Yazıçılar üçün yaşayış binasının tikintisi yubanır
11.02.15

Yazıçılar üçün nəzərdə tutulan yaşayış binasının tikintisi yubanır.

Prezident İlham Əliyevin göstərişi ilə 2008-ci ildə Bakı İcra Hakimiyyəti AYB üzvlərinə mənzil tikmək üçün Xətai rayonu Neapol dairəsi yaxınlığında yer ayırsa da, tikinti işləri naməlum səbəblərdən gecikir.

Əldə etdiyimiz məlumata görə, bir qrup mənzilə ehtiyacı olan yazıçı məsələ ilə bağlı dəfələrlə AYB rəhbərliyinə müraciət etsə də, məsələ həllini tapmayıb.

Birlik üzvlərinin verdiyi məlumatda bildirilir ki, sözügedən ərazidə tikiləcək binanın sənədlərinin hazırlanması AYB-nin sədr müavini Nazim İbrahimova həvalə olunub:

“Bu şəxs ili ilə satmaqla məşğuldur. Müraciətlərimizə bir dəfə doğru-düzgün cavab verilməyib. Prezident 5 il öncə sərəncam imzalayıb. Niyə bu əmr yerinə yetirilmir? Torpaq AYB-yə verilib və birlik üzvləri kooperativ ev tikilməsinə razı olduqları halda, niyə sədr müavini şirkət axtarışına çıxıb?”

AYB sədrinin müavini, Xalq şairi Fikrət Qoca da torpağın ayrılmasını təsdiq edərək bu işlə Nazim İbrahimovun məşğul olduğunu dedi. Şair söz verdi ki, yaxın günlərdə məsələ ilə bağlı şəxsən özü maraqlanacaq.

AYB-nin mənzil komissiyasının sədri Rauf Aslanov da binanın tikilməsi üçün torpağın ayrıldığını təsdiq etdi:

“Bu istiqamətdə işlər gedir. Fikrimiz var ki, orada kooperativ bina tikdirək. Bu işdə məsul olan şəxs Nazim İbrahimovdur. Məsələ ilə bağlı  detallı məlumat almaq üçün ona müraciət etmək lazımdır”.

Yetərincə ciddi olan problemin səbəblərini öyrənmək üçün Nazim İbrahimovla əlaqə saxladıq. Sədr müavini isə başının qarışıq olduğunu bildirərək suallarımıza ötəri cavab verdi:

“Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) binanın tikintisi üçün ayrılan ərazinin sənədini verməyib. Bundan başqa, binanın kooperativ olaraq tikilməsi mümkün deyil. Hansısa MTK ilə danışıqlar aparılacaq və tikilən binadan 10 faiz məbləğində vəsait alacağıq. Hal-hazırda çox məşğulam. Vaxt tapan kimi bu işlə məşğul olacağam”.

Qurum rəsmisinin bu cavabı bizi çox təəccübləndirmədi. Çünki 5 il öncə verilən tapşırığın ləngiməsi, görünür, cənab İbrahimovu tələsdirmir.

Ayrılan torpağın meriya tərəfindən sənədinin verilməməsi məsələsinə gəlincə isə buna da aydınlıq gətirdik. BŞİH-nin adının çəkilməsini istəməyən işçisi bildirdi ki, torpaq ayrılıb və AYB-nin tam ixtiyarındadır. /kult.az/

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.