Sabir Rüstəmxanlı Seymur Baycandan yazdı

04.12.14

Xalq şairi Sabir Rüstəmxanlı Seymur Baycanın "Həyatımın ən xoşbəxt günü" hekayələr toplusuna fikir bildirib.

Yəni nəsil yazıçılar arasında adı ən çox hallanan Seymur Baycanın "Alatoran yayınları"nda buraxdığı "Həyatımın ən xoşbəxt günü" hekayələr toplusunu oxuyandan sonra bir neçə fikrimi bölüşmək istədim. Vaxtilə ilk əsərlərindən birini oxumuşdum, ordakı müşahidə qabiliyyətini, yumoru bəyənmişdim və özünə də bu yolu davam etdirməyi, iri həcmli nəsr əsərləri yazmağı məsləhət görmüşdüm. Sonra mübahisə doğuran romanlarını oxumaq imkanım olmadı. Amma elə bu mübahisələrdən, tənqidlərdən və onlara verilən cavablardan da Seymurun istedadı görünür. Bir əsər bəyənilər, biri bəyənilməz, döyülərsən, öyülərsən...
Ədəbiyyatın başqa yolu yoxdur. Əsas ocağın yanması, yaradıcılıq işinin getməsidir. Bu varsa ziddiyyətli yanaşmalar da olacaq...təki durğunluq olmasın!

Son vaxtlar kitablar haqqında az yazıram. Əsas səbəb ədəbi gedişatı bütövlüklə izləyə bilməməyimdir. Ancaq müəlliflərin verdikləri kitabları vərəqləmək imkanım olur. Ümumi mənzərəni görmədən ayri-ayrı epizodları, əsərləri dəyərləndirmək çətindir. Özəlliklə uşaqlığı, gəncliyi müharibə illərinə, müstəqillik uğrunda mübarizə illərinə düşmüş , indi yaşı qırxı adlayan və yaxud səksən, doxsanıncı illərdə doğulmuş gənclər haqqında onların keçirdikləri vətəndaş sarsıntılarını, psixoloji əzabları duymadan, nəzərə almadan yazmaq günah olar. O yolu biz də kəçmişik, lakin biz sovet dövrünün bütün alçaq sifətlərini gördüyümüzdən sonrakı illərin əzablarını da rahatlıqla qəbul etdik, gənclər isə yalnız bu günün sərt və bəzən alçaldıcı üzünü gördüklərindən və keçmişlə müqayisə imkanlari olmadığından bəlaların köklərini lazımi dərəcədə bilmir və yalnız özlərını əzabkəş sayırlar. Nə isə. Bu məsələlər haqqında hələ çox danışılacaq.

Mən dediklərimi nəzərə alıb nəsillər arasındakı mübahisələrə ehtiyatla yanaşıram və həmişə gəncliyi daha həssaslıqla, sevgiylə qiymətləndirməyin tərəfdarı olmuşam. Burda nəyisə bəyənib- bəyənməmək ölçü ola bilməz, onsuz da kim hara dartır-dartsın irsiyyət yərində qalır, inkarla kimisə ədəbi prosesdən çıxarmaq, kimisə zorla ora qoşmaq olmaz. Karvan yolda düzlənir, su axıb durulur... Təki yol qırılmasın!

Seymurun kitabı da bu prosesin bir parçasıdır. Düzünə qalsa, indiki halda, onun kitabından gözləməm daha böyük idi, lakin onu da nəzərə alıram ki, həkayə ümumiyyətlə çətin janrdır və hər bir nasir üçün məhək daşıdır. Bu kitabın başqa bir adı da həyat həkayələri ola bilərdi. Ağrı-acılarla dolu və təbii ki, çox vaxt müəllifin öz taleyinə bağli, bəzən xatirə kimi səslənən süjətlərin arxasında milli taleyimizin bır çox faciələrini də görməmək mümkün deyil və mən bunu kitabın uğurlu cəhətlərindən biri hesab ədirəm.
Savaş, itirilən yurdlar və didərgin bir nəslin dilə gətirilməsi belə çətin olan qədəri, yaşamaq sayılmayacaq qədər çətin yaşamı... Bu mövzular ortaya gələndə bütün ədəbi meyarları unudur, hər cür dəyərləndirməni yarımçıq sayıram, çünki bu həyat insanlıq qanunlarına sığmadığı kimi onun təsvirini də şablon ədəbi ölçülərlə dəyərləndirmək olmur və olmaz. Bu baxımdan kitabdakı hekayələr bütöv bir nəslin kəçdiyi yola işıq salır və realist nəsr ənənələrimizi davam ətdirir. "Həyatımın ən xoşbəxt günü", " Puşkin haqqında xatirə" şübhəsiz gözəl novella nümunələridir. Kitabdakı doqquz hekayədən səkkizi birinci şəxsin dilindən yazıldığına görə avtobioqrafik səciyyə daşıyır və obrasların xarakrərinin dəqiq və sərt, güzəştsiz detallarla açılışı qeyd olunmalıdır. "Ad qoya bilmədiyim həkayə","Babam haqqında hər şey", "Köhnə kişi" əslində bir mövzunun davamı olmaqla, əyalət həyatını orijinal cizgilərlə göstərir. "Məktub yetişmədi", " Ölüm gətirən qulaq" hekayələrində klassik Azərbaycan və rus hekayə modelləri, bilərəkdən, yəni mövzuyla yüklənərək qorunmuşdur. Eyni sözü iri həcmli " Mənim universitetlərim" haqqında da dəmək olar. Yuxarıda işarə etdiyim cəhət, yəni həyatımızın ən sərt üzü bu sonuncu hekayədə maraqlı bir üslubda açılır.

Şübhəsiz həyat universitetləri, sərt, acımasız, bəzən insanlığa yaraşmayan "dərslərlə," səhnələrlə doludur və müəllifin dediyi kimi, bütün etiraflarda da gizli bir qat qalır. Ədəbiyyatın bir işi də məlum ədəb və ədəbsizlik sərhədlərini dəqiq müəyyənləşdirmək və gözləməkdir.
Məncə, bu baxımdan axırıncı hekayədən bir-iki insanı çimçəşdirən epizod atılmalı, bəzı kəlmələr dəyişdirilməlidir. Bundan hekayə uduzmaz, əksinə qazanardı və əvvəlki hekayələrin müəllif haqqında formalaşdırdığı fikrə kölgə düşməzdi...

Böyük nəsr əsərlərində, romanlarda dil mühitini tam nəzarətdə saxlamaq çətindir, lakin hekayənin dili mükəmməl və qüsursuz olmalıdır. Buna görə də kitabların redaktor əlindən kəçməsi vacibdir. Seymurun bəzi hekayələrində açıq-aşkar dil pintiliyini və publisistik üslubun bədii nəsr üslubunu üstələməsini də, onun gələcək yaradıcılığı üçün əhəmiyyətli ola bilər deyə, qeyd eləməliyəm.

Məsələn: "Qazandıqları pulları öz övladlarının rifahına, ailənin səadətinə deyil, içkiyə, dostlarına,bazlığa xərcləmək onların həyat kredosudur". Bu konteksdə rifah, səadət, kredo, sözləri bəzi qəzət yazarlarının məqalə üslubunu xatırladır və kitabda yad səslənir. Babanın məclislərındən söhbət gedəndə orijinal, episentr, əxz etmişdi sözləri də yerinə düşmür və təhkiyyənin ciddiyyətini pozur. Bütövlükdə Seymurun kitabı klassik hekayəçilik məktəbimizə bağlı olmaqla çağdaş nəsrimizdə həyatımızın bədii dərki və təsvirinin özəlliklərini göstərmək baxımından maraqlıdır... /interpress.az/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.