Zərdüşt Şəfi - Şairin ölümü
19.11.14
Avanqard.net mərhum gənc şair Zərdüşt Şəfinin"Şairin ölümü" şeirini təqdim edir.
Eynən qatarların vəziyyətindəyəm. Onlarçın qandal relslərdən çölə, azadlığa çıxmağın bircə yolu var – QƏZA!
Salam Sarvan
Kim unudub məni yol ayrıcında- gəlsin qucaqlasın, gəlsin aparsın… Bu ömrü yolundan çıxarar qəza- gəlsin qabaqlasın, gəlsin saxlasın… Mən ölümə gedən adamam, adam- yadlara doğmayam, doğmaya yadam… Bir göyərçin gəlib, əlimə qonub Əlimdə bir yuva salıb göyərçin, Uçub getməyəcək, mənim olacaq, Sevinib, əlimdə qalıb göyərçin, yellədə bilmərəm əlimi daha- əllərim göyərçin yuvalarıdı- qatarlar aparsa əzizlərimi… Üzündə əl izim qalıbsa, gülnar, məndə əl qalmayıb, sil izlərimi… Bağışla ömrümü, uzun gecədi- Bir say ulduzları, bax gör neçədi? Bildir Günəşimə, səs sal Ayıma, Bir gecə qısqanıb məni dənizə ölüm at ömrümə- zəhər çayıma… Mən o gün biləcəm- O gəlib bizə… Mən o gün dönəcəm düz kəndimizə…
|