeridərək pələngə yedirtməsi ilə Sevdanın bayaq bulağın başında qaladığı tonqaldan  meşəyə od düşməsi obrazlı həyəcan təbilinə çevrilir... Əri Tumaşa: “Hər yoldan keçən it-qurdla ağız-ağıza vermə!..” deyən Sevda xanıma sərxoş Çinarın: “İndi də “it-qurd” olduq hə?.. Əlbəttə! Əlbəttə... Bəs bu sözləri niyə o vaxt demirdin? (Yamsılayır). “Sən mənim pələngimsən, bəbirimsən, şirimsən...” İndi pələng çevrilib itə dönüb?.. Qurda dönüb? Nə tez?.. Baxmaram sənin dədənin var-dövlətinə, ərinin oğraşlıqla, adam sata-sata tutduğu vəzifəyə, hər ikinizi ataram o pələngin ağzına. Murdarlar! Şərəfsizlər! Sürünənlər!..”  (189) xitabı, Tumaşın yaxasından yapışaraq sürüyüb qapıdan bayıra atmaq, nərildəyən pələngə yem etmək istəyi keçid dövrü ədəbiyyatına xas, pislərlə daha pislərin qarşıdurmasını yaradır. Bu məqamda dərmanların təsirindən pələngin başı şüşə örtüyün üstünə düşüb səsi xırıldayan pələngin canını tapşırması ilə səssizliyin  yaranması şərin qələbəsini səciyyələndirir. Əks mövzunun önə keçdiyi bu məqamda Ağanın, Elayənin, Türfənin üsyanı, dramaturji strukturda əməli fəaliyyət baxımından passiv mövqe tutan Nihadın can verən pələngin yanına getməsi  fonunda Tumaşın törətdiyin cinayət üçün cavab verməli olacağını bildirməklə müəmmalı şəkildə ideya daşıyıcısına çevrilən Çinarın mətni,  uzaqdan qəzəbli pələng nərələrinin, sürəkli ayaq tappıltılarının və atəş səslərinin eşidilməsinin “SOS” siqnalına çevrilməsi mövzunu uğurla tamamlayır.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində qoyulan bu pyesə rejissor Ağalar İdris oğlunun yozumunda, pələngin səhnədə görünməməsi aktyorların müşahidə metodunun tətbiqi ilə uğurlu həllini tapmışdır. Bununla belə tamaşada şlərti mənbəli görünməyən musiqidən və rəqsdən hədsiz istifadə pyesin psixoloji dram janrını arxa plana atır. Təsadüfi deyil ki, Vaxtanqov Teatrının tarixən formalaşan musiqi kollektivi məhz psixoloji dram janrının təzyiqi ilə ixtisar edilmişdir. Tamaşada aktyorların yaradıcılıq imkanlarını səfərbər etməyi bacaran Ağalar İdrisoğlu əsərin mövzu – problem əlaqəsini  açmağa müvəffəq olmuşdur. Keçid dövründə 20 il xırda bizneslə məşğul olduqdan sonra çoxsaylı rollar oynadığı doğma səhnəyə qayıtmaya bilməyən aktyor Sabir Məlikov mənəvi aşınmaya məruz qalan Tumaş Safoyeviç Məlikovun timsalında oliqarxa çevrilən məmurun harınlığını pyesdən gələn mətn zənginliyi hesabına bacarıqla canlandırdı. Onun xanımı, həyatın mənasını var-dövlətdə, pulda görən meşşan təfəkkürlü Sevda rolunun ifaçısı, melodrama üçbucağında meşşan qadın tipini günahsız qurbanlıqdan xilas edə bilən Mehriban Abdullayeva oynadığı personajın situasiyalara uyğun dəyişkənliklərini anında həyata keçirməklə yadda qaldı.

Müsbət immicini sona qədər qorumaqla, üstəlik ideya daşıyıcısı missiyasını  Çinara güzəştə getməklə  dramaturji hadisə kontekstində xüsusən ikinci hissədə kölgədə qalan Nihad rolunda Respublikanın xalq artisti Tariyel Qasımov vicdanlı ziyalı personajını özünün illərlə səhnədə və ekranda cilalanan peşəkar üslubu hesabına yarada bildi. Onun mənəvi platformasını qoruymaqla sosial tipalogiyasını və ailə portretini tamamlayan həyat yoldaşı  Elayə rolundakı Nuriyyə Əliyeva daim ərinin arxasında gizlənə bilən ev xanımını canlandırır.

Tamaşada şərin təcəssümünü göstərməklə yanaşı, ittihamçıya da çevriməklə müəllif mövqeyini səciyyələndirən  Çinar rolunun ifaçısı Ədalət Əbdəlsəməd yalnız bu günün qayğıları ilə yaşayan obıvatelin, müxtəlif situasiyalarda fasiəsiz olaraq dəyişən buqələmunun simasızlığını göstərə bilir. Çinarın arvadı Türfə rolundakı  Hüsniyyə Əhmədova əri tərəfindən aldadılan günahcız qurban rolunun passivliyini göstərə bilir.

Sosial mühitdəki korrupsiyanın təzyiqi ilə meşəçilik mütəxəssisliyində yeməkxana aşpazına çevrilən, Ağa rolundakı Rasim Səfərov şərə qarşı dözümsüzlüyünü  daxili monoloqunun fasiləsizliyində və plastika rəngarəngliyində təzahürünü tapan oyununda parlaqlığı ılə göstərə bildi.

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.