Kənan Hacı - Tərcümə təsərrüfatımız
26.12.14

Aavanqrard.net yazıçı Kənan Hacının "Tərcümə təsərrüfatımız" yazısını təqdim edir.

Başa çatmaqda olan bu il dünya ədəbiyyatının bir sıra maraqlı nümunələri dilimizə çevrildi. Magik realizmin öncüllərindən olan Borxesdən tutmuş Nobel mükafatçısı Patrik Modianoya qədər bir çox dünya yazıçısı bizim dildə danışmağa başladı. Bu, əlbəttə ki, böyük nailiyyətdir.
Mən mütəmadi olaraq kitab yarmarkalarında iştirak edirəm və gənc nəslin dünya ədəbiyyatına marağı məni çox sevindirir. Bu əsərlərin hansı səviyyədə tərcümə olunması isə başqa söhbətin mövzusudur. Bu barədə bir neçə dəfə yazmışam və yenə də bu fikirdə qalıram ki, bədii ədəbiyyatı heç vaxt həvəskar tərcüməçilərin ümidinə buraxmaq olmaz. Dilimizə çevrilən əsərlərin əksəriyyəti həvəskar tərcüməçilər tərəfindən şikəst bir məhsula çevrilir. Bəs görəsən o yazıçıların günahı nədir ki, onların əsərləri bizim dildə əcaib bir şəklə düşür? Bu adamlar tərcümə prinsiplərindən demək olar ki, xəbərsizdirlər.

Bu yazıda mən konkret ad çəkməyəcəyəm. Nəşr olunan kitablar göz qabağındadır. Hansı əsərin hansı səviyyədə tərcümə olunduğu hamıya gün kimi aydındır.

Oxucuların zövqünün formalaşmasında, bədii qavrama vərdişinin yaranmasında tərcümə ədəbiyyatı çox böyük rol oynayır. Pis tərcümə isə oxucunun zövqünü korlamaqdan əlavə onu kitabdan uzaqlaşdırır. Mən yazı sənətiylə məşğul olduğumdan tərcümə olunan əsəri həm də təftiş nöqteyi-nəzərindən oxuyuram və məni qane etməyən tərcümələri oxumuram. Düşünürəm ki, yeni və keyfiyyətli tərcümə mərhələsinə keçmək üçün kifayət qədər potensialımız var. Peşəkar tərcüməçilərin böyük əksəriyyəti Azərbaycan Tərcümə Mərkəzində çalışır və yaxın zamanlarda dünya ədəbiyyatının ən maraqlı nümunələri Mərkəz tərəfindən kitab şəklində çap ediləcək.

Bu il xeyli tərcümə olunmuş əsər oxudum, əlbəttə, məni qane edənləri. Tərcümə təsərrüfatını təşkil edən əsərlərin sayı kifayət qədərdir, keyfiyyət baxımından isə bu əsərlərin heç də hamısını mükəmməl tərcümə hesab etmək olmaz. Çox istərdim ki, Marsel Prustun, Ceyms Coysun, Tomas Mannın, Virciniya Vulfun, Pasternakın, Mario Varqas Lyosanın əsərləri də bizim dildə nəşr edilsin.

Yeri gəlmişkən, Latın Amerikasının ən maraqlı yazıçılarından olan Nobel mükafatçısı Mario Varqas Lyosanın hələlik bizim dilə tərcümə olunmuş yeganə əsəri “Küçüklər” povestidir ki, bu əsəri dilimizə gözəl yazıçımız Saday Budaqlı çevirib. Həmin əsər Tərcümə Mərkəzinin “Xəzər” jurnalında bir-iki il bundan öncə nəşr edilsə də mən bu maraqlı əsəri bu il oxudum və istərdim ki, Lyosanın nə vaxtsa bizim dildə nəşr ediləcək kitabında bu əsər də yer alsın. Saday Budaqlı yazıçı kimi son illərdə çox az görünsə də  peşəkar tərcüməçi kimi məhsuldardır. M. Bulqakovun “Master və Marqarita”, Markesin “Mənim kədərli fahişələrim”, Xuan Karlos Onettinin “Girdab”  romanlarını onun tərcüməsində oxumuşam.

Bu il Nəriman Əbdülrəhmanlının tərcüməsində çoxdan gözlədiyimiz əsərlər nəşr olundu. Borxesin “Qum kitabı”nı xüsusi olaraq qeyd etmək lazımdır. “Qanun” nəşriyyatında çap olunan bu kitabın tərcümə olunması  ədəbiyyatımızda bir hadisədir. Floberin “Madam Bovari”si də bu il bizim dildə çap olundu, Qonçarovun “Oblomov”u da.

Ümid edirik və inanırıq ki, üzümüzə gələn ildə daha keyfiyyətli tərcümə əsərləri oxuya biləcəyik.

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.