Oğuz Ayvaz - Yarımçıq adamın hekayəti
20.02.15

Artpress.az gənc yazar Oğuz Ayvazın "Yarımçıq adamın hekayəti"ni təqdim edir.


Səkilər, küçələr sükuta dolanıb. Dükanların, restoranların yanında üşümüş pişiklər qıvrılaraq yatırlar. Bir gözü kor itsə zibil qutusunu eşələyib sür-sümük tapmaq ümidindədir. Daha yaxına gəlin, məhəlləyə girin, internet klubun böyründəki evə qonaq gedək.
Qapı yavaş-yavaş döyülməyə başlayır. Çarpayısında gözləri qapalı qalan Şəmil gecə çox içdiyindən sızıb. Səs yoxa çıxır.Bu gördüyünüz Şəmildir. Ata-anaını, bacısını avtomobil qəzasında itirib. İçkiyə və siqaretə onların öldüyü gündən başlayıb. Daimi işi yoxdur. Arada bir kafelərdə, barlarda və yaxud tikintidə çalışır, içki pulunu çıxardır. Onun heç dostu da yoxdu.
Şəmil çarpayısından döşəməyə düşərək ayılır. Otaqdan üfunət qoxusu gəlir. Gözlərini ovuşdura-ovuşdura ayağa qalxır. Əl-üzünü yumaq üçün hamama girir. Soyuq suyu üzünə çırpır. Aynada büzüşmüş, dağınıq, gözləri şişmiş sifətilə qarşılaşır.
Otağı çox dağınıq və düzənsizdir. Şəmil köhnə, toz-torpaqlı paltarlarını geyinərək çölə çıxır. Heç vaxt evinin qapısını bağlamır.
Küçələrdə gəzişməyə başlayır. Əlləri ilə saçına tumar çəkir, tez-tez şalvarını düzəldir. Ətrafda gözə heç kim dəymir. Şəmil dəniz qırağına yol alır. Dükandan içki alır. Sahilə çatır. Qumluğun üzərində oturur. İçkidən qurtumlayır. Sonra siqaret alışdırır.
Çoxdandır ki, özü ilə belə danışmırdı. Daim susurdu. Sükut onun bədənini iflic etmişdi. Saatlarca dənizi seyr edir, axşam düşürdü. Günəş dənizin üzərində rəsm əsəri çəkirdi,     qıp-qırmızı rənglər abstark tablo kimi görünür.
-Dayı, dayı eşidirsən məni?Niyə burada durmusan?Mənim velosipedim xarab olub. Baxa bilərsən?
Şəmil heç bir reaksiya vermir. Susur, dənizə baxır. Velosipedli uşağın sözləri elə bil ona çatmır. Səssiz filmlərdəki kimi uşaq danışır, danışır və uzaqlaşır.
Qaranlıqdır. Ay işiğı dənizin üzərində rəqs edir. Hava mülayim və rüzigarsızdır. Şəmil qumun üstündə yatıb. Yuxusunda tez-tez sayıqlayır, hönkürür. Gecənin yarısıdır. Şəmil yuxudadır. Ay öz yerindədir. Qayalıqlar olan tərəfdə bir adam Şəmilə doğru yaxınlaşır. Onu oyandırmağa çalışır. Şəmil gözlərini açır.
-Siz kimsiz?
-Mən balıqçıyam.Bəs siz kimsiz? Burada niyə yatırsız?
- Mən... Heç kim.
- Gülməli adamsan e. Yaxşı durun, bizə gedək.
Balıqçının yanına düşüb gedir. Kiçik bir daxması olan bu adam da kimsəsizdir, Şəmillə eyni taleyi paylaşır. Masanın üstündəki qırmızı şərab Şəmili umsundurur. Kişi arif adamdı.
-    Götür, içək...
Balıqçı həyatından danışamağa başlayır. Şəmil yorğundur. İfadəsiz gözlərilə balıqçıya baxır. Kişi əlini-qolunu ölçə-ölçə dil qəfəsə qoymadan danışır. Şəmilin isə dünya vecinə deyil.
Səhər dan ağarana yaxın Şəmil daxmadan uzaqlaşır. Balıqçı kirli çarpayısında arvadının rəsmini qucaqlayıb yatır. Şəmil onu oyatmağa heyfi gəlir.
Parkın skamyasında uzanıqlı halda gözlərini açır. Gördüyünə inana bilmir. Yanında uzun, qara saçlı, adamın ağlını başından alan gözəlliyə sahib bir qadın ona gülümsünür. Şəmil əlləri ilə onun yanağına toxunur. Ehtiras ayaqlarını əsdirir. Şəmil gülməyə başlayır. Qadın olduğu yerdə dayanıb.
-Səni sevirəm.
Qadının təbəssümü Şəmilin olan-qalan ağlını başından alır.
Artıq Şəmilin sevgilisi var. O, xoşbəxtliyə yelkən açıb. Sevdiyi qadının adını belə bilmir.Şəmil onu düşünəndə titrətmə keçirdirdi. Lakin bu hal onun xoşuna gəlirdi.
Şəmil işdən çıxanda yağış yağmışdı. Gölməçələr küçələrə naxış vururdu. Onun bu gün əhvalı yaxşı deyildi. Sevdiyi qadını elə bil unutmuşdu. Evə çatmışdı. Paltarlarını soyunmadan çarpayıya ölü tək uzandı. Yuxu Şəmili apardı. Səhər tezdən oyanaraq sevgilisinin yanına getdi.
Sevgilisi ilə restoranda yemək yeyir, onu kinoteatrlara aparır, birlikdə velosiped sürür, at çapır və.s.  Ona hər gün sevdiyini deyir. Qadın isə sadəcə gülümsünr. Şəmil onunla qucaqlaşır, sevişir. Artıq içmir, vaxtında durur. Dənizin qırağında sevdiyi qadını öpüşlərə qərq edir.
İrəlidən dənizin qoxusu gəlir. Bir azdan mavilik gözümü alacalandırır. Sonra dənizin üzərində uçuşan qağayıları, uzaqlıqda kölgəyə bənzər, sahilə yan almış gəmilər görünür. Ardınca sahildə gəzişən sevgililər gözə dəyir. Xoşbəxt tablo. Öz-özünə doqquldanan Şəmil siqaret alışdırır. Bu gün də təkdir.
Günorta saatlarında Şəmil yerindən durur. Həmişə görüşdükləri restoranın yanına tələsir. Tez-tələsik əynini geynib əkilir. Kafeyə gedir. Boş masaların birində əyləşir. Onu gözləyir. Saatlar keçir, amma sevdiyi qadın gəlmir. Kinoterta gedir, sahildə vurnuxur, hər yerdə onu axtarır. Ancaq heç yerdə tapa bilmir. Restoranda çalışan ofisianta sevdiyi qadını tərif edir. Ofisiant oğlan isə “Sən həmişə tək gəlirdin. Sanki qarşında biri varmış kimi danışırdın” deyir. Şəmil inana bilmir. Kinotetra gedir. Oradan da soruşur. Eyni cavbaları alır.
Şəmil yuxudan oyananda qan-tər içində idi. Elə bil iki tərəfdən nəsə onu sıxırdı. Nəfəs ala bilmir, tez-tez sinəsinə yumruq vururdu. Öləcəyini düşündü. Hər şeyin arada qalacağı, sevdiyi qadının əlindən sıyrılıb çıxacağını. Şəmil özü ilə vidalaşırdı.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.