Nizami Cəfərovun “Seçilmiş əsərlər”i İranda nəşr olunub
26.01.15

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin Mədəniyyət komissiyasının sədri professor Nizami Cəfərovun beşcildlik “Seçilmiş əsərlər”i Tehranda ərəb əlifbası ilə Azərbaycan dilində çap olunub.

Bu kitabların nəşrini Azərbaycanla İran arasındakı tarixi dostluq əlaqələrinin inkişafı və son illər ölkə başçıları səviyyəsində daha da möhkəmləndirilməsi baxımından təqdirəlayiq hadisə kimi də qiymətləndirmək olar. Vaxtı ilə Bakıda “Elm” nəşriyyatında çapdan çıxmış bu kitabları Tehranda çap olunan “Xudafərin” jurnalının baş redaktoru olan soydaşımız Hüseyn Şərqi, yaşadığı ölkədə Azərbaycan dilinə, ədəbiyyatına, azərbaycanşünaslığa böyük marağı nəzərə alaraq, nəşr etdirib. İki dost və qardaş xalqın bir-birini daha yaxından tanımasına xidmət edən bu kitablar çap olunaraq “Xudafərin” jurnalının abunəçilərinə və İrandakı universitetlərə, həmçinin digər ali təhsil müəssisələrinə göndərilib. Yeddi il bundan əvvəl başlanan bu proses bu günlərdə başa çatıb. Belə ki, ötən müddət ərzində alimin kitabları ardıcıllıqla Tehranda nəşr olunub. Sonuncu, beşinci cildi isə bu günlərdə, ərəb əlifbası ilə Azərbaycan dilində işıq üzü görüb.

“Seçilmiş əsərlər”in birinci cildi Azərbaycan dili, qrammatikası, onun tarixi, çağdaş durumu, dilimizin xüsusiyyətləri məsələlərini əhatə edir.

İkinci cilddə müəllif ədəbiyyatımızın tarixi, inkişafı, ədəbi proseslə bağlı məqamlara toxunub. Burada ilk öncə Azərbaycan ədəbiyyatının mənşəyi məsələsi aydınlaşdırır. Bu kitabda görkəmli söz ustalarımız haqqında oçerklər, eləcə də ədəbiyyatımızın aktual məsələləri yer alıb.

Üçüncü cild türkologiya məsələlərinə həsr olunub. Yəni qədim türk eposundan, şeirindən, nəsrindən başlamış, müasir türk ədəbiyyatına kimi çox geniş məsələləri əhatə edir. Müəllif göstərir ki, türkologiyanın tarixi e.ə. I minilliyin ortalarından başlayır.

Dördüncü cild azərbaycanşünaslıq məsələlərinə əhatə edir. Burada Azərbaycan xalqının tarixi, azərbaycançılıq ideologiyası, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizi dünya siyasi müstəvisinə çıxarmaq istiqamətində gördüyü tarixi işlər, Azərbaycanda ictimai-siyasi həyat və digər bu kimi məsələləri əhatə edir.

Beşinci cilddə müxtəlif məsələlərə həsr olunmuş elmi-publisistik yazılar yer alıb. Burada da azərbaycanşünalıq məsələsi ana xətt təşkil edir. Bütövlükdə, görkəmli alimin istedadının, elmi yaradıcılığınızın uğuru hesab olunan bu 5 cildlik iki ölkə arasında mövcud olan mədəni əlaqələrin daha da möhkəmlənməsinə, inkişafına, eləcə də İranda Azərbaycanın daha yaxından tanınmasına öz töhfəsini verəcək. İnanırıq ki, bu çoxcildlik yaxın gələcəkdə digər dillərə də tərcümə olunaraq Azərbaycan dili, ədəbiyyatı, tarixi haqqında dünya xalqlarında daha dolğun məlumat formalaşdıracaqdır. /525.az/

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.