Tural Şahtaxtinski - Dəniz kənarında yatan oğlan

31.10.14

Avanqard.net gənc yazar Tural Şahtaxtinskinin "Səs" hekayəsini təqdim edir.

                                             
Gecə şəhərin küçələrində gəzmək daha maraqlı olurdu, amma gündüzləri işləməyə məcbur idim deyə, gecənin bir yarısı şəhərin sakit yerində özümə sığınacaq tapıb yatırdım. Adətən gecə yarıya qədər asta-asta şəhərin mərkəzi küçələrini gəzirdim. Bu gəzinti mənə xoş gəlirdi. Çünki şəhərin küçələrində az insan gözə dəyərdi. Böyük şəhər, bir nəfər belə tanış yox, qalacaq yerim, geyinəcək əlavə paltarım, bir sözlə, heç nəyim yox idi. Bu məni hərdən qorxudur, eyni zamanda mənə zövq verirdi. Gecələr özümə elə yer seçirdim ki, orada qorxulu heç nə olmasın. Şəhərə gəldiyim ilk gün heç yata bilmirdim. Hər yeri gəzib görmək istəyirdim.

Həmin gün səhərə yaxın parkların birində gözümə yuxu getmişdi. Bir neçə saat yatıb qalmışdım. Gözümü açanda ətrafımda insanları görüb utanmışdım. Üzümü gizlədə-gizlədə oranı tez tərk etdim. Belim bərk ağrıyır, əllərim əsir, özümü idarə edə bilmirdim. Bütün bədənim yorğun, əzgin, aclıq da bir başqa ağırlıq verirdi. Hiss edirdim yüngül xəstələnmişəm. Bir-iki saat bu yorğunluq məni tərk etmədi. Parkdan çıxıb bir qədər uzaqda yerləşən digər parka yollandım. Qarşıma çıxan ilk oturacaqda hərəkət etmədən, gözümü bir yerə zilləyib oturdum. Ətrafda baş verənləri görürdüm, amma o qədər yorğun idim ki, heç nə haqqında fikirləşə bilmirdim. Sanki gözü açıq yatırdım. Yanımda bir nəfər qoca kişi əyləşmişdi. Onu ayağa durub parkdan getmək istəyəndə gördüm. Bəlkə də neçə saat mənim yanımda olub. Siqaretin tüstüsü burnumun içindəydi amma bilmirdim haradan gəlib dolur. Yəqin ki, yanımda əyləşən qocanın siqareti olub.
Parkın kənarında bir kafe vardı, balaca və çox köhnə bir kafe. İçəriyə baxdım, bir boş yer vardı. Keçib oturdum orada. Ətrafda daha üç stol vardı ki, onların birində saqqalından yağ daman, uca boylu, iri gözlü, əlləri boşqabdan bir qədər böyük olan, orta yaşlı bir kişi oturub, şorba içirdi. Qarşısında yarımçıq şüşədə araq da var idi. Digər iki stolda oturanlar deyəsən məktəblilər idi. Kafenin qulluqçusu olan qadın nə yeyəcəyimi soruşdu, mənsə onun əllərinə zillənmiş gözümü çəkə bilmirdim. Dırnaqları arasına elə bil palçıq dolmuşdu, əlləri də ürəkbulandıran kir içində... Başımı qaldırıb, üzünə baxmadan mən də bir qab şorba istədim. Qarşımdan oturan uca boylu insanın ağız səsləri məni rahat buraxmırdı. Yorğunluq əsəbləri korlayır. Ayağa durub qışqıra-qışqıra it balası, “bir az səssiz ye!” demək istəyirdim, amma deyə bilmirdim.
Kafe isti idi, bayırdakı soyuğu unutmuşdum. Yeməyimi yeyib, çay istədim. Çay gələndə qəfil yadıma düşdü ki, artıq neçə saatdır siqaret çəkmirəm. Kafenin qulluqçusundan siqaret olub-olmadığını soruşdum. O da yaxınlıqda yerləşən marketdən alıb, ikiqat qiymətə mənə satdı. Bir saat kafedə vaxt itirdim. Bayıra çıxanda soyuq yenə məni qorxutmuşdu.
Həmin gün hər şey mənə necə də qorxulu idi. Heç vaxt unutmaram, amma sonralar öyrəşdim bunlara. Günortalar bazarda yük daşımaqla pul qazanırdım. Gecələr isə şəhərin ən qaranlıq yerlərində özümə bir yer tapıb, yatırdım. Bir ay beləcə davam etdi. Hərdən pul qazana bilmirdim. Daha çox aclıqdan əziyyət çəkirdim. Gecələr daimi küçələrdə yaşayan adamlar çıxırdı qarşıma, düşünürdüm ki, necə olur axı dünyada bu qədər insan üçün yemək, yatmağa yerlər və nələr-nələr amma yenə küçələrdə ac, susuz, evsiz insanlar var. Sanki onlara çatası olan yeməkləri, evləri bir başqaları mənimsəyib. Bəlkə elə mən ya başqası onların həyatından paylar almışıq..

Bir ay küçə həyatından sonra xəstəlik imkan vermədi, beləcə davam etməyimə. Məni küçədən tapmışdılar. Qızdırmam o qədər çox olub ki, başımı yerdən qaldıra bilməmişəm, elə küçənin ortasında qalmışam. Kimsə təcili yardım çağırmışdı.
Sonralar hər şey yavaş-yavaş yoluna düşdü. Ən dəhşətlisi isə xəstəlik səbəbim oldu. Mən həmişə özümə qulluq edərdim. Gecələri yatanda üst-başıma bürümədiyim şey qalmırdı. Həmişə soyuqdan qorunmağa çalışırdım.

Günlərin biri mən gecə içkinin təsirindən dənizin kənarında qalası oldum. İndi özümə gülməli gəlir, mən o soyuqda dənizə niyə getmişdim?!
İçkili olanda gecəni yata bilmirəm. Həmin vaxt daha çox içmişdim, özümü bilmirdim, gecənin soyuğu və dənizin vahiməli mənzərəsi məni yavaş-yavaş içkinin təsirindən çıxarırdı. Dənizin sahili boyu heçnə gözə dəymirdi. Az qalırdım suya girib balıqlarla söhbət edim. Başımı qaldırıb göyün üzünə baxa bilmirdim. Elə bilirdim böyük bir boşluğun içində tək qalmışam və bu dəqiqə boğulub öləcəm. Heç özümə yer tapa bilmirdim. Çox peşman olmuşdum gecəni orada qalmağıma. Saatdan xəbərim yox idi, amma hiss edirdim ki, artıq gecə yarını ötmüşdü. Üzü üstə çevrildim, başımı qumun içinə yeritdim ki, bəlkə yata bilim amma nəfəs ala bilmədim. Suyun yaxınlığına getdim. Bir azda yaxınlaşıb, əlimi suya saldım. Su o qədər soyuq idi ki, barmaqlarım dondu.

Sahil boyu qaçmağa başladım. Ara-sıra gözümü yumurdum və qışqıra-qışqıra qaçmağa davam edirdim. Külək üzümü kəsib beynimin içinə yeriyirdi. Özümü qaldırıb yerə çırpır və yenidən bir də qaçırdım. Düşünmədən edirdim hər birini. Bir anlıq dayandım, tənginəfəs olmuşdum. Yerdə oturub, başımı dizimə döyməyə başladım. Sanki neçə günün yorğunluğnu çıxarırdım. Dəli kimi ətrafa boylanırdım, sonra yenə başımı dizimə döyürdüm. Təklik məni boğaza yığmışdı artıq. Həmin gün isə daha yaxşı anladım təklik mənə necə əzab verdiyini. Çox yorulmuşdum. Yenə birinci üzü üstə qumluğa uzandım. Sonra başımı sağ tərəfə çevirib gözlərimi yumdum. Bir qədər beynim sakitləşdi. Başımın içində nə isə çıq, çıq, çıq, çıqqıldayırdı. Bütün yorğunluğumu quma yeridirdim. Özümü bərk-bərk yerə sıxırdım və sonra tamamilə özümü boş tuturdum. Gözlərimi açmadım. Hərdən mənə elə gəlir ki, bütün bunları dənizin kənarında qorxduğum ya da soyuqdan donmamağım üçün edirdim. Bir qədər keçdikdən sonra artıq özümü daha rahat hiss edirdim. Yatmağın əsl vaxtı gəlmişdi. Nə soyuğu hiss edirdim nə də vahimələnirdim. Aclığım var idi
deyə daha çox yatmaq istəyirdim. Yorğunluq isə tamam məni tükətmişdi.
Birdən qulağıma səs gəldi. Maşın səsi eşitdim amma ayağa qalxıb baxmaq istəmədim. Bir qədər sonra daha da yaxınlaşdığını hiss etdim. Astaca başımı qaldırıb gözümü açdım. Heçnə görünmədi gözümə, düşündüm ki, bəlkə də mənə elə gəlir. Yenidən gözümü yumdum. Amma yenə həmin səs gəldi ətrafdan. Üzümü sol tərəfə çevirdim, gördüm böyük bir maşın gəlir. Şəhərdə ara-sıra belə maşınlardan görürdüm. Deyirlər, çox bahalı maşındı. Maşın dayandı. Qapı açıldı və maşından kimsə düşdü. Bütün bunları tam anlaya bilmirdim. Yuxu məni yenmişdi. Gözümü yenidən yumdum və yatmağa çalışdım. Yenə səs gəldi. Amma bu dəfə uşaq səsi . Ağlayırdı, ya gülürdü seçə bilmirdim. Səslər qarışırdı başımda. Ayaq üstə qalxıb ətrafda nə baş verdiyini daha dəqiq görmək istəyirdim, amma bir yandan yuxu, bir yandan yorğunluq buna imkan vermirdi. İt hürdü birdən. Dik atıldım. Ətrafa baxdım. Gördüm bir qədər aralıda qadın və qucağında uşaq var. Amma maşın yoxdur. Yanlarında isə balaca it. Düz dənizin yanına getdilər. Qadın ətrafa baxıb uşağı yerə qoydu. Uşağın səsi aləmi götürmüşdü. Əvvəlcə heçnə anlamadım amma sonra hər şey aydın oldu, ana körpə balası ilə oynayırdı. Gözlərimi yayındıra bilmirdim. Üzümü çevirdim yana, başımı astaca qumluğa qoydum və gözlərimi yumdum. Amma fikrim orada qalmışdı. Sanki kimsə mənə ora baxmalısan deyirdi. Dözə bilmədim yenidən üzümü çevirdim amma gördüyüm mənzərə bir az məni çaşdırdı. Qadın yarıya qədər suya girib uşağın əllərindən tutub aşağı suya doğru sallayır və yenidən qaldırır başı üstünə. Uşağın səsi ətarafı götürmüşdü. Bilmirəm canımı nə yorğunluq bürümüşdü. Nə qədər baxmaq istəsəm də baxa bilmirdim. Soyuq artıq bütün bədənimə yerimişdi. Başımı qaldırıb göyə baxdım. Uşağın səsi kəsmirdi. Bir qədər sonra artıq əsəblərim gərginləşir, istəyirdim qalxam ayağa qışqıram ki, bəsdir o uşağı bu qədər ağlatdın. Amma qəfil uşağın səsi kəsdi. Gözlərimi yumdum və bir qədər sakitləşdim.

Birdən dəniz coşdu , külək daha da artdı. Özüm də bilmədim niyə? Qəfil ayağa durdum və necə deyim bilmirəm, amma qadın dənizin kənarında tək başına əlini sallayıb gedirdi. Birinci anlamağa çalışdım, bir qədər düşündüm amma tam aydın olmadı. Anidən dənizə qadının getdiyi yerə doğru qaçdım.

Eeeeey dayan , səninləyəm ayaq saxla!

Mənə cavab vermirdi, sonra qaçmağa başladı. Mən anlamışdım artıq. Mən də qaçıram amma bilmirəm hara? Dənizə qaçım, yoxsa qadının arxısınca? Birinci, dənizə uşağı xilas etməyə girdim. Nə xilas? Heç bilmirəm hara atılıb? Bu soyuq suda uşaqmı dözər?! Bu sualları həmin an özümə verməmişdim. Və düşünmədən dənizə girdim. Başımdan ayağıma bütün bədənim dondu. Elə bildim ölürəm. Hərəkət edə bilmirdim. Amma sudan çıxmaq fikrim yox idi. Bir qədər sonra artıq seçim etməli idim və mən dənizdən çıxıb qadının arxasınca qaçmağa başladım.
 Amma ətrafda nə qadın var idi, nə uşaq, nə o maşın, nə də ki it.

Yenidən geri qayıtdım və səhər açılana qədər üç dəfə dənizə girib o uşağı axtardım.
 

Yenililklər
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
24.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda sərgi təşkil edib
24.01.23
Antonis van Deykin əsəri 3 milyon dollara hərraca çıxarılıb
23.01.23
"İnanıram" tamaşasının premyerası olub
23.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəlib
23.01.23
Qara Qarayevin əsərləri Filarmoniyada səslənəcək
20.01.23
Günay Əfəndiyeva Ankarada Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb
18.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qarşılıqlı əməkdaşlığı daha da gücləndirir
16.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa ilə bağlı layihələri davam edir
11.01.23
Vaqif Osmanov - Kimdir günahkar, insanlarmı, yoxsa zaman?
06.01.23
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
05.01.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
30.12.22
Əhməd Cavad 130: “Mən bir Turan yolçusuyam”
29.12.22
“Ömər Faiq Nemanzadə” fotoalbomu nəşr olunub
29.12.22
İki beynəlxalq Türk təşkilatı bir arada
26.12.22
Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
26.12.22
Almaxanım Əhmədli və sənət dostları İsveçdə konsert verib
26.12.22
Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda çıxış edib
24.12.22
Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub
23.12.22
Bu il hərraclarda satılan ən bahalı rəsm əsərlərinin adı açıqlanıb
23.12.22
Günay Əfəndiyeva Qazaxıstan İnformasiya və sosial inkişaf naziri ilə görüşüb
22.12.22
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” kitabı çapdan çıxıb
22.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşüb
22.12.22
“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsinin musiqi tərtibatı üzrə müsabiqə elan edilib
21.12.22
“II Sumqayıt Kitab Sərgisi”nin proqramı açıqlandı
21.12.22
Günay Əfəndiyeva Qırğız Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri ilə görüşüb
20.12.22
“Mifoloji lüğət” kitabı işıq üzü görüb
20.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib
19.12.22
Aleks de Val - Aclıq və feminizm
19.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.