Etimad Başkeçid: “Tərcümə Mərkəzində bir nəfər də olsun təsadüfi adam yoxdur”
16.02.15

Artpress.az tanınmış nasir və tərcüməçi Etimad Başkeçidin müsahibəsini təqdim edir. cavab verir
 

– Etimad müəllim, neçə ildir bədii tərcümə ilə məşğulsunuz, ilk dəfə hansı əsəri tərcümə etmisiniz?


– Bədii tərcüməylə təxminən on beş ildir ki, məşğulam. İlk dəfə O Henrinin “Bağdad quşu” hekayəsini çevirmişəm. Hekayəni çevirdim, sonra başım qarışdı, çapa verməyi də unutdum. Hardasa, ay yarımdan sonra baxıb gördüm heç üzə çıxarılası deyil. O tərcüməni hələ də evdə saxlayıram ki, mənə görk olsun – belə tərcümə eləmək olmaz.

– Biz Avropa dillərində yazılan əsərləri, əsasən, rus dilindən çeviririk. Belədə, əsər öz mahiyyətindən uzaqlaşmır ki?


– Orijinaldan tərcümənin problemləri ilə bütöv bir elm məşğul olur. İldə nə qədər məqalələr çap olunur, ixtisaslaşmış elmi nəşrlər hazırlanır. Formalaşmış tərcümə məktəbləri olan ölkələrdə, əsasən, məhz orijinaldan tərcümənin nəzəriyyəsi və praktikası ön plandadır. Çünki onlar nadir hallarda vasitəçi dildən istifadə edir. Azərbaycan kimi ölkələrdə isə ikinci dildən tərcümənin problemləri ilə ayrıca məşğul olmaq lazım gəlir. Çünki orijinalın dilini bilən mütəxəssisləri barmaqla saymaq olar. Özü də dili bilməklə iş bitmir – dili bilən adam, üstəlik, tərcümə etməyi də bacarmalıdır. Aydın məsələdir ki, ikinci dildən tərcüməylə orijinaldan tərcüməyə eyni gözlə baxmaq mümkün deyil. Bu, bəlli həqiqətdir. Dillər arasında tipoloji fərqliliklər, yazı sistemlərinin müxtəlifliyi və başqa amillər tərcüməni xeyli zəhmətli işə çevirir. Frazeoloji lüğətlərin olmaması, olanların da əksər hallarda işə yaramaması ayrıca bir problemdir. İndiki halda orijinalın bədii tərcüməsini tərcümə etməkdənsə, sətri tərcümə edib, sonradan üzərində işləmək daha məqbul variantdır. Belədə, orijinalın üslubunu və ifadə tərzlərini saxlamaq mümkün olur. 

– Yəqin siz də poetik tərcümənin daha çətin olması fikri ilə razılaşarsınız. Şeirin tərcüməsi necə olmalıdır? Sətri tərcümə ilə kifayətlənək, yoxsa...


– Avropa ölkələrində bir çox tərcümə məktəbləri çoxdandır ki, şeiri şeirlə tərcümə etmirlər. Fransızlar, almanlar, ingilislər, əsasən, şeirin sətri tərcüməsinə üstünlük verirlər. Ona görə ki, hara çəksən də, poetik tərcümədə zövqlə yazılmış şeirdən əsər-əlamət qalmır. Bu, daha çox tərcüməçinin əməyinin məhsulu olur. Şeir sırf dil hadisəsidir. Yalnız orijinalın dilinə məxsus sabit birləşmələr, metaforik deyimlər və idiomların bol-bol işlənməsi şeiri dilin xüsusiyyətlərindən asılı vəziyyətə salır. Şəxsən mənə görə, şeirin şeirlə tərcüməsi mümkün deyil. Sözsüz, söhbət burada yaxşı şeirdən gedir. Yoxsa, tutaq ki, ruslar Rəsul Həmzətovun bəsit şeirlərini yaxşı tərcümə eləyib, ondan böyük şair düzəltmişdilər. Bu işin, bax, belə özəlliyi var – pis şeiri yaxşı şeir kimi tərcümə eləmək olar, amma yüksək bədii meyarlara cavab verən şeiri adekvat tərcümə etmək mümkün deyil, onu yalnız korlamaq olar. Ona görə də, şeirin tərcümə mətnini «bəh-bəh»lə tərifləyirlərsə, deməli, bu daha çox tərcüməçiyə ünvanlanmış təriflərdir.

– Sizcə, dünya klassikasında hansı əsərlər var ki, onların bizim dildə olmaması böyük çatımazlıqdır. Hansı yazıçılardan və hansı əsərlərdən başlamalıyıq?

– Mövlananın külliyatının dilimizdə olmaması böyük çatışmazlıqdır. Özü də, poetik yox, filoloji tərcümə şəklində. Sadəcə, “Dünyanın ən yaxşı 100 əsəri” şərti siyahılarına baxıb, həmin əsərləri tərcümə etmək, lazımdır. Burada velosiped icad etməyə ehtiyac yoxdur.

– Peşəkar bir tərcüməçinin yetişməsi üçün nə qədər vaxt lazımdır və həmin tərcüməçi hansı mərhələləri keçməlidir?


– İlk baxışdan asan sualdır, amma yalnız ilk baxışdan. Məsələ burasındadır ki, yüksək səviyyəli tərcüməçi yetişdirmək üçün formal-məntiqi nöqteyi-nəzərdən mükəmməl işlənmiş təhsil və tədris proqramları kifayət eləmir. Şeytan təfərrüatlarda gizlənir - əvvəla, anadangəlmə qabiliyyətdən savayı, tərcüməçinin güclü fantaziyası və həyat təcrübəsi olmalıdır. Ona görə ki, tərcüməçi orijinalı hərfən və ya sözbəsöz çevirmir, əsəri necə başa düşübsə, o şəkildə çevirir. Gözəl əsərləri adekvat şəkildə qiymətləndirmək, başa düşmək, ümumiyyətlə, zövqün formalaşması üçün illərin zəhməti və təcrübəsi lazımdır. Bu, məsələnin yalnız bir tərəfidir. Peşəkar tərcüməçilər öz ənənəsi, yolu, öz ustadları və tələbələri olan məktəblərdə yetişir. Baxın, “Rusiya tərcümə məktəbi”, “Türkiyə tərcümə məktəbi” və ya, tutalım, “Gürcüstan tərcümə məktəbi” deyəndə, bunu hamı adi qarşılayır, amma “Azərbaycan tərcümə məktəbi” ifadəsi qulağımızı cırmaqlayır. Ona görə ki, biz hələ bu məktəbin formalaşması mərhələsindəyik. Odur ki, səviyyəli tərcüməçilərin yetişməsi birbaşa uyğun mühitin formalaşmasına bağlıdır. Burda çox şərtlər var. Məsələn, dünyada qəbul olunmuş standartlara uyğun olaraq, tərcüməçilərin qonorarının həcmi onların kvalifikasiyası, tərcümə mətninin mürəkkəblik dərəcəsi və digər tələblərə görə dəyişməlidir, ölkə üzrə qonorarların minimum həddi müəyyənləşməlidir. Uğurlu tərcümələrə görə tərcüməçiyə xüsusi mükafatlar verilməlidir və s. Əks halda, Azərbaycandakı bəzi nəşriyyatların praktikasını əldə rəhbər tutsaq, yəni hamıya ucdantutma eyni tariflə əməkhaqqı ödəsək, heç bir təkmilləşmə olmayacaq. Çünki buna stimul olmayacaq. Universitetlərin tərcümə fakültələrində tələbələrin beynini yalnız nəzəriyyə ilə doldurmaqla yaxşı tərcüməçi hazırlamaq olmaz. Bu iş tamamilə yenidən qurulmalıdır və praktikaya üstünlük verilməlidir. Yoxsa, əlində diplomu olan minlərlə məzun var ki, özünə nə iş tapa bilir, nə də sifariş. Nə alim kimi alimdilər, nə tərcüməçi kimi tərcüməçi. İndi mən durub desəm ki, peşəkar tərcüməçinin hazırlanması üçün filan qədər vaxt lazımdır, düzgün olmaz. Əvvəlcə şərtlər formalaşdırılmalıdır. İstənilən halda, müasir dünyada yeni təhsil dəyərləri meydana çıxıb. Məsələn, özünütəkmilləşdirmə, fərdi inkişaf, öz “mən”inin layihələşdirilməsi kimi. Tərcüməçi olmaq istəyən, universitetə-filana ümid olmamalı, bu texnologiyalardan istifadə edib, özünü təkmilləşdirməlidir.

– Müqəddəs kitabların Azərbaycan dilinə tərcümələrini, yəqin ki, oxumusunuz. Onların səviyyəsi sizi qane edirmi, çatışmayan cəhətlər hansılardır?

– Açığı, “Bibliya”nı da, “Quran”ı da rusca oxumuşam. Müqəddəs kitabların dilimizə tərcümələrilə tanış deyiləm. Ona görə də, konkret nəsə deyə bilmərəm. Ancaq bilmək lazımdır ki, bunlar poetik mətnlərdir. Qədim semit xalqlarının poeziyası isə bizim öyrəşdiyimiz qafiyə və vəzn sistemində olmayıb, başqa prinsiplərlə yazılıb. Məsələn, çoxlu alliterasiyalardan, oxşar səslərin təkrarlanmasından gen-bol istifadə olunub. Bu, onların yadda qalmasına xidmət edirdi. Bunu necə adekvat tərcümə etmək olar? Bu mətnlər müxtəlif tərcüməçilər tərəfindən dəfələrlə tərcümə olunmalıdır ki, onların içindən ən münasibini və orijinala daha yaxın olanını seçib fərqləndirə biləsən.

– Elə bir kitab, elə bir yazıçı varmı ki, onu çevirməyə hələ özünüzü hazır bilmirsiniz?

– Poetik mətnləri, fəlsəfəyə, dilçiliyə aid əsərləri tərcümə etmirəm, bu ixtisaslaşmış tərcüməçilərin işidir. Üslubçu yazarların əsərlərini də tərcümə etməyi xoşlamıram. Mənə görə, yazıçı yaddaqalan obraz yarada və oxucuların ürəyinə yol tapa bilməyəndə özünə “istedadlı üslubçu” imici qazanmağa çalışır. Yerdə qalan nəsr əsərlərinin bədii tərcüməsi ilə bağlı problem yoxdur.

– Hansı yazıçıları tərcümə etmək sizə daha xoşdur?


– Viktor Hüqo, Servantes, Cek London, Dikkens tipli yazıçıların əsərlərini.

– Etimad Başkeçid hansı tərcüməçilərimizi bəyənir, kimlərin peşəkarlığı onu qane edir?


- Bu gün Tərcümə Mərkəzində çalışan tərcüməçilərin hər biri bir dəyər səviyyəsində olan tərcüməçilərdir. Onları hamı tanıyır. Tam məsuliyyətlə deyirəm ki, burada bir nəfər də olsun, təsadüfi adam yoxdur.

– Azərbaycan tərcümə sənətinin gələcəyini necə görürsünüz, gözləntilərinizi bilmək istərdik...

– Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması və ömrünün böyük bir hissəsini bu işə sərf etmiş yazıçı Afaq Məsudun bu təsisata rəhbər təyin edilməsi onu göstərir ki, nəhayət, tərcümə təsərrüfatının problemləri zaman keçdikcə çözüləcək, Azərbaycanda layiqli tərcümə məktəbi formalaşacaq, cəmiyyətə yeni tərcümə standartları və modelləri təqdim olunacaq. Artıq Tərcümə Mərkəzi bir brenddir, burada nəşr olunan kitablar bütün filtrlərdən keçir, yalnız bundan sonra oxucuların ixtiyarına verilir. Təbii ki, Tərcümə Mərkəzi öz lokomotiv rolunu qoruyub saxlayacaq, bütün ölkədə tərcümənin keyfiyyəti dünya standartları səviyyəsinə yüksələcək. Mən buna inanıram.

 Sevinc FƏDAİ, "Aydın yol" qəzeti

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.