Kiyan Xiyav - Müəllifin ölümü
30.10.14

Avanqard.net cənublu yazar Kiyan Xiyavın "Müəllifin ölümü" pyesini təqdim edir.


İki pərdədə bir piyes


Birinci pərdə:

Karakterlər:
Bir erkək (Haftal) və bir qadın (Məryəm)

Səhnə: iki pəncərəli bir otaq. Iki səndəli. Bir masa üstünə qoyulmuş bir tabut. Tabutun içində üstünə ağ çəkilmiş bir kişi uzanıb. Məryəm tabutun başında və haftal tabutun ayağında dayanıb ölüyə baxırlar.


Məryəm: İndi neyniyax?
Haftal: Bilisən gərəy neyniyəy?
Məryəm: Neyniyax?
Haftal: Bı heç özi də bilmir bının başına nə oyn açaciyam?
Məryəm: Nə oyunu açacaxsan?
Haftal: Sən heş yatıb yuxunda da görə bilməzsən.
Məryəm: Nəyi?
Haftal: Ki mən bının başına nə oyn açaciyam.
Məryəm: Nə oyunu açacaxsan?
Haftal: bəlkə dedim gəlib apardılar uzağ bir dəriyə atdılar.
Məryəm: Yoooo. (səndəlinin üstünə oturur)
Haftal: Diyəciyəm dibi görinmiyən bir uçırıma atsınnar.
Məryəm: Yoooo. (səndəlinin üstündən durur)
Haftal: Diyəciyəm əl-qolın tikəleyib atsınnar itə.
Məryəm: (ağlayır) Sən niyə beleylisən baaaa?
Haftal: Ədə bı mənə bir ömir qan utdırıb.
Məryəm: Bu sənə neyniyib baaaa?
Haftal: Day neyniyəcəydi? namə yadunda dəyil?
Məryəm: Ay bala, o bi söz dəyildi ki axi. (bir az dayanır) alladıb öldirdux bəs dəyil? (səndəliyə oturur)
Haftal: Kim öldirdi?
Məryəm: (bir az dayanır) Biz daaaa.
Haftal: Biz yox, sən.
Məryəm: Nə? (səndəlidən durur) Bu da axir peşəndi daaaa.
Haftal: Sən öldirdün.
Məryəm: Mən niyə baaaa? (dayanır) kim şərbətinə sıçan daavası qatdı? (dayanır) Kim livanın içinə sorənglə nəm nə töhdü? (dayanır) Kim axirdə çəkişinən başınnan vurdu? (ağlayır)
Haftal: Sən, sən, sən. Özüü çəhmə qırağa haaaa. İndi ki heliyə qaldı, bını kim alladıb evə gətdi?
Məryəm: Mən. Hə, mən gətirdim baaaa. Mən bi iştibah elədim daaaa. Sənin sözivə inandım. (bir az dayanır) indi də peşmanam. Hər şeyə peşman. (ağlayır)

(bir az səssizlik!)

Haftal: Deməli belədi daaay. Indi ki belə oldı, sən öldiribsən. Zəhri də sən veribsən, başınnan da sən vırıbsan.
Məryəm: Ay bala, niyə beleylisən baaaa.
Haftal: Hə, bınnan belə gör neyniyəciyəm?
Məryəm: Neyniyəcaxsan?
Haftal: Sizün başuza bir oyn açım kı.
Məryəm: Nə oyunu açacaxsan? (bir az dayanır) faydası yoxdı.
Haftal: Səfeyləmə görim. (bir az dayanır. Qaqqıltıyla gülür) Bəlkə verdim əmim işin gördi. (qaqqıltıyla gülür)
Məryəm: Nə işi? Əmin kimdi?
Haftal: Əmimi sən tanımazsan. (qaqqıltıyla gülür) O öliyə də rəhm eləməz. (qaqqıltıyla gülür)
Məryəm: Yanı nə? O ölüyə neynər ki?
Haftal: (qaqqıltıyla gülür) Ölini qabağına uzadıb soora da ... (qaqqıltıyla gülür) elə o söz.
Məryəm: Əl çəh, bu sözlər nədi axı?
Haftal: Bı sözdər? (dayanır) görəcəysən bı sözdər nədi?

(bir az səssizlik!)

Haftal: Hə, elə əmim yaxçıdı.
Məryəm: Mən bilmirəm. (bir az dayanır) faydası yoxdı.
Haftal: Danışma görim. Yoxsa deyisən səni də...
Məryəm: Məni də nə?
Haftal: Danışma dedim, danışma. (tabutun ayağından gəlir başına sarı. Ölüyə sarı əyilir) görisən daaay, ölibsən. Belə ölibsən, heç elə bil əvvəlinnən yoximışsan. Bilmisən də ki...
Məryəm: O çox şey bilir. (ağlayaraq) O heş də ölmüyüb.
Haftal: (gülür) hə, elə bi o çox şey bilir, bi də sən. (gülür)
Məryəm: Mən bilmirəm.
Haftal: (əlini məryəmə qaldıraraq) Dedim danışma. (ölüyə sarı əyilir) hə, sən danış. Danış görəy sən nə deyrsən? Nəzərüvə sənnən nə iş görim? (tabutun başından gəlir ayağına sarı) Mən deyrəm beleyliyəy daaaay. (bir az dayanır. Düşünür) Hə, elə dəriyə atsoğ yaxçıdı.
Məryəm: Faydası yoxdı. (bir az dayanır) Xanımısına nə cəvab verəciyux?
Haftal: Sənə rəbti yoxdı. O bilər mən bilərəm.
Məryəm: Hə, öziz bilərsiz. Hər halda bacı-qardaşsız.
Haftal: Bəli, ancağ sən sıs yeründə danışma.
Məryəm: (bir az dayanır) O da naməni oxuyub?
Haftal: Kim?
Məryəm: Bacın.
Haftal: Bilmirəm. Ancağ diyəsən oxiyıb. (bir az dayanır) Əlbəttə o namədən qabağ da məni saymazdı.
Məryəm: Həqqi var.
Haftal: Feministliyün tutmasın görim. (həqqidi- həqqidi deyərək, tabutun ayağından gəlir başına sarı. Ölüyə baxır) Mən də onın əvəzinə bının həqqin qoydım ovcına.
Məryəm: Amma bunun həqqi dəyildi.
Haftal: (həqqidi- həqqidi deyərək, tabutun başından gəlir ayağına sarı) O elə bil namədən qabağ mənim də yazdığımı oxımışdı.
Məryəm: Hətmən daaaa.
Haftal: Oxiyanda çox nayrahat olmışdı.
Məryəm: Hətmən daaaa.
Haftal: Ancağ mən o yazını ona verməmişdim, bı vermişdi.
Məryəm: Yoooo, bu verməmişdi. Doslarızın biri ona demişdi.
Haftal: (səndəlinin üstündə oturur) Əlbəttə o qabağdan məni saymaz.
Məryəm: Həqqidi.
Haftal: Onnan da deyrsən ki feminist dəyilsən. (bir az dayanır) Görəsən kim vermişdi?
Məryəm: Müştərək doslarızın biri.
Haftal: Vay dədə, yanı o? (səndəlinin üstündən durur)
Məryəm: O kimdi?
Haftal: Ehtimalən... (bir az dayanır) sənə rəbti yoxdı. Sən danışma.
Məryəm: Hər halda günah səndədi.
Haftal: Sən danışma dedim.

(bir az səssizlik!)

Haftal: Doğırdan aaa.
Məryəm: Əslən bunun günahı nə idi baaaa? (bir az dayanır) Sadəcə yazırdı daaaa.
Haftal: Yazıları hirsimi çıxardırdı.
Məryəm: (səndəliyə oturur) Niyə axı? Hər şeyin bir dəlili olmalıdı axı.
Haftal: Bilmirəm. Elə belə. (bir az dayanır) Əslən sənə nə var baaaax?
Məryəm: (bir az dayanır) Amma çox gözəl yazırdı. (bir az dayanır) bəzi yazıları...
Haftal: Sən danışma dedim baaaax.
Məryəm: (bir az dayanır) Elə yazılarına görə...
Haftal: Dedim danışma. (bir az dayanır) Bı heş nə bilmirdi. Heş nə.
Məryəm: Amma bilirdi.
Haftal: Yox, bilmirdi.
Məryəm: Bilirdi, çox da bilirdi.
Haftal: (səndəliyə oturur) Bilmirdi dedim, bilmirdi. Sən danışma!

(Bir az səssizlik!)

Haftal: Gedim əmimi çağırım. Bını bi təhər bi yerdə itirməliyüü.
Məryəm: Nə cür? Harda?
Haftal: Bilmirəm. əmim bilər. Dərədə, uçırımda, quyıda, nə bilim.

(Səhnəyə yağış səsi yayılır. Haftal və məryəm səndəlidən durub, pəncərə önündə dayanırlar. Pəncərənin dalından üzü tamaşaxanaya baxırlar.)

(Bir az yağış səsi!)


(Birdən ikisi də yağış səsinin içindən gələn səsdən diskinib, kürəklərini pəncərə şüşəsinə dayayaraq, arxalarını tamaşaxanaya çevirib, şaşqın bir durumda ölüyə baxırlar.)

Səs: Bəh- bəh, nə gözəl yağış yağır! Həyat indi başdan başa dənizdir. Bax, Məryəm! Sən indi işdən çıxıbsan. İydə bulvarı qırağıyla piyada yağış altında gedirsən. Ayaq izlərin xiyabana qoyulmamış silinir yağış altında. Çətirsiz islanıbsan. Buludlar məni sənə xatırladır. Bir iydə ağacına sığınırsan. Mobaylında "k" hərfiylə başlanan adları axtarırsan. Zəng vurursan. Uzaqdan ağlamağıvı görürəm. Buludlar bu dönə gözlərivə çökür. Bu dönə bütün şəhərə sənin gözlərindən yağış yağır. Böyründən bir-bir sovuşan maşınlara baxırsan. Sən yaşadığın şəhərdə maşınların qabağını kəsib şüşəsini silən yoxdur. Olsaydı da bu yağışda onlara iş tapılmazdı. Yadındamı? Biz ağ yağış deyirdik belə yağışa. İndi bu ağ yağışın altında necə maşın şüşəsi silmək olar kı? Görürsən daaaa, şüşə silən qızcığazlara necə də ürəyimiz yanır. Nə olsun kı bizim maşınımız yoxdur? Biz onların əllərini də öpmək istəyirik. Hələ sən bulvar boyunca hərəkətsiz serçələri də görürsən. Özün kimi ağ yağış altında cum-culuq islanmış serçələrin də, yuvalarına uçmağa qanadları yoxdur. (səs bir az dayanır)
Məryəm: (ağlayır) ...
Səs: Ağlama Məryəm, ağlama! Bax, yağış səsi qarışıb ağlayışıvın səsinə. Sən hələ də çətirivi açmayıbsan. Onsuz da götürmədiyin çətiri necə açacaqsan kı?! Bu nə sirdir? Mən də telefon dalında islanmışam. Sənə demişdim, mən öləndən sonra belə, sən yağışdan islanacaqsan, mən səndən. Yağışdan qaçma məryəm! Ağ yağışda doyunca islanmaqdan gözəl nə var kı? Bax, indi sən evizə yetişincə mən sətəlcəm olacağam, bilirəm. Bundan belə çətirivi götür ancaq. Bir az da özivi tut! Bunca ağlamağın xoşuma getmir. Bir az gözlərivi yumub uzanmalısan. Bir az səssiz-soraqsız düşünməlisən məni. Mən indi o bulvardakı serçələrə bənzəyirəm. Ağ yağış altında qalan serçələrə. Sən evizə yetişən kimi mən də yuvama girəcəyəm. Son yuvama! Sənsiz yuvam soyuq olacaq. Çox soyuq, bilirəm. Yuvam dərədə olur olsun, uçurumda olur olsun, nə fərqi var? İnsan təki diriliyində bir az fərqli yaşasa yaxşı olar. Yaxşı adam olmaq qolay deyil gülüm! Kimisi torpaq altında, kimisi torpaq üstündə, nə fərqi var? Həqiqət hər zaman özünü gizli saxlayıb. Onu kəşf etməyə çox da çalışmaq lazım deyil. İnsanlar yaşamaq üçün şəhərlər, kəndlər, dağlar, dərələrdə ard- arası kəsilmədən uzun- uzadı quyruqlar uluşdururkən, hamısı bir- birinə özgədir. Kimsə kimsəyə olduğu kimi qarşılanmır. İnsan insanı sevmir ki, sömürür. Mən ancaq səni sevdim məryəm! Səni sevdim, bir balıqda bir dəniz təcrübəsi əldə etmək üçün. Hal bu kı dəniz balıqdan bom-boş imış. Balıqlar çöplükdə çabalayırdı.

(Səs bir az dayanır. Yağış səsi də kəsilir.)

Səs: Mənim sizdən nəfrət etdiyim yox, dostlar! Sizin məni öldürməyiz məni günahlandırmır. Məni öldürdüyüzün səbəbisə həyatızda ilk dönə bir istəyin, sizin gözlədiyiz kimi nəticələnməməsidir. Mən çalışqan birisiydim. Öz bildiyim, öz başarımca yazırdım, yaradırdım. Kimsəylə işim yox idı. Sizsə məni öldürməklə bir çox şeyləri yox etdiz. Amma məryəm, mən səni torpaq altında da sevməsəm olmayacaq. Hər gün telefonlarıvı gözləyəcəyəm. Hər gün məsajlarıvı açıb oxuyacağam. Kimsə sevmədiyi kimi səni sevəcəyəm yenə. Hərdən mənə baş vur lütfən. Sənə darıxacağam. Və sən, haftal! Sən Məryəmi olduqca aşağıladın. Olduqca ihanət yağdırdın ona. Onun adıyla oynadın. Və də heysiyyətiylə. Məryəmdən istə ki səni bağışlasın. İnan, mənim sənə nəfrət etdiyim yox. Təki istə, səni bağışlasın məryəm. Artıq sənə deməyə bir sözüm yox. Hamısı bu qədər sadə. Tamam. Kefizdə olun!

(Bir az səssizlik!)

Haftal: Mən bırda qala bilmərəm. Gedirəm əmimi gətirəm. (səhnədən çıxır.)
Məryəm: (səhnənin çıxacağına baş çəkib yerinə qayıdır. əl- ayağını itirib. Yan ciblərini axtarır. Mobaylı çıxarıb qulağına dayayır. Bir az dayanır) Əlo! Polis?!

Birinci pərdənin sonu.


İkinci pərdə:

Karakterlər:
Məryəm - Haftal - Rza - Səid - Şəhruz - Adil - Nadir - Əsgər - Duman - Solmaz - Qardaş 1 - Qardaş 2 - Bir qadın - 9 yaşlı bir qız - Fərhad - Mahmıd - Əğdəs - Sanaz - Rəhmət - Şahrox - Qardaş 3 - Qardaş 4 - Fəriba - Susən - Əflatun - Ərəstu - Bacı 1- Bacı 2

(Səhnə: ortada bir tabut. Neçə nəfər iki- iki, bir- bir dağınıq şəkildə dayanıblar. Hamı tabuta baxaraq bir- biriylə danışırlar.)


Rza: (Səidə) Əslən inana bilmirəm. Dünən maşında bahəm idü. Gülişi canımı alırdı.
Səid: (Rzaya) Mən deyrdim bə onı siqar öldirər.
Şəhruz: (Adilə) Yaxçiyam. Mədrəsənin müdiri olmışam.
Adil: (Şəhruza kotunun qol düyməsini göstərir) Cani üçin, təh yüz min tümən bı iki sədəf düymiyə vermişəm.
Nadir: (Əsgərə) Bırdan hara gedəcəysən? Təzə bi şer demişəm.
əsgər: (Nadirə) Sən day pıllı olannan bizi saymısan.
Duman: (Solmaza) Bə o bəhadür hardadı? Qərar idı bırda bir az danışsın axı.
Solmaz: (Dumana) Bakıdan heş xoşım gəlmir eee, getsəm Ankariya gedəciyəm.
Qardaş 1: (Qardaş 2 nin yanında başı qınında, əli qoynunda dayanıb ağlayır) ...
Qardaş 2: (Bir qadın və 9 yaşlı bir qızın arasında dayanıb, qızı qoynuna alıb birlikdə ağlayırlar) ...
Fərhad: (Mahmıda) Babam, bı güli neynir axı? Qardaşım içə bilseydi, durıb gedərdüü yəylağa.
Mahmıd: (Fərhada) Amma bı mənim üstdə tihdiyim otağı yəylağdan da çox istirdi.
Əğdəs: (Məhsaya) Beş miliyon hesabına tökürdüm qəbul eləmədi.
Məhsa: (Əğdəsə) Marlin monroeni bətər sevirdi.
Rəhmət: (Şahroxa) Çarrahdakı saxtumanı sökəndə çox incimişdi.
Şahrox: (Rəhmətə) Həməşə də anasının durnalarınnan deyirdi.
Qardaş 3: (Qardaş 4 ün boynuna sarılıb ağlayır) ...
Qardaş 4: (Qardaş 3 ün belini qucaqlayıb ağlayır) ...
Fəriba: (Susənə) Sən nə dedin? Virciniya volf?
Susən: (Fəribaya) Hən, bi də nuam çameski.
Əflatun: (Ərəstuya) Musiqi təhliyindi, yoxsa dərdə çarə eləmir.
Ərəstu: (Əflatuna) Niçənin də ki bığları hitlerdə olmaliydı.
Bacı 1: (Başını bacı 2 nin çiyninə qoyub ağlayır) ...
Bacı 2: (Sağ əliylə bacı 1 in daldan sağ qolundan yapışıb ağlayır) ...
Ərəstu: (Əflatuna) O yazını sayı üzinən on iki dəfə oxımışam.
Əflatun: (Ərəstuya) Səsi, gülişləri, özi, heyif oldı.
Susən: (fəribaya) Yox, o opozisiyondı, buna pozişın diyər.
Fəriba: (Susənə) Doğurdan? Bəs onda... hən.
Şahrox: (Rəhmətə) Bayer Munix bı gecə Real Madridi sökəcəy.
Rəhmət: (Şahroxa) Bı qəbristanı da yuxarı başa köçitseydüü, yaman olardı.
Məhsa: (Əğdəsə) Neyniyəcəy? Mır-mıncığ da olsa olar.
Əğdəs: (Məhsaya) Amma mən qızılı çox istirəm daaaa.
Mahmıd: (Fərhada) Mən bilirdim, la məssəbin gözdərinnən qəm yağırdı.
Fərhad: (Mmahmıda) Babam, güləndə də heç ürəydən gülmirdi.
Solmaz: (Dumana) Şerlərimi əvvəl ona aparırdım düzəldirdi.
Duman: (Solmaza) Heeeey, fani dünya kimə qaldı?
Əsgər: (Nadirə)Bi top kalbas, bi bəstə çörəy, day nə deyisən?
Nadir: (Əsgərə) Mən amma püstə yeyib şer oxiyaciyam haaaa.
Adil: (Şəhruza) Mən başı daşdı heş baş açıram kı.
Şəhruz: (Adilə) Sən də müdir olson oları bilərsən.
Səid: (Rzaya) Day mənə bı şəhrin dad- duzı yoxdı.
Rza: (Səidə) Kaş o məryəmə bi zəy vıra bileydüü.

(bir az səssizlik!)


(qardaşlar, bacılar, bir qadın və 9 yaşlı qız ağlaşırlar. məryəm səhnəyə girir. Adamların arasında dolanmağa başlayır. Sonunda tabutun başında oturur. çaykovskinin "böyük sənətkarlar üçün ağıt" səmfonisi səhnəyə yayılır.)

Məryəm: (için- için ağlayaraq) Ah, hər şeyin nəticəsi demax buyumuş! Olsun, get, sən də o birləri kimi get! Get ümid ışığım, get! Uş get ulduzlara sarı! Neçə gündü göy üzünə yalvarıram sənə isti bir qucaq versin! Ulduzlara demişəm, bu günlər sizə taza bir ulduz qonax gələcax. Onu qoruyun lütfən! Bilirəm oyanmiyacaxsan, amma nə olur oyan! Oyan ümid ışığım! Oyan, ginə məni sev, məni qoru! Bəlkə dönə bildin hələ, geriyə dön, nə olur?! Lənət olsun bu ölümə! Lənət olsun bu yaşama! Sən ki belə getməzdin axı! Dur bi bax gör nə haldiyam! Bunca zaman sənlə birlıxda olduğuma dəymirəmmi? Lütfən qoy bir daha sənin parıltıvı qəbul edim! Lütfən, bir dəfə, nə olur?! Çoxdan qaranlığam, ümid ışığım! Lənət olsun qaranlığa! Lənət olsun haftala da, mənə də! Lənət olsun sənə də, dur əyağa! Lütfən ümid ışığınla bir daha məni aydınlat, bir daha məni isindir! (titrəməyə düşür) bax gör necə üşüyürəm! O ağ yağışın altında qalannan bəri beləyəm. Dur bu qaranlığı yox elə canımdan. Yox elə bu üşütməni bədənimdən. əslən yox elə məni! Burax gedim cəhənnəmə, qızışım! Mən sənsiz daaa heş kimə izin vermiyəcağam. Sənsiz izin vermiyəcağam bu həyata belə. Bilirəm inanmiyacaxsan, amma nə olur bu dəfə inan! Söz verirəm. Da qoymiyacağam bizə əngəl olsunlar. Lənət olsun bu yaşama, bu ölümə! (cibindən bir midad, bir dəftər çıxarır) bax, o gün sənə bir dana günlük dəftəri, bir dana da midad almışam. Dur bu midadın güciylə ginə də məni sev, məni qoru! Qoyma bunnan artıx sənə darıxım! Cismim, canım sənə ayid, dur, nə olur?! (bir az dayanır. Özünü toxtadır. Daha ağlamaqlı deyil. Tabutun başında oturduğu yerdə, ayağa qalxır. Dəftərlə midadı tabutun üstünə qoyur) olsun, bular mənnən sənə son hədyə. Mənə nə demax istəsən buna yazarsan. Bu tezlığa gəlib sənnən alacağam. Getdim, daha qalmax üçün heş bir səbəb yox. Sənnən ayrılmıram da haaaa, fəqət gedirəm. (gedib 9 yaşlı qızın yanında dayanır. Səmfoni səsi kəsilir.)

(Haftal səhnəyə girir.)

Haftal: (qahqahayla gülür) Öli bağışdadı məni. O müəllif məni bağışdadı day. (bir az dayanır. Şaşaraq səhnədəkilərə baxır. Ağlayır) O yeddi nəfərin yuxısına girmişdi. (bir az dayanır. Qahqahayla gülür) O məni day bağışdeyıb. (bir az dayanır. Ağlayır) Ancağ mən onı öldirdim. (bir az dayanır. Qahqahayla gülür) Ancağ o məni bağışdadı. Öli məni bağışdadı. (durduğu yerdə oturub səhnədəkilərə baxır.)
Səhnədəkilər: (səhnənin ucuna gəlirlər. birlikdə) Biz qatili bağışladıq. Siz də onu bağışlayın!

Son

Bəhmən ayı 1392 (2014)


Yenililklər
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
24.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda sərgi təşkil edib
24.01.23
Antonis van Deykin əsəri 3 milyon dollara hərraca çıxarılıb
23.01.23
"İnanıram" tamaşasının premyerası olub
23.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəlib
23.01.23
Qara Qarayevin əsərləri Filarmoniyada səslənəcək
20.01.23
Günay Əfəndiyeva Ankarada Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb
18.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qarşılıqlı əməkdaşlığı daha da gücləndirir
16.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa ilə bağlı layihələri davam edir
11.01.23
Vaqif Osmanov - Kimdir günahkar, insanlarmı, yoxsa zaman?
06.01.23
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
05.01.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
30.12.22
Əhməd Cavad 130: “Mən bir Turan yolçusuyam”
29.12.22
“Ömər Faiq Nemanzadə” fotoalbomu nəşr olunub
29.12.22
İki beynəlxalq Türk təşkilatı bir arada
26.12.22
Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
26.12.22
Almaxanım Əhmədli və sənət dostları İsveçdə konsert verib
26.12.22
Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda çıxış edib
24.12.22
Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub
23.12.22
Bu il hərraclarda satılan ən bahalı rəsm əsərlərinin adı açıqlanıb
23.12.22
Günay Əfəndiyeva Qazaxıstan İnformasiya və sosial inkişaf naziri ilə görüşüb
22.12.22
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” kitabı çapdan çıxıb
22.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşüb
22.12.22
“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsinin musiqi tərtibatı üzrə müsabiqə elan edilib
21.12.22
“II Sumqayıt Kitab Sərgisi”nin proqramı açıqlandı
21.12.22
Günay Əfəndiyeva Qırğız Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri ilə görüşüb
20.12.22
“Mifoloji lüğət” kitabı işıq üzü görüb
20.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib
19.12.22
Aleks de Val - Aclıq və feminizm
19.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.