Böyük Britaniya səfiri Tərcümə Mərkəzində olub
08.01.15

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun tarixi, fəaliyyət istiqamətləri, perspektivləri barədə danışıb: “Tərcümə Mərkəzi 25 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində biz yalnız bədii tərcümə sahəsində dünya ədəbiyyatından yüzlərlə əsərin tərcüməsini və nəşrini həyata keçirmişik. Mərkəzin yeni statusu fəaliyyət dairəmizi genişləndirib. İndi biz təkcə bədii əsərlərin tərcüməsi ilə yox, tərcümənin digər sferalarında gedən proseslərə nəzarəti, bu sahənin təhsil mərhələsindən başlayaraq təkmilləşdirilməsi və tənzimlənməsi işini həyata keçirməyə çalışacağıq”.

Görüş zamanı İ.Siddiq ölkələrarası münasibətlərdən danışıb: “Ölkələrimiz arasında dostluq münasibətləri gün-gündən inkişaf edir. Mərkəzin İngiltərə ədəbiyyatından tərcümə və nəşr etdiyi kitabların kataloqu ilə tanış oldum. Bu qədər dəyərli əsərin Azərbaycan dilinə çevrilməsini təqdirəlayiq hadisə hesab edirəm. Xüsusən, diqqətimi tərcümə olunan ədəbiyyatların və müəlliflərin seçimi cəlb etdi. O mənada ki, olduqca görkəmli müəlliflərin əsərlərini dilinizə çevirmisiniz”.

Mərkəzin direktoru Afaq Məsud Böyük Britaniya ədəbiyyatından tərcüməsi və nəşri 2015-ci ildə nəzərdə tutulmuş əsərlərdən, həmçinin, Azərbaycan ədəbiyyatının və dilinin beynəlxalq aləmdə aktuallaşması istiqamətində görülən işlərdən danışdı: “Biz dünya ədəbi fikrini Azərbaycan oxucusuna çatdırmaqla yanaşı, Azərbaycan ədəbiyyatının, onun tarixinin, elmi-fəlsəfi fikrinin dünyada təbliğinə çalışırıq. Bu istiqamətdə nəzərdə tutulan əhəmiyyətli işlərdən biri də Azərbaycan dilinin xarici ölkələrin təhsil ocaqlarında tədrisinin təşkilidir”.

Daha sonra səfir Böyük Britaniya səfirliyinin Mərkəzlə qarşılıqlı əməkdaşlığı məsələsinə toxunaraq qeyd edib: “Hazırda Kembric və Oksford Universitetlərində Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən hazırlıq işləri gedir və biz Tərcümə Mərkəzinin də bu sahədə öz töhfəsini verəcəyinə ümid edirik. Bakıda yerləşən Böyük Britaniya Konsulluğu da Britaniya nəşriyyatları və yazıçıları ilə əlaqə qurmaqda, həmçinin, təhsillə bağlı layihələrinizdə Mərkəzə yaxından kömək edəcək. Ümumiyyətlə, bu cür maraqlı və mühüm bir sahəylə – dil və tərcümə məsələləri ilə bu səviyyədə məşğul olmağınız ölkəniz üçün əlamətdar hadisədir. Ümid edirəm, ölkələrimiz arasında bu mədəni, ədəbi mübadilələrimiz, təhsil sahəsindəki əməkdaşlığımız qarşılıqlı və daimi olacaq”.

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.