Vasif Əlihüseyn - Daş başına olmasın, gör nə gözəl qadının qızısan
01.12.14
AYB-nin üzvü, prezident təqaütçüsü
GÜL KİMİ QIZ İDİN, MƏN SƏNİ SEVƏNDƏ
Gül kimi qız idin, mən səni sevəndə. Telefonunda yox idi, qonşu qızlarından xəbər yollayardım sənə.
Necə maraqlıydı, sənə yolladığım məktublar ananın əlinə keçəndə. O, vaxtdan öyrəncəliyəm İndi də telefonda sənə yazdıqlarımı anana yollayıram.
Gül kimi qız idin, mən səni sevəndə, üzün – üzlər görməmişdi, barmağın üzük görməmişdi, nişanın da qayıtmamışdı. əllərindən kimsə tutmamışdı.
dilin də, bu qədər uzun deyildi. kimsə bilməzdi ki, həyasız olacağını.
Gözlərinin rəngi kimi deyildi xahsiyyətin, hər dəfə bir rəngə çalmazdı, yadımdadı.
sənin üçün bütün sevgi şeirləri boş şeydi, elə romantikada. sən heç vaxt bilmədin nə istədiyini. Həyatımdakı qadınlar kimi səndə tez getdin... Daş başına olmasın, gör nə gözəl qadının qızısan!
|