Yeni yaradılan “Kulturaplus” internet televiziyasının təqdimatı olub
12.02.15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Yaradıcılıq Fondu və Bakı Slavyan Universitetinin təsis etdikləri “Mədəniyyət Plyus” İctimai Birliyinin nəzdində yaradılan “Kulturaplus” internet televiziyasının təqdimatı olub.

Bununla bağlı keçirilən tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə multikulturalizmin inkişaf etdirilməsi istiqamətində gördüyü işlərin bu ideyanın meydana gəlməsində əsas rol oynadığını deyib. Bildirilib ki, Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı bir ölkə kimi bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələrinə diqqət eyni səviyyədədir. Elə multikulturalizmin əsas şərtlərindən biri də budur.

Dövlət müşaviri deyib ki, yeni yaranan internet televiziya vasitəsilə Azərbaycan həqiqətləri, ölkəmizdəki inkişaf prosesləri müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılacaq. Bu televiziya Azərbaycanın maarifçilik ənənələrinə uyğun olaraq keçmişimizi, milli mənəvi dəyərlərimizi, mədəni irsimizi öyrənməyi, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin təbliğini qarşısına məqsəd qoyub.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə həyata keçirdiyi böyük layihələri ilə tanınır. Son 10 ildə Azərbaycan həm də regionun mənəvi mərkəzinə çevrilib. Ölkəmizdə hər il multikulturalizm, mədəniyyətlərarası dialoq və digər mövzularda beynəlxalq tədbirlərin keçirilməsi heç də təsadüfi deyil. Dünyanın bir çox yerlərində münaqişələr baş verir, ancaq Azərbaycanda fərqli dinlərin və millətlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar.

Tədbirdə məlumat verilib ki, “Kulturaplus” internet televiziyasının əsas məqsədi dünyanın müxtəlif ölkələrində Azərbaycana olan münasibətin həmin ölkələrin cəmiyyətləri tərəfindən tənzim edilməsinə kömək etməkdir. Burada, eyni zamanda, dünya ictimaiyyəti üçün önəmli şəxsiyyətlərin – siyasətçilərin, incəsənət nümayəndələrinin və ictimai xadimlərin Azərbaycan haqqında fikirləri səslənəcək. Onlar Azərbaycana olan münasibətləri ilə dünyada Azərbaycan həqiqətlərinin daha effektiv şəkildə yayılmasını təmin edəcəklər.

İnternet televiziyada materiallar Azərbaycan, ingilis, rus və digər dillərdə yayılacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi ilə yaradılan televiziya dünyanın istənilən nöqtəsindən müraciət edə bilən və bu zaman dil baryeri ilə qarşılaşmayan auditoriya üçün açıq bir teleməkandır. Tamaşaçılar “Kulturaplus” televiziyasında həm Azərbaycan, həm də bütövlükdə dünya barədə maraqlı verilişlər izləyəcəklər.

İnternet televiziyanın fəaliyyətinə televiziya və mətbuat sahəsində kifayət qədər təcrübəsi olan və ictimaiyyət tərəfindən tanınan simalar cəlb edilib.

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.