Xanım  Aydın - Salam
06.02.15

Artpress.az gənc yazar Xanım Aydının salamlaşma haqqında məqaləsini təqdim edir.



 Salamlaşmaq Allahın "Salam" adından götürülüb. Ərəb sözüdür. Bəzi mənbələrə görə "sülh olsun",  bəzi mənbələrə görə isə "qüsur və pislikdən uzaq xoşbəxt bir həyatın olsun" mənasını daşıyır. Peyğəmbərimiz Məhəmməd (s)-dən rəvayət edilən hədisdə deyilir: "İstər Allahın, istərsə də Peyğəmbərin yanında bəyənilən kəs, sözünə salamla başlayandır"! Deyilənlərə görə salamlaşmanın 70 savabı var ki, bunlardan 69-u salam verənin, 1-i isə salamı alanındır. Həm də salamlaşmanın bir savab iş olduğunu da deyənlər var. Hər gün bəlkə də fərqinə varmadan onlarla insanla görüşür, salamlaşırıq. Bu prosesin əslində döyüş tarixiylə bağlı olduğundan bir çoxları məlumatsızdır. Belə ki, qədim dövlərdə kişilər mütləq sağ əllərində silah gəzdirərdilər. Xoş niyyətlə, heç bir qərəzi olmadan görüşən kişilər silahsız olduğunu bildirmək üçün boş sağ əllərini bir-birinə uzadıb salamlaşarmışlar. Tədricən bu vərdiş görüşmək nümunəsinə çevrilmiş və günümüzün adi bir adəti olmuşdur.

    Mübarək Qurani-Kərimin müxtəlif ayələrində "salam" sözünə  rast gəlinir. Məsələn, Ezhab surəsinin 57- ayəsində belə deyilir: "Həqiqətən Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərib layiqincə salamlayın".   Furqan surəsinin 75-ci ayəsində isə bu cür deyilir: "səbrləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr ilə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar onlardır!".

    Salaşmaya ən gözəl əlavə təbəsümdür! Bəzən ürəkdən gələn, dünya rəngli gpzlərdən dodaqlara axan həfif bir təbəssüm insanda bütün gün üçün xoş əhval-ruhiyyə zəmini yaradır. Bəlkə də əzizlərimizdən umduğumuz məhz həmin bu təbəssümdür. Bir-birimizdən salamı, təbəssümü və uzanan əlimizi əsirgəməsək yaşamaq daha rahat, daha gözəl olar.

    Bir az da salamlaşma etiketləri barəsində qeyd edim. Etiketə görə kiçilər görüşəndə mütləq əl sıxıb salamlaşmalıdırlar. Qadınlar görüşəndə adətən öpüşüb görüşürlər. Kişiylə qadın görüşürsə  birinci salamı kişi verməli, lakin əlini uzatmamalıdır. Əl sıxıb görüşmək üçün özünün istəyindən asılı olaraq əlini qadın uzatmalıdır. Salamlaşma adət-ənənəsi müxtəlif xalqlarda müxtəlif cür olsa da, onun əsasında insanların görüşüb gözəl gün, xeyir, uğur, can sağlığı arzulamaqları, hal-əhval tutmaqları dayanır. Bütün bu xoş niyyətləri bir-birilərinə çatdırmaq üçün əl uzaıb salamlaşmaq lasımdır.

    Bəs ümumiyyətlə insanlar bir-birlərinə əl uzatmalıdırlarmı? Uzatmalıdırlar! Hörmət və  sevgi naminə, insanlıq naminə. Əl tutmaq üçün əl uzatmalıdırlar. Yaşamaq onsuz da ağırdır, çətindir. O çətinlikləri aşa bilməyə özündə güç tapmayanı həyat, güc tapıb dəf edənsə həyatı ram edəcəkdir. Bu yazılmamış qızıl qanundur! Mübariz olmalısan! Yardım üçün bizə uzanan əli sağ əlimizi, yardımına ehtiyacımız olan ələ sol əlimizi uzadaq. Halqa yaradaq! Əl uzadaq ki, tutduğumuz əlin bizə, bizimsə ona ehtiyacımız var!

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.