Rüstəm Behrudi - Təkbaşına adam
27.10.14

KAMAL ABDULLAYA                      

Qardaşım Kamal!
 
Təkbaşına sevinməyi bacaran adam bütün asılı olduğu şeylərdən ucada dayanan adamdı. Çünki təkbaşına adamın heç kimdən heç nə almağa ehtiyacı yoxdu və heç bir şey istəmədən hər şeyi başqalarına bağışlaya bilir. O çoxluğun, qələbəliyin içində yaşaya bilər, ancaq çoxluq və qələbəlik onun içində olmayacaqdır.
Elə sənin kimi!
 
1
 
Sükut pozulmadan
                                                   
Əzizim Kamal!
Səninlə nə vaxt tanış olduğumu unutmuşam. Və bu tarixi unutduğumdan mənə elə gəlir ki, səni bu dünyaya gəldiyim gündən tanıyıram.
Mən üstünə kədər və hüzn çökmüş hər şeyi sevdim. Hərdən mənə elə gəlir ki, hüzn və kədər tanrı önündə tövbəsi qəbul olunmayan bəndənin peşmançılıq hissindən doğur. Sonralar, lap sonralar anladım ki, kədər tənhalığın, yalnızlığın dost-doğmaca balasıdı.
Səni tanıyandan ədəbiyyatın əbədiyyət sözü ilə eyni kökdən yarandığının fərqindəyəm. Səni mənə doğmalaşdıran nə əsərlərin möhtəşəmliyi  və mükəmməlliyi, nə də sirli olmağıdı. Əsas məsələ sənin başqalarından fərqli düşünməyində və heç kimin bilmədiyi bir şeyləri bilməyindədi.
Gecələr göy üzünün ulduzlarla dolu olmasının tək nədəni göy üzünün gözəl görsənməsi olduğu kimi, bizim yazmağımızın da tək nədəni sözü aldığımız ucalıqdan elə o ucalığa qaldırmaqdı.
 İsa “İncil”də deyir ki, “Başlanğıcda kəlam (söz) var idi: Kəlam Allahın nəznində idi və Kəlam (söz) Allah idi”.
Ancaq mənə elə gəlir ki, sözdən əvvəl də bu dünyada Yalnızlıq, Tənhalıq və Sükut adında bir şeylər var idi. Və günlərin bir günü Tanrı bu Tənhalığı, Yalnızlığı, sükutu dilləndirmək istədi. Vaxt, zaman gəldi –Yalnızlığı, Tənhalığı,sükutu sözə daşımaq zamanı.
Mənə elə gəlir ki, böyük ədəbiyyat sükutu sözə daşımaqdı. Ancaq elə daşımaqdı ki, sükut pozulmamış olsun. Elə sənin kimi.
Əzizim Kamal! Sən sükut pozulmadan sükutu sözə daşıyan adamsan!
Şairlik məncə bütün həyatın boyu özünəbənzər bir adam axtarmaqdı və sonunda onu tapmamaqdı. Bizə, axtaran, tapar söylədilər. Ancaq mən axtarıb tapdığını iddia eləyənlərə yox, axtarmadan tapanlara inandım. Sən heç onu tapmadın ki, itirəsən. Bu sənin xoşbəxtliyindi. İkicə  misralarla doğmasan mənə:
 
Kimsə yox xatırlamağa
Unutmağa kimsə yox.
 
2
Allaha ən kəsə yol
İnsanın yaratdığı şey ondan güclü ola bilməz. Və bir də məzara qoyulan baş daşı məzardakının başına gələnləri anlatdığı kimi, sənin yazdıqların da sənin başına gələnləri anladır. Sən yazdıqlarınsan, ondan uzaqda deyilsən ki!
Yazdıqların da sənin kimi tam, mükəmməl və bütündür. Mükəmməl və bütündə parçaların sahib olmadığı və ola bilmədiyi bir şeylər var. Və o şeyin nə olduğunu sən bilirsən.
Dindarlar özlərini təmizləmək əvəzinə qısa yol axtarıb, Məkkədə Kəbəni, Qüdsdə “ağlayan divarları”, Paqodada (buddist məbəd) Buddanı yaratdılar.
Bu da cavabdehlik və məsuliyyətdən, sonda Allahdan qaçmağın özgə bir yoludu.
Sənin yolun bu yol deyil. Məhəmmədlə Kəbənin, Musa ilə “ağlayan divarların”, məbədlə Buddanın bağlılığının görüntü olduğunu bildiyindən, sənin Allaha yolunun qısa olduğunu gördüm. Allaha ən kəsə olan yol sənin yolundur.
Bu yolun üstünə oxuduğun duada qorxu yoxdur. Çünki qorxu ilə oxunan dua saxtadır. Sən hər şeyə söz-söz, kəlmə-kəlmə, sevgi ilə toxunmağı bacaran adamsan. Sevmək tanrını tapmağın ən asan yoludur. Sən o yolu bilirsən. Elə bildiyin üçün də hər yeni əsərində  getdikcə daha çox  artır yalnızlığın.
Əzizim, Kamal! Göy üzündə nə axtarırsan? Tanrı orda yoxdu ki!
Tanrının göy üzündə olmadığını bilə-bilə göy üzünə üz tutub “Tanrım, ona kömək ol ki, məni unutsun” deyən şair dəlidir.
Və mən dəliliyin, dəlilərin tərəfindəyəm.
 
3
Seçilmiş adamın kədəri
 
“Unutmağa kimsə yox” deyən adam dünyanın ən tənha adamı olsun gərək. “Kimsə yoxdu” demək hələ tək olmaq deyil. “Kimsə yoxdu” da ümid var hələ,hələ canatma var. Kiminsə olacağına ümid ölməyib hələ: Ancaq “Kədərli nəğmələr” in adamı “unutmağa kimsə yoxdu” deyir. Bu artıq sonun başlanğıcıdı:
 
Yollar getdi üzü dağa
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa kimsə yox.
“Kimsə yox xatırlamağa” tənhalıq arzusudu. “Unutmağa kimsə yox” artıq tənhalıqdı, tənha olmaqdı.
Əzizim Kamal! Tənhalıqdan  yana bazar yerinin başlandığını bilən adam.
Tənhalığın boşluq olmadığını bilən, qardaşım!
Sən tənhalıqda ölüm qorxusunun olmadığını bilirsən və mütləqa bilməlisən. Bilməsəydin bu kədərli duyğuları sözün işığına nə cür çıxara bilərdin, nə cür sakitcə pıçıldaya bilərdin ki:
 
Üfüq məndən qaçmadı,
Məndən uzaqlaşmadı.
Üfüq mənə başladı
Dərdini danışmağa.
 
Üzüm üzünə dəydi,
Gözüm gözünə dəydi.
Mənim dərdim nəydi,
Onun dərdi yanında.
 
“Silinməyən göz yaşları”nın kədəridi üfüq. Üfüqün kədərini duyan adamın kədəri üfüqün kədərindən böyükdü Kamal! Çünki sən deyə bilərsən ki:
 
Mənə deyən gərək, nə olub axı,
Nə qabalıyırsan, söylə nə xəbər.
Sən çətin taparsan axtardığını
Sənin axtardığını itirməyiblər.
 
Əzizim Kamal! “Kədərli seçmələr” ində kədərin belə sirr içindədi. Kədərin tənhalıqdan doğub, tənhalığın hardandı? Sirlidi hər şey. Sirli olduğu qədər də gözəldi:
 
Arzuların dil açar, yalvarar ki,
Əvvəl-axır bir oyuncaq ver bizə.
Olacağın olmağına nə var ki,
Bircə dənə “olmayacaq” ver bizə.
 
Ən gözəli və qəribəsi odur ki, sən yetişən narın sevincinin yox, nar yetişsin deyə solan nar çiçəklərinin adamısan.
 
Soldu nar çiçəkləri
İndi nar yetişəcək.
 
Bu xoşbəxt sonluğun sevinci yox, kədəri yaşıyır, sənin kədərli nəğmələrində.
Səni oxuyuram, Kamal! Hüznlü, sirli, kədərlidi hər şey:
 
Düz yollar haracan uzanasıdı?
Tutmayacaqlar ki, düzü dünyanı.
Gec ya tez bu çevrə qapanasıdı,
Sonu çatacaqdır komediyanın.
 
Bu dünyada hec kim heç kimin deyil. Bu dünyada adamın kədərindən başqa heç nəyi özünün deyil. Sən özünün çox şeyi olan adamsan, Kamal!
Sevdiklərimiz deyil, bizi sevənlər bizimdi. Olmayan olandan, gedən qalandan daha xoşbəxtdi, Kamal! Çünki olmayan olmağa, gedən dönməyə can atar həmişə. Sən olanların yox, olmayıb, nə vaxtsa olacaqların, qalanların yox, gedib nə vaxtsa dönənlərin şairisən. Sənin kədərli misralarının ahından Allaha yol görsənir. Ahdan Allaha olan yol yolların ən gözəlidi Kamal!
Mən danışmıram, misraların pıçıldayır: Bütöv ömrünü aynalara xərcləyən qız kimidi sevən kişi. Sonunda nə qazanar ayrılıqdan başqa. Sənin peşmançılığın da sirlidi:
... Bu dənizin sularını
Balıqlardan başqa
içən olmadı.
Kosmos Xaosun içindən çıxan kimi, biz də, bu dünya da, bu kainat da yoxun içindən çıxıb bəlkə. Bəlkə ona görə qorxa-qorxa yazmısan ki:
 
Daimi bir qorxudayıq,
Alınıbdı nəfəsimiz-
Bəlkə sənin yuxundayıq,
Allah, sənin yuxunuq biz.
 
Mübahisə eləmək mümkündü. Ancaq bundan artığını, sirlisini və kədər qarışıq qorxu içində olanını demək çətindi.
Əzizim Kamal! Allahı yuxusundan oyatmaqdan gözəl nə var dünyada.
Kədərli seçmələrin, seçilmiş adamın kədərindən və ahından Allaha yol görsənir, Kamal!
 
4
Təkbaşına olmaq
 
Günlərin bir günündə S. Rüstəmxanlı, R. Rövşən və bir də mən sənin Nardarandakı bağında qonaq idik. Səni elə həmin gün mən yenidən tanıdım. Sən demə, sən hamının tanıdığı məşhur yazıçı, akademik, rektor Kamal Abdulladan tamam fərqli bir adammışsan həm də.
Necə ki, Tanrı alıb verdiyimiz nəfəsdə – alıb verdiyimiz nəfəsin içindəki nəfəsdədir, sən də K. Abdulla adlı bir imzanın içindəki sirr içində sirsən.
Bağına, evinə, otaqlarına, pəncərələrinə hopan tənhalıq və yalnızlıq deyil, təkliyin ağrıtdı məni. Sən tənha və yalnız olan adamdan daha çox təkbaşına yaşayan bir adamsan.
Təkbaşına olmaq ağır bir şeydi Kamal! Təkbaşına olmaq yalnızlıq deyil. Yalnızlıq təkbaşına ola bilməyən adamın həmdərd axtarma çabası, anlaşılmamaq iztirabıdır. Sənin təkliyin həmdərd axtarmaq çabasından, anlaşılmamaq iztirabından ucada dayanan bir azadlıqdı – hər kəsdən və hər şeydən ucada dayanan bir azadlıq.
Sənin yanında illərlə cavabını axtardığım bir suala cavab tapdım. Dindarların “sonunda tanrıya qovuşacağıq” fikri gülməli gəldi mənə. Biz tanrıdan nə vaxt aralı durduq ki?
İsanı sevdikləri çarmıxa çəkmişdi. İsa çarmıxdan endirildiyində biri fahişə olmaqla üç qadından başqa heç kim gözləmirdi onu. Həvarilər qaçıb aradan çıxmışdılar. Sənin təkliyin bunları bildiyindəndir.
İsa Musanın, çarmıx İsanın, Quran da Məhəmmədin tənhalığıdır. Sənin yazdıqların da sənin tənhalığındır.
 
Qardaşım Kamal !
Təkbaşınasan
                         təkbaşına...
Təkbaşına adam
Adamdan daha çox oxşayır
Məzarlıqda çopur bir baş daşına.
Olsun!  Qorxma!
Başını ilahi olanın
                        ayaqlarına qoy,
Nə qədər ki, vaxt var.
Görəcəksən, aydınlanır
                        bütün qaranlıqlar.
Onda gözlərini ay işığı ilə yu,
Saçlarını rüzgarla dara;
Sonra aç pəncərəni,
                         aç ayrılıqlara...
Aç qoxmadan!
Gözlərini yum,
                         pəncərəni aç.
 
Görəcəksən-nə qorxu,
                         nə yalan var.
Gözlərini  qapa və düşün ?
Əbədiyyət yoxdu...
Ondan qoparılmış
                         bir yarpaq,
                         bir ləçək,
                         bir an var.
Yum gözlərini,
Qorxmadan aç pəncərəni,
                         və bax;
Görəcəksən-nə qədər gözəldi
Sükut pozulmadan
                         sükutu sözə daşımaq.
Və görəcəksən nə qədər gözəldi
                         gülləni qan axmadan
                              çıxarmaq yaradan.
Təkbaşınasan, Kamal,
                               təkbaşına...
Yum gözlərini,
                               aç pəncərəni;
                               aç və sorma nə isə.
 
Görəcəksən sükut içindədi Kəbə,
Sükut içindədi Qüdsdə
                               “ağlayan divarlar”.
Görəcəksən ? yenə səhrada
                                 təkbaşına yürüyür İsa.
Yum gözlərini, aç pəncərəni
                                  sonra, nə isə...
Təkbaşınasan, Kamal,
                                  təkbaşına...
Çoxdan ölüb aramızdakı
                                   Şeytan;
Qorxma! Sükutun səsini
                                   yaşa.
Sükutun içində
                      günəşin,
                                  ayın, ulduzların,
Rüzgarın və yağmurun
                       keyfini çıxar, nəşəsini
                                                      yaşa.
Qardaşım Kamal!
                       təkbaşına olmaq
                                      yalnızlıq deyil;
Təklik sükutun səsidi.
Yalnızlığı boş ver?
Yalnızlıq təkbaşına
                       yaşaya bilməməyin
                                  hüzuru, nəşəsidi.
Kim nə deyir, desin ?
Ağacdan yarpaq gözəldi,
                       ləçək çiçəkdən,
                       an əbədiyyətdən.
                                   gözəldi,
Göy üzündən ? boşluqdan da yer.
Anı yaşa, əbədiyyəti
                                  boş ver.
Qoy hər şey anın olsun.
Allaha ən kəsə yol sevgidi ?
Sev, qoy o sənin Tövratın, İncilin
                                    Quranın olsun.
Təkbaşına adam !
Yum gözlərini, aç pəncərəni
                                      və bax;
Görəcəksən nə qədər gözəldi
Sükut pozulmadan
                    sükutu sözə daşımaq.
 
P. S. Əzizim Kamal! İsa yəhudilər zalım olduğu üçün çarmıxa çəkilmədi. Həvariləri gücsüz olduğu üçün, özlərini fəda eləyə bilmədikləri üçün öldürüldü. Məhəmməd əsabələrinə güvənirdi, İsa yox. /525.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.