Mədəniyyət və Turizm Nazirliyində ukraynalı yazıçılarla görüş olub

06.02.15

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəvəti ilə “Azərbaycan-Ukrayna ədəbi görüşləri” çərçivəsində ölkəmizə gəlmiş ukraynalı yazıçılarla görüşüb.

Qonaqları səmimi salamlayan nazir ölkələrimiz arasında ədəbi və mədəni əlaqələrin inkişafından söz açıb. Bildirib ki, ölkələrimiz arasında ədəbi əlaqələr hər zaman inkişafda olub. Bu mədəni əlaqələr dövlətlər arasında sülhün qorunmasına xidmət edib. Son dövrdə Azərbaycanın mədəniyyət və ədəbiyyatı sahəsində baş verən mühüm hadisələr haqqında qonaqları məlumatlandıran nazir, inşa olunan yeni mədəniyyət mərkəzləri haqqında informasiya verərək qonaqları şəhərin tarixi mədəni abidələri ilə tanış olmağa dəvət edib. Nazir ölkələrimiz arasında mədəni əlaqələrin müasir qaydalara uyğun yeni tendensiyalarla qurulmasının tərəfdarı olduğunu nəzərə çatdırıb. Hər iki ölkə arasında keçirilən mədəniyyət günlərinin yeni sferada təşkili, poeziya, elm və sənət adamlarının qarşılıqlı təcrübə mübadilələrinin vacibliyini vurğulayıb.

Ukrayna Ali Radasının deputatı Sergey Taruta səmimi görüşə görə nazirə təşəkkürünü bildirib. Qarşılıqlı əlaqələrin intensiv inkişafı üçün daha da səmərəli metodlardan istifadənin vacibliyini vurğulayıb. Ukraynanın slavyan xalqlarının həyatında, mədəniyyətində, ədəbiyyatındakı rolundan danışan qonaq Azərbaycan-Ukrayna mədəni, ədəbi əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişşenko, Ukrayna Ali Radasının deputatı Mariya Matios, “Vsesvit” jurnalının baş redaktoru Dmitro Drozdovski, Ukrayna Yazıçılar Birliyinin katibi Lesya Mudrak və digər insanlar iştirak ediblər. /AzərTAc/

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.