Kənan Hacı - Tatar çölünə uduzanlar
11.02.15

Hardasa oxumuşdum ki, su daşdan güclüdür. Bu cümlə o vaxtdan beynimə həkk olunub. Su daşı yuyub aparır, daşın suya gücü çatmır. Daş sanki ətalətin maddiləşmiş formasıdır. Zaman kimidir su, tək daşdan yox, torpaqdan da, ağacdan da, alovdan da güclüdür. O qarşısına çıxan hər şeyi götürüb aparır və ya öz içində itirib batırır...

Yeni ilin ilk günlərində bir neçə hekayəsini dilimizə çevirdiyim italyan yazıçısı Dino Bussatinin “Tatar çölü” romanını oxudum və sarsıldım. Bastiani qalası onun taleyinə şərik olanların qəbrinə çevrilir. Tatar çölü canlı meyitlər qəbristanlığıdır. Hər kəs burdan getməkdə sərbəstdir, amma sirli bir qüvvə qəbrin üstünü örtən daş kimi onları burdan çıxmağa qoymur. Leytenant Covanni Droqo da milyonlarla çarəsizdən biridir. O, ömrünü Tatar çölünə uduzub. Təkcə Tatar çölünə yox, özünə də məğlub olub.

Təyinatını Bastiani qalasına almış gənc leytenant bu qalanın əjdaha kimi ağzını açıb onu udacağını heç ağlının ucundan belə keçirmir. Yazıçı qalaya gedən yolda oxucunu sanki psixoloji cəhətdən çıxılmazlığa hazırlayır. Gənc zabitin isə heç nədən xəbəri yoxdur, o, atının belində inamla irəliyə doğru gedir.  Bastiani qalasında illərini yelə verən zabit, əsgər heyəti sanki hisslərdən, duyğulardan məhrumdur. Onlar öz vəziyyətlərindən şikayətçi  deyillər, böyük intizarla tatarların hücumunu gözləyirlər. Tatarlar isə üfüqdə görünmür. Tatar çölü mənasızlığın, puçluğun, çıxılmazlığın simvoludur. Hər kəs bu qalada xidmət etməyi özünə şərəf bilir, amma bu qeyri-müəyyən “şərəf” qurd kimi onların içini gəmirir, onların həyat eşqini, arzularını öldürür. Bastiani qalası da ətalətin maddiləşmiş formasıdır, sükunət bütün ağırlığı ilə sərt dağ silsilələri ilə əhatə olunmuş boz çölün üzərinə çöküb.

Açıq qalan sərhəd xəttini müəyyən edəcək dəstə sərt yoxuşla zirvəyə qalxmalı olur. Amma bu cəhdlər əbəsdir. Bu ərazilərdə sərhəd xəttini müəyyən etməyə ehtiyac yox imiş. Heç bu qalanın da qorunmağa ehtiyacı yoxdur. Qala öz qurbanlarını diri-diri öldürür. Leytenant Anqustina yolda soyuqdan donub ölür. Parolu bilmədiyi üçün öz əsgər yoldaşı tərəfindən güllələnən Lassari də bu amansız mənasızlığın qurbanı olur. Covanni Droqonunu isə Bastiani qalası otuz il çeynədikdən sonra Tatar çölündən kənara qusur.

Əslində hər kəsin həyatını udan bir qala var, insan bəzən o qalanın fərqində olmadan dünyadan köçünü sürüb gedir. Bunu anlamağın, dərk etməyin özü son dərəcə dəhşətlidir. Öz gəlişiylə insanın həyatına məna qatacaq şeylər heç zaman üfüqdə görünmür və tədricən onun həyati qüvvəsi tükənir, son nəfəsində də zalım ümid ilğım kimi gözlərinin önündən çəkilmir. Tatar çölü əslində yaşadığımız dünyanın kiçik bir modelidir. Dünyaya gəlmişiksə, yaşamaqdan başqa çarə yoxdur.

Covanni Droqo qalaya gəldiyi gün ona ayrılmış otaqda gecələyərkən aramsız damcılayan su səsi onu narahat edir. Gözətçilərdən birini çağırıb suyun səsini kəsməyi xahiş edir. Gözətçi ona izah edir ki, bu, su ilə dolu çənin səsidir, heç nə etmək mümkün deyil. Hamı bu səsə öyrəşib. Bu, həmin daşdan da, torpaqdan da güclü olan suyun səsiydi. Droqo xəstələnib qalanı tərk edənəcən bu səs saatın aramsız tıqqıltısı kimi onun qulaq yoldaşı oldu. Su da zaman kimidir, axır, axır, dayanmaq bilmir. Droqo özü də bilmədən mövhumi inamın əsirinə çevrilir, qalanın vəhşi cazibəsi onun ayaqlarına qandal vurur, hər gün getmək istəyir, amma gedə bilmir. Taqətdən düşmüş, xəstə canıyla da üfüqə boylanıb hansısa işartının göründüyünə özünü inandırmaq istəyir, amma ömür kimi bütün təsəlli ehtiyatı da tükənib.

Bussatinin öldürücü təsvirləri oxucunu depressiyaya salır. Mən bu əsəri oxuduqdan sonra bir müddət havalı kimi gəzib-dolaşdım. Sanki yazıçı oxucunu da Droqoyla birlikdə gedər-gəlməzə yollayır. Oxucu qəfil ayılıb öz içindəki Droqonu kəşf edir.

Tatar çölü ölüm kimi qaçılmaz həqiqətdir. Kafkanın “Qəsr”ini oxuyanda da bu hissləri keçirmişdim. Qəsrə yol tapmağa çalışan amma bitib-tükənməyən labirintlərdə azıb-qalan K.-nın və “Tatar çölü”ndəki zavallı zabitin məğlubiyyəti əkizdir. Bu əkiz məğlubiyyət sanki bir kökdən mayalanıb. O sirli qüvvəyə qalib gəlmək mümkün deyil... /"Aydın yol" qəzeti/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.