"Qanun"da yeni kitablar çap olunub
23.02.15

PATRİK MODİANO - SƏNİN MƏHƏLLƏDƏ İTMƏMƏYİN ÜÇÜN

Bu roman, ünvan kitabçasını itirmiş bir yazıçı olan Jan Daraqanın hekayətidir. O, kitabçanı tapmış olduğunu söyləyən Gill Ottolini ilə tanış olur. Görüş zamanı, Gill, ünvan kitabçasında adı çəkilən bir şəxsdən söz açır. O, əvvəldən haqqında təhqiqat apardığı bu adam barəsində Jandan məlumat istəyir, lakin yazıçı yadında heç nə qalmadığını söyləyir. Gill və rəfiqəsi Şantal Grippay ona “Dosye”nin fotosurətini verirlər. Onu oxuyarkən, Jan, Anni Astrandın adına rast gəlir. Bu onu, indiyə qədər unutduğu, uzun xatirələr zəncirinə dalmağa sövq edir…

Bakı, Qanun Nəşriyyatı, 2015, 148 səhifə, 1000 tiraj
İngiliscədən tərcümə:         Sabir Sadıqov
Redaktor:                             Əziz Rzazadə








JORJ SİMENON - MALULAR AİLƏSİ

Fransanın ən məşhur və eyni zamanda məhsuldar yazıçısı kimi tanınan Jorj Simenonun “Malular ailəsi” romanında yeni nəsillə köhnə nəsil arasındakı kəskin, barışmaz ziddiyyət əks etdirilir. Əsərin qəhrəmanı Alen Malu yeni ideallar uğrunda mübarizə aparan Qərb gənclərinin ümumiləşmiş sürətidir.

Bakı, Qanun Nəşriyyatı, 2015, 248 səhifə.
Fransız dilindən tərcümə:    Hamlet Qocayev












 
SEVİNC  ÇILĞIN - YUMURTA (13 hekayə)

“YUMURTA” – nəsr yaradıcılığımın yumurta dönəmində yaranan kitabdır.
Bu YUMURTAdan İNSAN doğulacağına inanıram. Bütün başlanğıclar maraqlıdır...

Bakı,  Qanun Nəşriyyatı, 2015, 96 səh. 1000 tiraj
Redaktor: Zahir ƏZƏMƏT












Frans Kafka - MİLENAYA MƏKTUBLAR

Kitaba böyük Avstriya yazıçısı, “Qəsr” və “Dəyişilmə” əsərlərinin müəllifi Frans Kafkanın aşiq olduğu çex jurnalisti Milena Yesenskayaya ünvanlanmış məktubları daxil edilib. 1920-ci ilin yazında o, F.Kafkanın nəsrini çex dilinə tərcümə etməyə başlayıb, onların yazışmaları və sevgi macəraları da elə o zamandan başlanğıc götürüb və cəmi bir neçə ay davam edib. Kafkanın tərcümeyi-halını yazan Klod Davidin təbirincə desək, “onların eşqi yazıçının itmiş ümidinə və həyatına qüdrətli şəfəq saçsa da, sonradan heç vaxt olmamış bir boşluq yaradıb”. Kafkanın daimi qorxu hissi və Milenanın ziddiyyətli xarakteri onların xoşbəxtliyini qeyri-mümkün edib ki, dərc olunan məktublarda da bu haqda dönə-dönə bəhs olunur.
 
Bakı, Qanun Nəşriyyatı, 2015, 312 səhifə, 1000 tiraj
Ruscadan tərcümə:     Həbib Həbiboğlu
Redaktor:                      Əziz Rzazadə

                                         





Tom Rat, Donald Klifton - NİKBİNLİYİN GÜCÜ

Dünya obyektiv reallıq kimi mövcud deyildir. O bizim ona bəslədiyimiz münasibətdən asılı olaraq gözəl və ya eybəcər ola bilir. Kitabın müəllifləri həyatda çox böyük çətinliklərlə üzləşiblər, lakin onlar nikbinlik və ruh yüksəkliklərini saxlayıblar, uzun və xoşbəxt ömür sürüblər.
 Real həyatda optimist  insan istənilən vəziyyətdə yaxşı nəsə axtarır. İşdə və dostlarınızla münasibətdə  pozitiv əhval-ruhiyyədə olmağınız, eyni zamanda  nikahınızı möhkəmləndirə və öz doğma uşaqlarınızın arasında nüfuzunuzu qaldıra bilər. Tom Rat və Don Kliftonun  kitabında istənilən həyat şəraitində pozitiv emosiyalar yaşamağınıza kömək edən beş strategiyadan bəhs edilir. Emosiyaların sizin həyatınıza və sağlamlığımıza nə dərəcədə ciddi təsir etməsini bilmək istəyirsinizsə, bu kitabı oxuyun. Çoxsaylı tədqiqatlar göstərir ki, pozitiv köklənmiş insanlar daha uzun ömür sürürlər. Bu kitab da sizə həyata pozitiv münasibət bəsləməyə kömək edəcək.
Kitab geniş auditoriya üçün nəzərdə tutulub.
 

Bakı, Qanun Nəşriyyatı, 2015, 116 səhifə, 1000 tiraj
Rus dilindən tərcümə:    Müqəddəs Şahbazov
Redaktor:    Seymur Şahbazov         
                            

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.