Tərcümə Mərkəzinin direktoru Afaq Məsud İsrail səfiri ilə görüşüb
17.11.14

İsrail dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz noyabrın 14-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüb. Görüşdə Azərbaycanla İsrail arasında ədəbi-mədəni əlaqələrin, ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bədii tərcümənin dil mədəniyyətinin inkşafını təmin edən məsul sahə olmaqla yanaşı, həm də ciddi sənət hadisəsi olduğunu qeyd edən Afaq Məsud İsrail ədəbiyyatının Azərbaycanda tərcümə və nəşr məsələlərinə də toxunub: “Tərcümə Mərkəzi daim İsrail ədəbiyyatı və əsasən, yəhudi əsilli yazıçıların əsərlərinə xüsusi diqqət göstərib, öz mətbu orqanlarında bu ədəbiyyata məxsusi yer ayırıb. Bu ədəbi nümunələr sırasında İsaak Bebelin “Odessa hekayələri”ni, Artur Millerin pyeslərini və s. qeyd etmək olar. Mərkəzin üzümüzə gələn ildə ivrit dilindən tərcüməsini və nəşrini nəzərdə tutduğu növbəti müəllif – məşhur yəhudi yazıçısı Şolom Aleyxemdir”. Afaq Məsud həmçinin, Azərbaycan dilinə tərcümə edilməmiş Tövratın orijinaldan tərcümə məsələsinə toxunaraq, bu işdə İsrail mütəxəssisləri ilə birgə əməkdaşlığın vacibliyini qeyd edib. 

Cənab Rafael Harpaz öz növbəsində Azərbaycanda belə bir qurumun yaradılmasının ciddi hadisə olduğunu qeyd edərək, Tərcümə Mərkəzinin ədəbiyyatlar və xalqlararası körpülərin yaradılmasında böyük rol oynayacağına əminliyini bildirib. “Digər ölkələrlə müqayisədə İsrail və Azərbaycan arasında əlaqələr xüsusi templə inkişaf edir və hər iki tərəf üçün önəmli xarakter daşıyır. İqtisadi əməkdaşlığımız, Qarabağ məsələsində mövqeyimiz buna bariz sübutdur. Təsadüfi deyil ki, bu gün İsraildə 70 000-ə yaxın Azərbaycandan köçmüş yəhudi yaşayır və fəaliyyət göstərir. Onlar təmiz Azərbaycan dilində danışır və bu dili, Bakını heç bir vəchlə unutmurlar. Biz coğrafi cəhətdən yaxın olmasaq da, mədəni və mənəvi bağlar həmişə İsraillə Azərbaycan arasındakı əlaqələrin inkişafına təkan verib. Biz həm iqtisadi, həm də ədəbi-mədəni sferalarda əməkdaşlığa maraqlıyıq”.

Görüşün sonunda gələcəkdə İsraildə keçiriləcək ədəbi-mədəni tədbirlərdə Mərkəzin iştirakı, həmçinin, ədəbiyyatlararası mübadilələrin təşkilində səfirliklə Az.TM arasında birgə layihələrin hazırlanması barədə razılıq əldə olunub.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.