Əlisəmid Kür - Dərdi ovutmağa dost qalmayanda
27.10.14
Avanqard.net Əlisəmid Kürün "Öyrəşmək, öyrəşmək..." şeirini təqdim edir.
Dərdi ovutmağa dost qalmayanda Sümüyə yatan bir havaya alışmaq, Alışmaq hər şeyə! Ulduzsuz gecələrə alışmaq – Günəş boyda ümid doğur hər qaranlıqdan. Alışmaq tənhalığa – Sükut dil açacaq. Alışmaq ayrılığa – Bağrı çatlayacaq həsrətin... Uğursuz sevgiyə, Ən ağır günə alışmaq. Ən ağır taleli adam da sevgi gözləyir. Dəniz var içimizdə - Özümüzdən xəbərsiz Sinəmizi döyən Dalğaların səsinə alışmaq Kədəri qovub sinədən Alışmaq qəfil sevincə, Ağacların kölgəsinə, Küləyə, yağışa... Kədər biryolluq yığışar İnansaq Azadlığa – Sevmək, sevmək Azadlığı, Alışmaq Azadlığa.
|