Yazıçı Kamal Abdulla Umberto Eko ilə görüşdü
15.12.14

Müəllifi olduğu “Yarımçıq əlyazma” romanının İtaliyada keçirilən təqdimat mərasimlərinə qatılan Kamal Abdulla  dünya şöhrətli yazıçı Umberto Ekonun dəvəti ilə onunla evində görüşüb.

Umberto Eko Kamal Abdullanı dünyanın ən məhşur kitabxanaları ilə müqayisə olunacaq dərəcədə zəngin kitabxanası ilə tanış edib, qədim əlyazmalardan tutmuş müasir nəşrlərə qədər seçilmiş nadir nüsxələr barədə maraqlı məlumatlar verib.  

Görüş zamanı Kamal Abdulla Azərbaycan haqqında, tariximiz,  mədəniyyətimiz, incəsənətimiz, ölkəmizdə mövcud olan tolerant və multikultural mühit, “Kitabi-Dədə Qorqud” dastanları və qədim yunan, Roma  mifləri arasındakı səsləşmə, Azərbaycan torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğalı faktı, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti və digər ədəbi-mədəni konseptual  məsələlərlə bağlı Umberto Eko ilə fikir mübadiləsi aparıb.

Kamal Abdullanın Sandro Teti Nəşriyyatı tərəfindən italyan dilində çap olunmuş “Yarımçıq əlyazma” romanını oxuduğunu bildirən Umberto Eko belə bir romanla yazıçını təbrik edib və ona öz ürək sözlərini çatdırıb.

Görüşdə iştirak edən nəşriyyat müdiri Sandro Teti Umberto Ekoya professor Franko Kardininin romana yazığı ön sözlə bağlı sual verib: “Professor Kardini ön sözdə qeyd edir ki, Kamal Abdulla, heç şübhəsiz, qraf Pototski, dahi Manzoni və həmçinin professor Ekonun bəyənib təqdir edəcəyi bir əsər ilə bizi onlar kimi təəccübləndirir və çaşqınlıq yaradır. Professor Kardiniyə inanmaq olarmı?” Suala dahi yazıçı gülümsəyərək belə cavab verib: “Bu məsələdə mənimlə bağlı professor Kardiniyə inanmaq olar, Manzoni ilə bağlı isə o, bu dünyada olmadığından Allahdan soruşmaq lazımdır.”

Görüş əsnasında Kamal Abdulla professor Umberto Eko və xanımını  Azərbaycana dəvət edib. Dəvət ev sahibləri tərəfindən məmnuniyyətlə qəbul edilib.

Kamal Abdullanın İtaliyada iştirak etdiyi tədbirlər – Roma Kitab Yarmarkası, televiziya, radio və qəzetlərdə olan təqdimat və intervülər, xüsusən, Umberto  Eko ilə görüş haqqında saytımız tərəfindən daha ətraflı məlumat veriləcək. /kult.az/

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.