Xanım Aydın - Bütün şeirləri sənə yazıram...
29.12.14
HEÇ NƏ TAMAMLANMIR…
Bütün şeirləri sənə yazıram... Sətirlər hey bitir... bitmir həsrətin... Bir sözün, hecanın bircə hərfindən Asılıb qalmışam.... yoxdu taqətim...
Ahəng qanunum pozulub tamam Mübtədam, xəbərim dağılıb tamam... Heç nə uyğun gəlmir... alayarımçıq... Qapalı heç nə yox... hər şey apaçıq...
Heç nə tamamlanmır... Heç nə yox daha... Sözləri düzürəm nöqtə nidasız... Qoyduğum sorular yenə cavabsız... Hecalar qırılır hərf arası. .. Baş alır səmaya ruhum qanadsız...
RUHİ BAĞLILIQ
Elə duyğu var ki, adı sevgi O sevgi adi deyil.. məhəbbət deyil... Fovqaladədir... qeyri-adidir... o sevgi deyil... Adi hiss deyil... Yerlə göy arası yanan ulduzlar... Sətirlər arası yazılmayanlar... Şah damarında nəbz tək oxunanlardı... Yanında olduğu zaman başını çiyninə qoymaqdı... Ona inanmaqdı. "Səni sevirəm" demək deyil... Bunu duymaqdı… bunu duymamaqdı... Ruhi bağlılıqdı… Tək qorxduğum - sonda bu ruhi bağlılıqdan bir ruhi xəstə olmaqdı!
|