Xalq şairi Vaqif Səmədoğlu son mənzilə yola salınıb
29.01.15

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Vaqif Səmədoğlu son mənzilə yola salınıb.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuşdu.

Salonda həzin matəm musiqisi səslənirdi.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Vaqif Səmədoğlunun həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın teatrın binasına gəlir, görkəmli şairə və gözəl insana son borclarını verirdilər.

Vida mərasimi şairin həyat, sevgi, ölümlə bağlı düşüncələrini əks etdirən səs yazısının səsləndirilməsi ilə başladı.

Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək dedi: “Bu gün Azərbaycan xalqı böyük şair və dramaturqlarından biri ilə vidalaşır. Böyük Səməd Vurğun ailəsi sonbeşiyini itirdi. Vaqif Səmədoğlu ömür boyu ölümdən yazsa da, həyatı sevən bir şair idi. Ömrümüzün 60 ili qarşılıqlı dostluq, mehribanlıqla keçib. Mənim üçün dünən dünya boşaldı”.

Matəm mərasimində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və xalq şairi Nəriman Həsənzadə çıxış edərək Vaqif Səmədoğlunun özünəməxsus yaradıcılıq axtarışlarından, bənzərsiz poeziyasından söz açıblar.

Vurğulanıb ki, Vaqif öz şerinin, misralarının içində olan, doğulduğu məmləkətin, mənsub olduğu millətin müstəqilliyi, azadlığı uğrunda mübarizə aparan şair idi. O, öz üslubu, yolu olan bir söz adamı kimi Azərbaycanın böyük şairi Səməd Vurğundan fərqli ədəbiyyat yarada bildi.

Bildirildi ki, Vaqif Səmədoğlu elə ilk şeirlərindən səmimi oldu, ürəyinin səsi ilə yazdı. Ədəbiyyata gəldiyi ilk gündən şeirlərinin fəlsəfi dərinliyi, orijinal deyim tərzi ilə diqqəti cəlb edən Vaqif Səmədoğlu bütün yaradıcılığı boyu ictimai-siyasi həyatımızı təsir altına alan və tez-tez dəyişən ideologiyalardan uzaq olub. Ona görə də şairin ötən əsrin 60-cı illərində yazdığı şeirləri ilə XXI əsrin əvvəllərində yazdığı şeirləri əqidə, məslək baxımından müqayisə etdikdə heç bir fikir ayrılığı yaranmır. Vaqif bir şair kimi həqiqət, təmizlik, paklıq dünyasında əzab çəkəndə belə adi insan rahatlığından, ötəri şöhrətdən, müvəqqəti əzizlənmədən şair iradəsi, şair təmkini ilə uzaqlaşa bilib.

Vaqif Səmədoğlu “Yoldan teleqram”, “Günün bəxti”, “Mən burdayam, İlahi”, “Uzaq yaşıl ada” kitablarına toplanan şeirləri ilə böyük ədəbi-ictimai rezonans doğura bildi.

Vaqif Səmədoğlunun müdrik ironiyasından doğan “Uca dağ başında”, “Bəxt üzüyü”, “Lotoreya”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” pyesləri saxta gülüşün, laqqırtının teatr səhnələrini başına aldığı bir dövrdə bütövlükdə milli ictimai şüura öz oyadıcı, maarifləndirici təsirini göstərdi.

İnsanilik, müdriklik, vətəndaşlıq, humanizm və qətiyyət Vaqif Səmədoğlu şəxsiyyətini səciyyələndirən əsas amillərdir. Təvazökarlıq, təmkin, şöhrətpərəstliyə, populyarlığa etinasızlıq, təmənnasızlıq onun poetik ruhunun özülüdür. Vaqif Səmədoğlu əxlaqi və intellektual keyfiyyətlərə malik, böyük ədəbiyyatın yaranmasına və inkişafına təkan verən əsl sənət xadimi idi.

Vaqif Səmədoğlu yaratdığı bənzərsiz poeziya nümunələri ilə yaddaşlarda əbədi qalacaq.

Mərhumun ailəsi adından çıxış edən Aqşin Ziyadov şairin xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və vida mərasiminə toplaşanlara dərin minnətdarlığını bildirib.

Sonra görkəmli şairin cənazəsi son mənzilə yola salınıb.

Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılıb. /AzərTAc /

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.