Fransalı yazıçı-publisist Azərbaycan qadınları haqqında kitab yazır
23.01.15

Fransalı yazıçı-publisist Jan Luis Gouard ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında olub.

Şuranın sədri Azay Quliyevlə görüşdə J.L.Gouard deyib ki, Azərbaycanın çövkən milli oyununun UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsindən sonra bu oyun barədə Avropa vətəndaşlarının məlumatlandırılması üçün Qarabağ atları haqqında kitab yazıb. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Qarabağ atları” kitabının Kann şəhərində təqdimatı olub və müəllif J.L.Gouard 2014-cü ildə bu nəşrə görə “Ambassador of International Horse Show” mükafatına layiq görülüb. Növbəti kitabını Azərbaycan qadınları haqqında yazmağı planlaşdıran J.L. Gouard hazırda müvafiq tarixi materialları toplamaqla məşğul olduğunu bildirib.

Azay Quliyev rəhbərlik etdiyi qurumun Azərbaycan milli mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada təbliğinə xüsusi önəm verdiyini söyləyib. Bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna rəhbərlik etməklə Fransa ilə mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi işinə böyük töhfələr verir. Təsadüfi deyil ki, Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı böyük önəm daşıyan layihələr bu gün məhz Mehriban Əliyevanın rəhbərliyi ilə Parisdə, digər Avropa ölkələrinin paytaxtlarında təqdim olunaraq dünyaya tanıdılır.

Qonağın diqqətinə çatdırılıb ki, Şura ötən iki il ərzində bu istiqamətdə Avropa ölkələrini təmsil edən onlarla QHT-nin layihəsinə dəstək verib və bu iş indi də davam etdirilir. Şura sədri xarici QHT-lərin 2014-cü ildə Azərbaycanda qadın hüquqlarının müdafiəsi və gender məsələləri ilə bağlı hazırladığı hesabatın Fransa Senatında təqdimatını xatırladaraq ölkəmizin ictimai, siyasi və sosial həyatında qadınların mühüm rolundan danışıb. O, rəhbərlik etdiyi qurumun yazıçıya hazırda üzərində çalışdığı kitabın hazırlanması, nəşri və tərcüməsi ilə bağlı hər cür dəstək verməyə hazır olduğunu bildirib. /AzərTAc/

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.