Tərcümə Mərkəzinin əməkdaşları Misir Milli Tərcümə Mərkəzinin direktoru ilə görüşüb
27.01.15

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin 46-cı Beynəlxalq Qahirə Kitab Sərgisinə ezam olunan əməkdaşları Fərid Hüseyn və Şahin Ələsgərov Misir Milli Tərcümə Mərkəzinin direktoru Ənvər Muğislə görüşüblər. Misir Milli Tərcümə Mərkəzində baş tutan görüş zamanı F.Hüseyn Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması və fəaliyyəti ilə bağlı Ə.Muğnisə məlumat verib və onları Mərkəzin bu günə qədər ərəb ədəbiyyatından edilən tərcümləri, eləcə də kataloqu ilə tanış edib. F.Hüseyn Azərbaycanda ərəb ədəbiyyatına və mədəniyyətinə olan maraqdan danışıb: “Hazırda Mərkəzimizdə Misir ədəbiyyatının görkəmli yazıçısı Nəcib Məhfuzun “Yol” və “Miramar” romanları və hekayələri tərcümə edilir. Bundan başqa, Misir ədəbiyyatının görkəmli nümayəndələrindən sayılan Tofiq əl-Həkim, Mahmud Teymur və s. kimi yazıçıların da yaradıcılığı diqqətdən kənar qalmayacaq”.

Daha sonra Azərbaycan ədəbiyyatı antalogiyasının ərəb dilinə, eləcə də Misir ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsiylə bağlı Misir Milli Tərcümə Mərkəzinin direktoru Ə.Muğis fikirlərini bölüşüb: “46-cı Qahirə Kitab Sərgisinə Azərbaycan təmsilçisi kimi məhz Tərcümə Mərkəzinin qatılması qurumunuzun kitaba, nəşr sənətinə və tərcümə sahəsində gördüyünüz və planlaşdırdığınız işlərə yüksək diqqət və qayğının göstəricisidir. Buna görə rəhbərliyinizə və sizə təşəkkür edirəm. Azərbaycan ədəbiyyatı antalogiyasının ərəb dilinə tərcüməsi, nəşri və yayımı məsələsində bizim üçün əsas olan yazarların müəlliflik hüququnun Misir Milli Tərcümə Mərkəzinə verilməsidir. Biz də öz növbəmizdə Misir yazıçılarının əsərlərinin Azərbaycancan dilinə tərcüməsi məsələsinin həllində bütün mümkün köməkliyi göstərəcəyik. Bundan başqa, Misirin və Azərbaycanın nəşr edəcəyi kitabların xüsusi nəşriyyat nişanları ilə çapı da vacib məsələdir, çünki belə olduqda birgə layihəmiz kimi biz hər iki ölkədə eyni dərəcədə hüquqlara sahib ola və kitabların yayımı ilə məşğul ola bilərik. Sevindirici haldır ki, təmsil etdiyiniz qurum təkcə bədii ədəbiyyatın yox, digər sahələr üzrə də tərcümə işi ilə məşğul olur. Bu da, əlbəttə ki, bizim əməkdaşlığımızın əhatə dairəsini genişləndirir. Ümid edirəm ki, əməkdaşlığımız xeyirli bəhrəsini verəcək”.

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.