"Qanun"dan Azad Qaradərəli və Tolstoyun kitabları çap olundu
22.01.15

"Qanun" nəşrlər evi yeni kitablar çap edib. Artpress.az həmin kitablar haqqında məlumatı təqdim edir.















Azad Qaradərəli - RENESSANS HƏSRƏTİ


Hər bir yazıçının bədii yazıdan fərqli söz demək istəyi olur. Bu, təbiidir. Yazıçı potensial tənqidçi, ədəbiyyatşünas, yaxud ədəbiyyat tarixçisidir. Hətta bəzi yazıçıların fəlsəfəyə yönəlik məqalələr yazması faktı da var.
Yazıçı Azad Qaradərəli zaman-zaman özünün esse, yaxud araşdırmaya olan tələbatını da ödəmək istəmiş, bu baxımdan çoxlu belə yazılar qələmə almışdır. Bu yazıların bir çoxu klassiklərin, eləcə də həmkarlarının əsərləri barədədir. Gənc qələm sahiblərinin yaradıcılığı da yazıçının diqqətində olmuş, onların yazdıqlarını təhlil və tənqid süzgəcindən keçirmişdir. Eyni zamanda, bəzi müəlliflərin kitablarına yazdığı ön sözlər, yaxud baş redaktoru olduğu “Yazı” dərgisində qələmə aldığı esse və təhlil yazılarını da bura aid etmək olar. Nəhayət, müəllifin verdiyi müsahibələr və yeni janrda qələmə aldığı (yeni olduğu qədər də çevik olan) internet statusları. Bütün bu kimi yazılardan əlinizdəki kitabın tərtibində istifadə olunmuşdur. Təbii ki, burada gedən yazılar A.Qaradərəlinin bu səpkili yazılarının hamısı deyil. Bəziləri nəzərdən qaçmış, bəzilərini isə qəzet və jurnal səhifələrində qaldığından elektron variantda olmadığı üçün kitaba düşməmişdir.
Onu da qeyd edək ki, bu kitab müəllifin yaradıcılığında bir ilk deyil. O, vaxtilə elmi-publisistik motivli kitablar da yazıb çap etdirmişdir. “Aşiqlər”, “Zəngəzur qazisi Bəhlul Behcət”, “Yaxın-uzaq dostlara məktublar” və s. kitablarını misal göstərmək olar.
Və sonda: kitabda müəllifin saytlarda Ayxan Murad imzasıyla getmiş yazıları da yer alıb.


Esselər, müsahibələr və internet statusları

Bakı, Qanun Nəşriyyatı, 2015, 368 səh., 300 tiraj
Korrektor: Ceyran Abbasova




Filip Kotler - A-dan Z-dək MARKETİNQ


Marketinq sahəsində dünya şöhrətli mü­təxəssis Filip Kotlerin bu əsəri milyonlarla rəhbər və marketinq üzrə mütəxəssisin masaüstü kitabına çevrilib. Əsərdə şirkətlərin müasir şərtlər altında uğuru üçün əhəmiyyətli olan effektli marketinqin 80 konsepsiyası yığcam və anlaşıqlı formada verilib. Kitab marketinqin zamanın sınağından keçmiş klassik alətləriylə yanaşı, yalnız son illərdə tətbiq edilməyə başlayan yeni innovasiya işləmələri də əhatələyir.
Biznesmenlərin, istənilən dərəcəli marketinq üzrə şöbə menecerlərinin və tələbələrin təqdim olunan əsəri oxuması mütləqdir.
 

Bakı, Qanun Nəşriyyatı, 2015, 300 səhifə,
Tərcümə edən:               Kifayət Haqverdiyeva
Redaktor:                       Cavid Ramazanov
Korrektor:                      İradə Musalı





Lev Tolstoy - HACI MURAD


Çar Rusiyası Qafqazı ilhaq etsə də, bölgə xalqları işğalçılarla mübarizəni davam etdirir. Ruslara qarşı döyüşən Hacı Muradla Şeyx Şamil arasında düşmənçilik yaranır və həqiqi düşmən bu ixtilafdan yararlanmaq istəyir. Son nəticədə Hacı Murad işğalçıların tərəfinə keçir...

Halbuki Lev Tolstoyun 1904-cü ildə yazdığı “Hacı Murad” povestinin qəhrəmanı ilk səhifələrdə belə səciyyələndirilir: “Dağlarda hamı Hacı Muradı tanıyır, rus donuzlarını necə döyməsini hamı bilirdi...”

Bakı, Qanun Nəşriyyatı, 2015, 192 səhifə.
Tərcümə edən:              Mustafa Əfəndiyev
Korrektorlar:                 Aysel Məmmədova
                                        Ceyran Abbasova
                                     


 
Nargis - İÇİMDƏKİ MERİLİN

Nərgizin əsərləri qeyri-ənənəviliyi ilə səciyyələnir. Elə bu cəhət də, Nərgizdən başlanan ənənəni reallaşdırır. Onun pritça, esse və hekayələrində adi hadisələr qeyri-adi tərzdə təqdim olunub. Oxucularla ilk görüşə bu kitabla gələn gənc yazıçının əsərləri diqqəti özünəməxsusluğu ilə çəkir, yaddaşa yazılır.

Bakı, Qanun Nəşriyyatı, 2015, 128 səh., 500 tiraj

Nəşriyyat redaktoru: Fəxrəddin Ağazadə
Korrektor: Ceyran Abbasova

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.