AYB-də ən yaxşı şeir” müsabiqəsinin nəticələri açıqlandı
25.12.14

Ayb.az saytı xəbər verir ki, dekabr ayının 25-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda  Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə  təşkilatçılığı ilə keçirilən “Ən yaxşı şeir müsabiqəsi- 2014” müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qonaqları salamladıqdan sonra “Ən yaxşı şeir müsabiqəsi – 2014” müsabiqəsinin qaliblərini təbrik edib, layihəyə dəstək verənlərə təşəkkürünü bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında müsabiqənin təşkilatçılarına, “10 şair 100 şeir” kitabının naşirinə təşəkkür edib, qalibləri təbrik edib.

Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza çıxışında  “Ən yaxşı şeir müsabiqəsi – 2014” müsabiqəsi haqqında, layihəyə dəstək olanlar barəsində tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov şıxış edərək müsabiqənin gedişatı haqqında danışıb, yazarların, xüsusilə gənclərin belə müsabiqələrdə iştirakının vacibliyini vurğulayıb: “Müsabiqəyə təqdim olunan 106 şeirin hər biri münsiflər heyəti tərəfindən müzakirə olunub. Gənc isdedadların, həmçinin orta nəsildən olan şairlərin çap olunmaq çətinliyini nəzərə alaraq birinci yerin qalibini və ən yaxşı şeirlərin müəliiflərinin hər birinin 10 şeirini “10 şair – 100 şeir” poeziya almanaxı şəklində nəşr elədik”.

Müsabiqədə birinci yerin qalibi, Gürcüstanda yaşayan həmyerlimiz İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev  xüsusi Diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Münsiflər Heyətinin qərarına görə Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Emin Piri, Həyat Şəmi, İntiqam Yaşar, Səyyarə Məmmədli, Adil Cəmil, Şəbnəm Xeyrulla, Ələmdar Cabbarlı Diplomlarla mükafatlandırılıblar.

“Ən yaxşı şeir müsabiqəsi – 2014” yekunlarına həsr olunan mərasimdə  millət vəkili Aqil Abbas, Vaqif Bəhmənli, münsiflər heyətinin üzvü Qulu Ağsəs və İradə Musayeva çıxış edərək belə müsabiqələrin keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd ediblər, müsabiqələrdə yeni imzaların olmasını arzulayıblar, həmçinin ədəbi orqanların da mükafatlarının təsis olunmasını tövsiyə ediblər.
ədbirdə Türkiyədən təşrif buyuran qonaq Mehmet Özkaya iştirak edib, xalq yazıçısı Anara öz hədiyyəsini təqdim edib.

Mərasimdə çıxış edən İbrahimxəlil, Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, İntiqam Yaşar, Ələmdar Cabbarlı müsabiqənin obyektiv keçirilməsinə görə təşkilatçılara, münsiflər heyətinə təşəkkür ediblər, şeirlərini səsləndiriblər. /ayb.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.