Niyazi Mehdi - Gənc yazarlara məsləhət
07.11.14

Avanqard.net Niyazi Mehdinin "Gənc yazarlara məsləhət" məqaləsini təqdim edir.

"METRƏ" VƏ SƏNƏT
 
Ötən söhbəti ananda


Demək belə! Biz dünyaya gələndə ora mücrüdə düşüb mücrüdə də qalırıq. Bu mücrülər sanki səbətdir, bizi dünya alanına, meydanına endirirlər. Bizim qafamız, dinimiz, ulusal mentalitetimiz hərəsi bir mücrüdür, barama kimi bizi qapadıb. Ancaq baramadan fərqli olaraq o, nöqtədən partlayıb saçan Kosmos kimi genişlənir. Di gəl, nə qədər genişlənsə də bütün dünyanı tutammır. Ayrı-ayrı mücürülərin ayrı-ayrı genişliyi var, səyyahın mücrüsü Bakıdan çıxmamış adama baxanda daha genişdir. İnternet, kabel TV-lər çağdaş azərinin (bəlkə, “çağdaş Oğuzun” deyək?!) dünyasını 80-ci illərin hətta avropalısının “mücrüsündən” daha geniş edib. Ancaq yenə də biz həmişə özümüzdə darısqallığı duyuruq. Ona görə Salam Sarvan deyir:

“Boğulmaq da olmur, dayazdı dünya…”

Bəlkə, səs və musiqi havalarının insana güclü etgisi ondandır ki, “havalanır Xanın səsi” prinsipində bizi darısqallıqdan genişlik aldanışına, illüziyasına çıxarır?!

Bizim mücrülərdən bir-birinə birbaşalıq yoxdur. Arada körpülər var, körpü isə nə qədər yaxşı olur-olsun, aramızdakı uzaqlığın üzərindən uzana bilər. İki nəsnə arasında ara, aralıq yoxdursa, körpü də yoxdur.

Sənət mücrülər arasındakı körpülərdən ən “dadlısıdır”, çünki o biri mücrülərdən bilgi gətirəndə onlara yeməli-qoxulamalı tamlar verir. Beləcə, bu təamlardan bizim mücrümüz kökəlir, genişlənir, ancaq yenə gerçək dünyaya baxanda mücrü olaraq qalır, yəni zal olmur.

Yada salmaların və xəyalların hesabına genişlənən dünyamız

Sənət dünyamızı təkcə olanlardan alınma bilgilərlə böyütmür. Həm də ola bilənlərin uydurmaları ilə genişləndirir. Televizoru, telefonu, sualtı qayığı bizim dünyamıza, demək olar ki, ilk dəfə incəsənət gətirmişdi, elm isə onları görəndən sonra “yallah” deyib işə başlamışdı. Kommunizm utopiyası Ortaçağ insanlarının yaddaşından silinmişdi, necə deyərlər, onların dünyasındakı nəsnələr cərgəsindən düşüb itmişdi. Onu yenidən Nizami Gəncəvi, Tomaza Kampanello kimi düşünərlər bu cərgəyə qaytardı.

Kültürün də yaddaşı var, özü də o nə qədər huşludursa, o qədər (bəlkə, daha çox) huşsuzdur. Baxırsan, elm, incəsənət əziyyətlə işləyir, işləyir, ad verə-verə nəsnələr, olaylar cərgəsini uzadır. Əvəzində huşsuzluq da öz işindən qalmır. Bir də görürsən, cərgənin arxada qalmış kəsimindən nəsə pozuldu, ya da düşdü itdi: “Şeytan yoldan çıxarıb” deyirlər, ancaq bu sözlər tarix boyu o qədər adam üçün söylənib ki… çoxu da bizim dünyamızdakı cərgədən düşüb itib. Yaxşı ki 80-ci illərdə Mövlud Süleymanlının “Şeytan” nağıl-povestini oxuduq, şeytanın yoldan çıxardığı Fatmalar, Ağcalar yenidən bu cərgəyə “yazıldı”. Demə, “siz savaşa, mən tamaşa” sözlərini filankəslər birinci dəfə işlətməmişdi. Şeytan idi, Ağca ilə Bəkirin toyunda dava böyüyüb “birindən ikisinə, dostdan-dosta, qohumdan-qohuma, tayfadan-tayfaya” keçəndə demişdi. Demə, adamlar var ki, özünü “unutdu, deməli, unudulan şeytandı”.

 Qəlibləri dağıtmaqla dünyamızı genişləndirən sənət


Haçansa, kimlərsə öz dünyalarındakı nəsnələr, adamlar cərgəsini şahmat taxtasındakı kimi görmüşdü: qaralar bir yanda, ağlar o biri yanda. Hüseyn Cavid “İblisi” ilə vurdu dağıtdı bu fiqur düzümünü. Ağla qaranın sınırını iki fiqur bölüyünün arasından yox, hər “fiqurun” içindən keçirdi. Dedi, İblisin qarası öz ürəyinizi iki yerə ayırıb, buyurun, təmizləyin. Pis və yaxşı adamlar bölgüsü çox vaxt şərtidir, gərək düz adam olasan ki, öz içində şeytan ilə bildirilən pislikləri görüb, onlara qarşı durasan. Ancaq bu düz düşüncə bizim dünyamıza bəs eləmədi.

Cücələrin yaddaşı

İnsanda uşaqlıq təəssüratının izləri başqa canlılarınkından dayaz olmur. Bəlkə də, bizi oyuncaq teatrı ilə bağlayan duyğuların bəziləri elə bu izlərdən gəlir. Uşaqlıqdan alınan izlərin dərinliyindəndir ki, mauqliləri axıracan topluma uyğunlaşdırmaq olmur. Professor Lorens belə bir təcrübə aparmışdı: qaz balaları yumurtadan çıxanda yanlarında olmuşdu, ona görə də yadlarında “ilk hərəkət edən iri şey” kimi qalmışdı. O vaxtdan prof. Lorensi öz anaları sanıb, böyüyənəcən onun arxasına düşmüşdülər.

Uşaqlıqda bizim mənfi və müsbət duyğularımız eşitdiyimiz nağıllardakı, dastanlardakı personajlar arasında paylanıb bərk-bərk onlara bağlanır. İfritələrdən, pis sehrbazlardan uşaq duyğusu ilə qorxuruq, Məlik Məmmədləri isə sevirik. Sevgimiz elə aşıb-daşır ki, nağılı yenidən dəfələrlə eşitmək istəyirik, eyni nağıldan doymuruq.

Uşaqlığından çoxdan ayrılmış bizlərin dünyasında bu uşaqlıq duyğuları dünyamızdan pozulmuş, unudulmuş “nəsnələrdəndir”. Froyd bir az başqa cür deyərdi. Deyərdi ki, onlar bilincdən (şüurdan) pozulur, daha doğrusu, sıxışdırılıb bilincaltı psixi dünyaya salınır. Və orada onlar sərf olunmağa imkan tapmadıqları üçün enerjilərini itirmirlər. Tərsinə, yığıb artırırlar. İstedadlı yazarlar sonra həmin sıxışdırılanları sublimasiya yolu ilə dünyamıza qaytarırlar. Beləcə, Dostoyevski atasına nifrətini əsərlərinə sublimasiya etmişdi. Beləcə, o qədər adamın ateizmi Ataya qiyamın sublimasiyası olmuşdu ki!

Sonda belə bir düşüncə aydırım: sənətə cürbəcür yanaşmaq olar. Mənim gənc yazarlarla bağlı təklifim: əlimizə “metrəni” götürüb ölçək, kim nə qədər və hansı yöndə dünyamızı genişləndirib? /kult.az/

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.