Həmid Piriyev - Dörd roman haqqında

24.12.14


Avanqard.net gənc yazar Həmid Piriyevin dörd yazıçının romanı haqqında olan məqaləsini təqdim edir.


İmkan daxilində müasir ədəbiyyatımızı izləməyə çalışmışam və yazılan əksər romanları oxumuşam. Əlbəttə, həm yaşlı, həm də cavan nəsil müəlliflərin romanlarından söhbət gedir. Bunların arasında ədəbi hadisə sayıla biləcək, amma nə üçünsə diqqətdən kənarda qalanları da var, roman adıyla verilən hekayələr də var, ümumiyyətlə ədəbiyyata dəxli olmayanlar da. Təbii ki, mən öz yaşıma, savadıma və hələ tam formalaşmamış dünyagörüşümə uyğun çıxış edirəm. Məncə bütün bu yazılanlar arasında dörd roman var ki, o birilərindən bir neçə pillə üstündür (əsərləri yazılma tarixlərinə uyğun sıralayacağam):



1. Rəhim Əliyev “Qoşulub qaçmayan qız” (“Yazı” dərgisi, N0 2,3,4). Romanda Çiçəyin həyatından bəhs edilir. Çiçəyin atası Məhər müəllim təsadüfən vəzifəyə təyin olunur və pillə-pillə yüksəlir. Çiçəksə vəzifəli şəxsin qızı olduğu üçün evə qapadılır. Hər gün gördüyü eyni adamlar, ev mühiti onu sıxır. Nəticədə qızın psixikası getdikcə pozulur. Hətta universitetə də gözətçi ilə gedib gəlir. Rəfiqəsinin gətirdiyi pornoqrafik videolar onun formalaşmamış beynində qarışıqlıq yaradır və Çiçək həm sürücüsü, həm də gözətçisi olan Əlqəmə ilə yatır. Məhər müəllim bundan xəbər tutan kimi Əlqəmə uzaq rayonlardan birinə ezam edilir, Çiçəksə evdə əsil dustaq kimi saxlanılır və çox gizli şəkildə ana olur. Bundan sonra Çiçəyin macəraları başlayır. Gecə evdən qaçır, Hüseynlə tanış olur, fahişə kimi saxlanılıb vərəm dispanserinə göndərilir, dəfələrlə zorlanır... Romanda haqqı tapdalanan, alçaldılan, loru dillə desək, adam yerinə qoyulmayan qadınlar və bu münasibətin törətdiyi fəsadlar ön plana çəkilir.



2. Azad Qaradərəli “Kuma-Manıç çökəkliyi” (“Yazı” dərgisi, N0 2,3,5,6). Roman Xosrov adlı yeniyetmənin dilindəndir (ləqəbi Xostandır). Hadisələr Baharlı kəndində və Bakıda cərəyan edir. Xosrov atasını görməyib, hələ ana bətnindəykən atası Elyas ölüb. Xosrov bunun səbəbini çox-çox sonralar, yeniyetməlik dövründə öyrənir. Xosrov məktəbdə dərs keçməklərindən, məktəb dostlarından, kənd camaatının güzəranından, Baharlı kəndinin tarixindən danışır, ətraflı təsvir edir. Sonra tələbə kimi Bakıya gəlir, burda hələ məktəb vaxtından sevdiyi Səkinəyə qovuşur. Və bütün bunların fonunda Qarabağ müharibəsi. Müharibə zonası, hadisələrin hansı xəttlə inkişaf etdiyi, kimlərin nəylə məşğul olduğu tam çılpaqlığı və aydınlığıyla romanda verilir. Bu romanda hər şey var; tarix, məhəbbət, vətənpərvərlik, ailə münasibətləri...



3. Nəriman Əbdülrəhmanlı “Yolçu” (“Qanun” 2013). Tarixi mövzuda yazılan bu roman Mirzə Yusif Tiflisinin həyatından bəhs edir. Hadisələr XVIII əsrdə cərəyan edir. Mirzə Yusif taleyin oyunlarına tuş gəlmiş adamdır. Ailəsinin faciəli ölümünü görür. Iş elə gətirir ki, o səyyah olur, bütün ömrünü yollarda, yad diyarlarda, saraylarda, karvansaralarda keçirtmək məcburiyyətində qalır. Bir neçə dəfə adı dəyişir. Amma içindəki Vətən sevgisi tükənmir, bu sevgi daim onu Vətənə tərəf çəkir. Romanın axırında Əzizə Cəfərzadənin “Vətənə qayıt” romanından tanıdığımız Mirzə Nişat Şirvaninin də xatirələri ilə tanış oluruq. Mirzə Nişat ötəri də olsa həm öz həyatını, həm də Mirzə Yusiflə hansı zəmində tanış olduğunu danışır. Tarixlərin hicri təqvimiylə göstərilməsi, yerlərin tarixi adlarla adlandırılması və əhatəli təsviri, həmin dövrün tam mənzərənin açılması romanın təsir qüvvəsini daha da artırır.



4. Aslan Quliyev “Ağrı” (“Qanun” 2014). Romanda iki müharibə görən Yazıçının həyatı təsvir olunub. Əfqanıstan müharibəsində vuruşub müharibənin bütün dəhşətlərinin şahidi olan Yazıçı yazdığı romanı baş redaktorun yanına gətirir. Baş redaktor romanı bəyənmir, Yazıçının Tənqidçiylə də arası soyuyur, sevdiyi rus qızı da Rusiyaya gedir. Artıq şəhərdə qalmaq üçün səbəbi olmayan Yazıçı kəndə, babasının evinə gedir. Həm dincəlmək, təmiz dağ havası udub dirçəlmək üçün, həm də uşaq vaxtı gəlib evə sahib çıxacağına dair babasına verdiyi sözə görə. Yol boyu Yazıçı müxtəlif adamlarla tanış olur, müxtəlif hadisələrin iştirakçısına çevrilir. Mehmanxanada tarix müəllimi onun yanına gəlir, ermənilər haqda araşdırmalarıyla onu tanış edir və topladığı materialları haçansa çap etdirmək üçün ona verir. Sonra Yazıçı qılıncının hər iki tərəfi kəsən erməni Qariklə erməni qızı üstündə dava edir, sonra bu hərəkətinin altını çəkir... Artıq əhalisinin xeylisi köçüb getmiş kənddə hal-hazırda on-on beş nəfər adam yaşayır. Roman boyu bu adamların hər biriylə ayrı-ayrılıqda tanış olub həyat yollarına bələd oluruq. Sonra isə Qarabağ müharibəsi, ermənilərin kəndə hücumu təsvir olunur. Həmçinin romanda Alban kilsələriylə bağlı tarixi araşdırmalar da yer alıb...

Adını çəkdiyim müəlliflərin hamısı çoxdan imzasını təsdiq etmiş, sayılıb-seçilən yazıçılardır. Hərəsinin özünəxas üslubu, təhkiyəsi, süjet qurmaq bacarığı var. Müəlliflərin başqa əsərləriylə də tanışam: Rəhim Əliyevin “Hər şey insafnandı” romanı və hekayələri, Azad Qaradərəlinin “Burda yer fırlanmırdı” romanı və hekayələri, Nəriman Əbdülrəhmanlının hekayələri, Aslan Quliyevin “Yaşıl təpələrin üstündəki buludlar”,  “Qızılquş və mən”, “Yolun sonu” və s. romanları, povestləri və hekayələri... Amma bu əsərlərin heç biri yuxarıda haqqında yazdığım romanlar qədər mənə təsir etməmişdi.

19-20 dekabr 2014

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.