Xatirə Xatun - Səni inandıra bilmədim, nəsə
17.02.15

Hələ dilindədir adım

Hələ dilindədir adım,
Hələ ömrün  sevda çağı.
Yarpaq-yarpaq, addım-addım
Bu payız öpür torpağı.
Unut məni unutmağı.

deyirsən ki unudaram,
yavaş-yavaş, aram-aram.
Səninlə lap mərcə varam,
İstəyrisən sınamağı?
Unut məni unutmağı.

Bunu belə bilmə asan,
bu tezliklə unudasan
əlləşəsən, vuruşasan
nə faydası, xeyri axı?
Unut məni unutmağı.

Yaddaşını didər, dələr,
Məndən qalan xatirələr.
O məktublar, o şəkillər
Hər birisi bir gözdağı.
Unut məni unutmağı.

Unutmusan zənn edərsən
Xatirlarsan qəfil, birdən
Budağından qopub düşən
Görən zaman hər yarpağı
Unut məni unutmağı

Qürrələnmə. lovğalanma
Ürəyinə arxalanma
Lap özünü unut amma
Unut yaddan cıxarmağı
Unut məni unutmağı


Deyirsən ki necə sevim

Deyirsən ki necə sevim, ay gülüm,
Köz ocağı sevən kimi sev məni .
Arı şanı, çiçək suyu, meh otu,
Duman dağı sevən kimi sev məni.

Sevdim səni bağça bağı sevən tək,
Düz ilqarı, etibarı sevən tək.
Şair sözü, tarzən tarı sevən tək,
Bağban bağı sevən kimi sev məni.

Sən bir dəniz, mənsə  körpə qağayı,
Qıyma keçə ömrüm-günüm havayı.
Bənövşələr  kol dibini, sel çayı,
Od çırağı sevən kimi sev məni.

Düz olarsa sevən kəsin əməli,
Möhkəm olar o sevginin təməli
Baxış gözü, dodaq üzü, əl əli,
Tel darağı sevən kimi sev məni.

Heç olmadım var-dövlətin düşgünü,
Ürəyimdə  əzizlədim eşqini
Bir şaxtalı, qasırğalı qış günü,
Qar  torpağı sevən kimi sev məni.

Bitmədimi  imtahanın, sınağın,
İncitməyin,  küsdürməyin, qınağın.
Bir sevdalıq qonağınam,qonağın,
Sev, qonağı sevən kimi, sev məni.


Ürəyimin  içində sızlayan bir acı var

Ürəyimin  içində sızlayan bir acı var,
Onun da sən ünvanlı, sən adlı əlacı var.
Nə  günüm gündüz deyil, nə gecəm gecə sənsiz ,
Yaşayıram birtəhər, elə-beləcə sənsiz.

Sənlə bağlı gör neçə istəyim dəydi daşa,
Könlüm ümidlərimin içimdəki qəbrimi?
Bundan sonra gəl bacar bu sınıq qəlblə yaşa,
Yavaş-yavaş itirdim güvəndiyim səbrimi.

Hayıf sənə veridiyim ömrümün hər anına,
Billurdan saf eşqimi odlara atdın mənim.
Gör necə inanmışdım sənin hər yalanına,
Səhrda ilğım kimi gözümü tutdun mənim.

Bir ibrət dərsi kimi yadına yaddaşımın
Mənə elədiklərin kəlmə-kəlmə yazılsln.
Sənin üçün hər gecə tökdüyüm göz yaşının
Hər damlası qoy sənin günahına yazılsln



Ayrıldıq

Ayrıldıq, getmədik bu yolu qoşa.
Bir az ağır oldu,bir az da çətin.
Çatdı bir sevginin tarixi başa,
Qoyduq nöqtəsini bir məhəbbətin.

Olmadı bu oddan geri çəkilmək,
Könlümü yandıran həsrətin imiş.
Göz-gözə baxarkən ayrıla bilmək,
Mən indi anladım, nə çətin imiş!..

Necəsən deməyin daha əbəsdir,
Sanki sıxılıram bir dar qəfəsdə.
Hicranın  içimi doğradı, kəsdi,
Həsrətin duz basdı yaramın üstdə.

Bu sevda  ruhumu yandırıb yaxdı,
Yazılıdn ömrümə bir günah kimi.
Səni axtarıram, gülüm, nə vaxtdı,
Səhrada su gəzən bir səyyah  kimi .

Gör neçə arzumu doğradım, biçdim,
Yolunda çox çəkdim bu məhəbbətin.
Mən sənə sevməyin dərsini keçdim,
Sən mənə unutmaq öyrədəmmədin.

Getdin... Xatirəmdə qalmadı izin,
Od yanar ocaqda tüstü görünər.
Elə soyumuşam səndən, əzizim,
Buz belə yanımda isti görünər.

Səni inandıra bilmədim, nəsə,
Gördüm ki neynəsəm səmərsiz imiş.
Yoxluğum heç nəyi dəyişdirməsə,
Demək varlığım da dəyərsiz imiş...

14.01.2015

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.