AYB evsiz yazarların mənzil məsələsində hansı addımları atacaq? - AÇIQLAMA
20.02.15

2008-ci ildə dövlətdən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlərinin mənzil ehtiyacını təmin etmək üçün ayrılan ərazidə tikinti işləri hələ ki gecikir. Bakı şəhəri, Xətai rayonunda ayrılan yerdə tikinti işlərinin gecikmə səbəbləri də məlum deyil.

AYB sədrinin müşaviri, mənzil komissiyasınnı sədri Rauf Aslanov açıqlamasında tikinti işlərinə nəzarətin komissiyanın səlahiyətində olmadığını bildirib. Qeyd edib ki, komissiyanın səlahiyyəti yalnız bölgü prosesində iştirak edib, hazır mənzillərin üzvlər arasında obyektiv bölüşdürülməsinə nəzarət etməkdir:
“Dövlət tərəfdən, bizə 2008-ci ildə torpaq sahəsi ayrılsa da, hansısa problemlərlə əlaqədar bu iş uzandı. Sonra məsələ öz dəqiq həllini tapdı. Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 2014-cü il tarixli məktubunda bildirilir ki, AYB üçün inşa ediləcək kooperativ evin tikinti işinə birlikdə layihə verib yeri dəqiqləşdirəndən sonra başlanıla bilər. Məsələ burasındadır ki, Azərbaycan Yazıçılar Birliyinə ayrılan Xətai rayonu, G.Şıxlinski küçəsində 2942 V saylı məhəllədəki ərazi iki nəfər tərəfindən qanunsuz özəlləşdirildiyi üçün məsələ məhkəmə yolu ilə həll edilib və Bakı şəhər İcra Hakimiyyəti hazırda inşaat işlərinin başlanması üçün maneə olmadığını qeyd edir. Məsələnin ilk mərhələsi bundan ibarətdir”.

Rauf Aslanov qeyd edir ki, tikintiyə nəzarət etmək onun səlahiyyəti daxilində deyil. Müşavir bu işin mənzil komissiyasına aid olmadığını, 7 nəfərdən ibarət komissiyanın tikintiyə nəzarət yox, mənzil bölgüsü üçün təşkil edildiyini bildirib:

“Mənə aid olmayan işlərə müdaxilə etmirəm. Rəhbərlik də bu işi mənə tapşırmayıb. Binanın tikintisi və buna nəzarət mənim səlahiyyətimdə deyil. Açığını deyim ki, bu iş üzrə mütəxəssis də deyiləm. Yəqin ki, Anar müəllimin bu işi tapşırdığı kimsə var. Mən hətta o yeri də görməmişəm. Bizim işimiz konkret olaraq bölgü ilə bağlıdır. Onu da 9 mənzil məsələsində siz özünüz də görmüsünüz. Biz həmin bölgünü açıq şəkildə mətbuatda və saytlarda işıqlandırırıq. Biz açıq-aşkar yazdıq ki, növbədə 49 nəfər var, 9 mənzil isə 36 nəfər arasında bölünəcək. Elə də oldu. AYB 36 üzvünə nə iləsə kömək etdi”.

Müşavir bina tikilərsə, mənzillərin necə bölüşdürüləcəyinə də münasibət bildirib:

“Bircə onu bilirəm ki, komissiyanın sədrinin kimliyindən asılı olmayaraq sonda bu məsələ mütləq mənzil komissiyasından keçəcək. Növbədə 14 nəfər var. Əgər bu məsələ müsbət sonluqla nəticələnsə, onda biz ilk olaraq 14 nəfəri nəzərə alacağıq. Amma yenə bunlar arasında da araşdırmalar aparılacaq. Çünki ola bilsin ki, onlardan hansısa biri sosial şəraitində müsbət irəliləyiş edib, ola bilsin ki, kimsə, ümumiyyətlə, birliyi tərk edib və s. Növbədə olan bu insanlardan sonra isə sosial şəraiti həqiqətən də yaxşı olmayan üzvlər nəzərə alınacaq. Əgər bölgülər aparılsa bu, mətbuatda, saytlarda açıq-aşkar işıqlandırılacaq”.

Qeyd edək ki, bir müddət öncə mediada yazılanlara görə tikintiyə nəzarət AYB sədrinin müavini Nazim İbrahimova həvalə olunub.

/Elmin NURİ, Modern.az/

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.