Almaniyanın Azərbaycandakı səfirinin müavini Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüb
03.12.14

Almaniya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin müavini Volfanq Mössinger Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Görüş zamanı Mərkəzin direktoru yeni yaradılmış qurumun fəaliyyəti barədə qısa məlumat verərək, ədəbiyyatlararası mübadilələrin xalqlararası qarşılıqlı anlaşmaya müsbət təsirindən, tərcümə sənətinin unikallığından, bədii tərcüməyə gəlincə isə, bunun, ciddi sənət hadisəsi olduğundan danışıb. Alman-Azərbaycan ədəbiyyatlarının qarşılıqlı mübadiləsi zəmnində vacib bilinən işlərdən söz açaraq, rəsmini Mərkəzin bu günə qədər tərcümə etdiyi alman ədəbiyyatı nümunələri ilə, tərcüməsi gələn ildə nəzərdə tutulan növbəti layihələrlə tanış edib. “Mərkəz Azərbaycan ədəbiyyatının və dilinin dünya müstəvisinə mükəmməl formatda və tərcümədə çıxarılmasında, milli ədəbiyyatımızın beynəlxalq aləmdə malik olduğu səviyyədə tanıdılmasında maraqlıdır. Tərcümənin, əsərin bədii dəyərinin göstəricisi və təyinatçısı olduğunu nəzərə alaraq, bu prosesə tərcümə olunan dilin daşıyıcılarının – bədii tərcümə ustalarının, şair və yazıçıların cəlb edilməsi vacibdir”. Tərcümə sahəsində mövcud olan əngəlliklərin aradan qaldırılması məsələsinə gəlincə, direktor bu sahənin təhsil mərhələsindən başlayaraq təşkili, tərcümə spesifikliyinin aktuallaşdırılması, Azərbaycan dilinin tərcümə və yazı prosesində aşınmaya uğradılmasının qarşısının alınması üzrə nəzərdə tutulan işlərdən danışıb. “Bu sahədə daha fundamental sahman yaratmaq üçün ölkədə fəaliyyət göstərən tərcüməçilərin və əlaqədar tərcümə qurumlarının peşəkarlığı müəyyən olunmalıdır”.

Volfanq Mössinger öz növbəsində Azərbaycanda belə bir dövlət  qurumunun yaradılmasının əlamətdar hadisə olduğunu qeyd edərək, tərcümə prosesinə dair bir sıra fikirlərini bölüşdü: “Biz burda tərcümədə yol verilən xətalarla tez-tez rastlaşırıq. Belə halların aradan qaldırılması üçün, əlbəttə ki, mütləq şəkildə ölkənin peşəkar tərcüməçiləri müəyyən olunmalıdır. Almaniyada tərcüməçilərə tərcüməçilik fəaliyyəti göstərmək üçün lisenziya verilir, onların şəxsi möhürü olur və belə bir möhürü olmayan tərcüməçilərin tərcümələri qəbul edilmir. Bu qaydanın, bir dövlət qurumu olaraq, sizin Mərkəz tərəfindən tətbiq edilməsi tərcümə sahəsində baş verən yalnışlıqların qarşısını alardı”. Səfir müavini, həmçinin, Tərcümə Mərkəzi ilə Höte İnstitutunun birgə həyata keçirə biləcəyi tərcümə layihələrindən söz açaraq, institutun hər il keçirdiyi tərcümə seminarlarına gənc azərbaycanlı tərcüməçilərin qatılmasını da, vacib sayıb. “Bu gün Almaniyada Azərbaycan dilini yüksək səviyyədə bilən peşəkar mütəxəssislər azdır. Ancaq Berlin Universitetində “Azərbaycan dili və ədəbiyyatı” kafedrası mövcuddur. Siz onlarla da əlaqə saxlaya, təcrübə mübadiləsi apara, həmin mütəxəssislərin köməyindən yararlana bilərsiniz. Bədii tərcümə çox çətin və incə prosesdir, bu işi sıravi tərcüməçilərə etibar etmək olmaz. Belə demək mümkünsə, tərcümə – incəsənət növüdür, yaradıcı münasibət tələb edir. Bu səbəbdən hər iki dilə tərcümə olunacaq əsərlər üzərində qarşılıqlı əməkdaşlıq vacibdir. Düşünürəm bu iş, əsasən, yazıçı-şairlərə həvalə edilməlidir”.

Daha sonra səfirlik rəsmisi Tərcümə Mərkəzinin Azərbaycanda fəaliyyət göstərən xarici vətəndaşlar üçün təşkil etdiyi kurslardan söz açaraq, bunun təqdirəlayiq hadisə olduğunu qeyd etdi. “Bu cür kurslara böyük ehtiyac var. Xarici ölkələrin Azərbaycandakı səfirliklərində çalışan vətəndaşları, müxtəlif xarici qurumların Azərbaycanda fəaliyyət göstərən nümayəndələri, xarici şirkətlərin rəhbərləri və əməkdaşları Azərbaycan dilini öyrənmək üçün ayrı-ayrı şəxslərə, yaxud, aşağı səviyyəli özəl kurslara müraciət etməli olurlar. İndi isə bu iş peşəkar bir qurum tərəfindən təşkil olunacaq. Və biz inanırıq ki, Tərcümə Mərkəzi ölkənin dil və tərcümə sahəsində hələ çox-çox təqdirəlayiq işlər görəcək”.

Avanqard.net




Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.