Argentina səfiri Tərcümə Mərkəzində olub
04.03.15

Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Mərkəzin direktoru A.Məsud səfiri salamlayaraq, ona Mərkəzin fəaliyyəti, Azərbaycan və Argentina Respublikası arasındakı mədəni-ədəbi əlaqələrə olan maraqdan danışıb: “Tərcümə Mərkəzi dünya elmi, ədəbi irsinin dilimizə tərcüməsi, həmçinin Azərbaycanın elmi-bədii irsinin, ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrin dünyanın diqqətinə çatdırılması istiqamətində mühüm işlər görür. Mərkəz bu vaxta qədər əsasən, dünya ədəbiyyatının aparıcı nümunələrinin Azərbaycan dilinə mükəmməl ədəbi səviyyədə tərcüməsi və nəşri işini həyata keçirməklə kifayətlənməli olurdu. Yeni statusla fəaliyyətə başlayandan bəri isə, qurum dil və tərcümənin müxtəlif istiqamətləri üzrə geniş spektrli layihələri həyata keçirir. Argentina ədəbiyyatına gəlincə, biz bu illər ərzində bir çox məşhur Argentina yazıçılarının – X.Borxesin, X.Kortasarın, M.Delibesin, E.Sabatonun, A.Yunkenin, S.Poletinin, həmçinin, R.Arltın əsərlərinin Azərbaycan dilinə tərcüməsini və nəşrini həyata keçirmişik. Bu il nəşr olunan kitablarımız arasında “Latın Amerikası romanı” kitabında da Argentina yazıçılarının əsərlərinə yer ayrılıb”.

Daha sonra direktor Azərbaycan-Argentina ədəbiyyatının ruhən bir-birinə yaxınlığından, Argentina yazarlarının Azərbaycan oxucusu tərəfindən maraqla qarşılandığından danışıb.

Cənab Karlos Dante Riva öz növbəsində, dəvətə görə təşəkkürünü bildirərək, xalqlararası əlaqələrin qurulması istiqamətində fikirlərini bölüşüb:   

“İlk növbədə deməliyəm ki, Azərbaycanda olduğum iki il müddətində ölkələrimiz arasında olan informasiya qıtlığını, Azərbaycanla Argentinanın bir-birindən hədsiz az məlumatlı olduğunu müşahidə etmişəm. Bu informasiya qıtlığı əlbəttə ki, bir çox problemlərə yol açır. Və bu mənada tərcümə işi hər iki xalqın bir-birini yaxından tanımasına ən qısa yol ola bilər. Düşünürəm ki, qarşıda duran əsas məqsəd hər iki xalqı mədəni, ədəb sferalarda bir-birinə tanıtmaq və əlaqələri genişləndirməkdir. Əlbəttə ki, xalqlar arasında iqtisadi, ticarət, siyasi-ictimai və sair əlaqələr qurulur, lakin bu əlaqələrin heç biri iki xalqın bir-birini mədəni müstəvidə tanımasına xidmət etmir. Düşünürəm ki, ölkələrin, xalqların bir-birini daha yaxından tanıması üçün mədəniyyət və ədəbiyyat ən başlıca vasitədir. Bu mənada, Azərbaycan ədəbi nümunələrini ispan dilinə tərcümə edib Argentinada nəşr etmək yaxşı olardı.

Buenos-Ayresdə hər il iri miqyaslı Beynəlxalq Kitab Sərgisi keçirilir. Bu sərgidə iştirak etməyinizi çox istərdik. Bu məsələdə sizə hər cür köməklik göstərməyə hazırıq. Mən əminəm ki, hər iki ölkənin ədəbiyyatı tərcümə edilib yayılarsa, bu, nəinki xalqlararası mədəni, həmçinin Argentina Azərbaycan arasındakı siyasi əlaqələrə də inkişafına təkan verər.

Hazırda iki kitabın Azərbaycan dilinə tərcümə edilməsini vacib hesab edirəm. Bu kitablardan biri tanqo rəqsi barədədir. Azərbaycanda çox sevilən, hətta aldığım məlumatlara görə, tədris edilən bu rəqsin yaranma tarixi haqqındadır. Digər kitab, Adolfo Bioy Kasaresin kitabıdır. Hər iki kitabın mükəmməl tərcüməsində Mərkəzin köməyinə ehtiyacımız var”.

Tərcümə işinin təşkilində beynəlxalq təcrübənin öyrənilməsi məsələsinə gəlincə, səfir Argentinada tərcüməçilərin, seçdikləri spesifik sahələr üzrə xüsusi tərcüməçilik məktəbində təhsil alıb, müvafiq qeydiyyatdan keçəndən sonra tərcüməçilik fəaliyyəti ilə məşğul olduğunu, yalnız bundan sonra işə qəbul olunduğunu bildirdi.

Sonda səfir Mərkəzlə Argentinanın aidiyyatlı qurumları arasında sıx əlaqələrin yaranması, Argentina-Azərbaycan ədəbi-mədəni mübadilələrin qurulması istiqamətində Mərkəzlə sıx əməkdaşlıq edəcəklərini bildirdi.

Artpress.az

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.