Azad Qaradərəli - Səni elə sevərəm ki, qalmazsan heç kimə…
26.11.14

Avanqard.net yazıçı Azad Qaradərəlinin şairə Elnaz Eyvazlı haqqında yazdığı məqaləni tədim edir.

(Elnaz Eyvazlının şeirlərindən aldığım təkanla yazdıqlarım)


    Onun imzasını həmişə axtarmışam. Bilmirəm, nədənsə doğma gəlib bu xanım mənə: cəmi 3-4 dəfə  ötəri görsəm də, qəlbimə elə yatıb ki, elə bilmişəm, bizim kəndin aşağı məhləsində doğulanlardandır. Və hətta elə bilmişəm ki, bizim tayfadandır. Lap qısası, bu xanıma qanım elə qaynayıb ki, özünü yazılarından çox... Yox, burda həddimi aşdım, hətta yalan dedim. Mən bir yazı-pozu adamı kimi qələm əhlinə həmişə və hər zaman ilk olaraq yazısına görə, mətninə görə qiymət vermişəm. İndi bayaqdan min türlü rənglə tərifləməyə çalışdığım Elnaz Eyvazlı da belədir. (Yuxarıdakı sətirlərin mənasını bir azdan açmağa çalışaram.)

    Elnaz xanımın şeirlərini ilk dəfə oxuyanda səksənmişdim: “Mən də belə yazardım!” Yaxud təəssüflənmişdim, belə:”Bu mistalar mənim olsaydı...” (Bu hamınızda olur, sadəcə boynunuza almırsınız!) Bu sonuncu hiss paxıllıq deyil ki... Bu bir vurğunuqdan dolayı yaranan “heyhat!” nidası kimidir. Bu köhnə kişilər demiş, “həvayü həvəsdir.”

    Bir dəfə mərhum Rafiq Tağıyla görüşməliydik. Amma görüşümüz elə vaxta təyin olunmuşdu ki, eyni zaman kəsiyində  Elnazın şeirlər kitabının təqdimatı olmalıydı. İkimiz də telefon söhbətində razılaşdıq ki, görüşdən əvvəl təqdimatda iştirak edək, sonra söhbətimizi aparaq. Belə də oldu. Bu əslində, gənc bir söz adamına ağsaqqal dostlarının ehtiramı idi.

    Elnazın şeirləri bir gün bizim “Yazı”ya da gəlib çıxdı və mən onları zövqlə oxuya-oxuya çap etdim. Amma heyf ki, dalısı gəlmədi...

    Və bu yaxınlarda Elnaz xanımla bir dostumuzun kitabının təqdimatında rastlaşdıq. Qısa söhbətdən sonra “Yazı”nın 12-ci sayında şeirləri ilə iştirak etməyə dəvət etdim. Həvəslə razılaşdı.

    Nə yaxşı ki dəvət etmişəm!
    Nə yaxşı ki razılaşıb!
    Mən dərgimizin “Bir kitab şeir” rubrikası üçün çapa hazırladığım bu şeirlərin boy artımını, dolu sünbül kimi dən tutduğunu və modern bir səviyyəyə çatdığını fərəhlə müşahidə edir və ruhən rahatlıq tapırdım: bizdən sonra gələn bu gəncliyə arxayın olmaq olar... Onların poetik məni yeni dövrün bütün ziddiyyətlərindən keçməyi bacarıb:

Tüstü kimi çəkərəm ciyərimə,
 nəfəs kimi alaram səni.
 Gözlərimi yumub baxışlarımda saxlayaram –
 kirpiklərimin arasından boylana-boylana qalarsan.
 Sərxoş olarsan, dəli olarsan,
 uçarsan göylərdə,
 sevgi alar səni tərkinə.
 Səni elə sevərəm ki,
 qalmazsan heç kimə...


   Bizlərdə qadının sevgisi də yasaq olub. Qadın susub, ona ediləcək təklifi gözləyib; heç cavab da verə bilməyib, razıdırsa, “atam bilər” deyib. Yaxud qadın sevdiyinə sevirəm kəlməsini dilinə gətirməyib, bu guya əskiklik sayılıb. Beləcə, zaman-zaman bizlərdə sevgi az qala birtərəfli olub, ya da gizlində. İçdə, içəridə olub. İçəridə çox qalan nəsnənin isə fəsadları çox olub həmişə. Elnazın poetik məni öz sevgisini bu baxımdan da elə ifallıca deyir ki, köhnə oyun qaydaları da pozulmaz olsun, yeni baxış da  tərrəddüdə qalmasın. Hələ bu misralara baxın:



   
... Darıxdım gecə gözü,
 başıma düşdün bu gecə,
 daş kimi...
 Kişi kimi sevdim səni,
 balam kimi əzizləyib,
 güvəndim qardaş kimi...


    Elnazın şeirlərinə saxta pafos yaddır. “Oy Vətən, öldüm, çatladım, yandım...” kimi yalançı qışqırmalar, yalançı vətənşüvərlik onun misralarına xas deyil. Zaman-zaman yağıların talayıb cəhənnəmə çevirdiyi ölkəmizi cənnətə bənzədən, “Stalinin eşqilə həmişə güləcək Azərbaycan”dan bəhs edənlərin ağır vəsf mirası yaxşı ki, gəncliyin və o cümlədən bizim qəhrəmanımızın əl-ayağına dolaşmır. Amma həqiqi vətən eşqi, “ürəyin infaktında”  olan məmləkət (N.Hikmət) Elnazın da yazılarına xasdır. Elnazın “Azərbaycanını” sən də sevmək istəyirsən – təmənnasız, umacaqsız:

Səni bu qədər sevdiyimi bilməzdim:
 adın çəkiləndə köksüm dağa dönüncə,
 gözlərim dolub, boğazımı qəhər sarınca,
 titrəyə-titrəyə adını pıçıldayıb,
 hər hərfini öpüb-öpüb,
 gözlərimin üstünə qoyunca,
 sevdim Səni doyunca,
 yandı canım...
 Ah, nə cansan, Sən nə can?!
 Adına canım qurban,
 Azərbaycan...


          Həəəə, yazının əvvəlinə qayıtmaq vaxtıdır. Bizlərdə qıbçaq gözlü,  qıbçaq ədalı, boyu boyca, hoyu hoyca, sözü kəsərli,  kişi hünərli, at minən, güllə atan – sözü güllə olan qadınlara daha çox etibar ediblər, daha çox güvəniblər və  onlardan çəkiniblər də. Bizlərdə bir Qaçaq Fərzalı olub. Deyərmiş ki, bu hökümətlə (Sovet höküməti ilə) diş dişə,  döş döşə dayandım, təntimədim. Bilirəm ki, bu hökümət də, onun gədə-güdəsi də zənən tayfamdan olanların belə həndəvərinə düşə bilməz. Bizim tayfanın gücü daha çox qadınlarında olub.

    Bax, Elnaz xanımı mən Qaçaq Fərzalının dediyi qadınlardan bilmişəm. Dərgimizdə çapa hazırladığım şeirləri deyir ki, yanılmamışam. 

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.