Yazarlar Murad Köhnəqalanın yuxuları haqqında nə dedi?
13.03.15

Bu yaxınlarda “Qanun” Nəşrlər Evində tanınmış yazar Murad Köhnəqalanın “Yuxularım” hekayələr kitabı nəşr olunub. “Murad Köhnəqalanın yuxularının özəlliyi nədədir?”
“Artpress.az” yazarlar arasında sorğu keçirib: 













Cəlil Cavanşir:

– Murad Köhnəqala qeyri-adi istedada, güclü yaradıcı potensiala malik qələm adamıdır. Təəssüf ki, bu potensialı realizə etməkdə bəxti gətirməyib. Muradın bütün yaradıcılığını həvəslə izləyirəm. Neçə illərdir onun oxucusuyam. “Yuxularım” silsiləsini də maraqla oxumuşam. Düşünürəm ki, oxucular da bu kitabdan zövq alacaq. Ümid edirəm ki, tezliklə kitabı əldə edəcəm və mənim kitabxanamda “Yuxularım” öz yerini tutacaq.  







Ehtiram İlham:

– Murad Köhnəqalanın dəlisov istedadı heç vaxt sərhəd tanımayıb. Onun yazılarının bənzərsizliyi və orijinallığı da yəqin ki, burdan qaynaqlanır. Ümumiyyətlə, Murad Köhnəqala hər yazısında ağla gəlməyən elə yerlərə  toxunur, elə məqamlar tutur ki, istedadının bütün yönləri parlaqlığı ilə üzə çıxır. Onun “Bulud pinəçisi”, “Alma əhvalatı” kitablarını su kimi içmişəm. İndi çap olunan “Yuxularım” da xeyli maraqlı olacaq. Bunu o yazıları ayrı-ayrı vaxtlarda oxuyan hər kəs əminliklə deyə bilər. Çünki Murad o, yuxulardan bir ədəbi priyom kimi istifadə edərək öz düşüncələrini maraqlı və oxunaqlı tərzdə yaza, oxucuya çatdıra bilib. Mən səbirsizliklə ustadın kitabını görmək və onu kitabı ilə birgə bağrıma basmaq istəyirəm.



Mirmehdi Ağaoğlu:

– Kitabı hələ  görməsəm də, içindəkilərin çoxu ilə “Kulis.az” saytından tanışam. Muradın “Yuxularım”ı maraqlı layihə idi. O, bizim reallığın sadiq dostu, heç bir uydurmanı, təxəyyülü qəbul etməyən oxucunu yaratdığı sürreal məkanda ovsunlaya, orada saxlaya bilən yazıçıdır. 









Sevinc Elsevər:

– Muradın yuxularından təxminən bir-ikisini “Kulis”də oxumuşdum. Məndə maraqlı təəssürat oyatmışdılar. Sürrealist Luis Bunyuelin yuxularında olduğu kimi Muradın yuxuları da ilk baxışdan fantastik göründüyü qədər həm də gerçəkçi, realistdir. Yuxular özündə reallığı əks etdirir. Müasir insanın içində olduğu zaman və məkanın təsirindən doğan qorxularını, ümidsizliyini əks etdirən bu yuxularda həm də ironiya var. Murad həmişəki lağlağılığı, dəhşətli yumoru ilə yuxularının qəhrəmanını vəziyyətdən çıxarır. Necə ki, “Feysbuk”da Muradın böyük problemlərdən bəhs edən güldürən statuslarını oxuyuruq, bu yuxularda da əslində, hər birimizin qorxularını, gələcək qarşısında inamsızlığını və şübhələrini ələ salır, gülürük. Gülüş yüngüllük gətirir. Muradın yuxuları da adama yüngüllük gətirir.
Kitabını təbrik edəndə ona yazmışdım ki, “Yuxularını suya danışırsan”. Həmişə səhər yerimdən durub yuxu danışanda rəhmətlik nənəm belə deyərdi. Murad da “Yazmaq elə suya danışmaq kimidir” dedi. Arzu edirəm ki, Muradın da, bu kitabın oxucularının da yaxşı yuxuları çin çıxsın ancaq.



Fəxri Hacıbəy:

– Murad Köhnəqala heç kimə bənzəməyən, heç kimi təkrarlamayan, öz dəsti-xətti olan yazardır. Bir sözlə, ustad yazardır. Amma dağınıq, pərakəndə, toparlanmamış yazıçıdır. Muradı oxumaq üçün gərək şəxsi araşdırma aparıb, hansı yazısı haradadır, tapıb oxuyasan. Demək olar ki, bütün yaradıcılığını, bütün publisistikasını izləmişəm. Onu oxuyan, izləyən hər kəs onlarla yazının içində onun yazı stilini ayırd edib, tanıya bilər. Kitabla hələ tanış deyiləm, amma yəqin ki, oxuduğum hekayələrin toplusu olacaq. Demək ki, kitabı hələ oxumadan “oxumuşam”.








Zamin Hacı:
– Oxumamışam hələ. Amma üstündə Muradın adı varsa, şübhə yoxdur ki, yaxşı kitabdır.














Elnur Astanbəyli:

Murad Köhnəqala Azərbaycan ədəbiyyatının çağ adlamasında, yeni mərhələyə qədəm qoymasında, öz sözləri ilə desək, "buludlardan düşüb" YERə - gerçək həyatın içinə, insanların arasına qayıtmasında, çağdaş realizm dövrünə yaxınlaşmasında parlaq xidmətləri olan bir imzadır. O səbəbdən Muradın "Yuxuları" ilə hələlik tanış olmasam belə, bu yeni kitabının da böyük bir maraq oyadacağına inanıram. Muradın vaxtilə oxuduğum "Bulud pinəçisi"ndə, bir sıra hekayələrində özünəməxsus yumor (bəzən hətta ilk baxışda yüngül yumor!) diqqəti çəkir, amma bu "göz yaşları içində gülüş"dür. Düşündürücü, düşündürdükcə iztirab yaradan yumordur. Sarkazmı öldürücüdür. İroniyası amansızdır. Ağrılarla, yaşadığımız həyatın gerçək, boyasız üzünü açıb göstərən hadisələrlə, obrazlarla doludur. Ümid edirəm, içi mən qarışıq "Yuxular"ı oxuyan hər kəs bu kitabda da həqiqi Muradı görə, indiyədək tanımayanlar da əsl Muradı tanıya biləcəklər. 






Kənan Hacı:

– Murad Köhnəqala ədəbiyyatın müxtəlif janrlarında yazıb-yaradır. O, zamanın nəbzini tutmağı bacarır. Nə yazırsa, böyük marağa səbəb olur. Bu yuxular onun ironik üslubuna bir az başqa rəng qatıb. Hekayələrdə Muradın özünün daxili yaşantıları, ümidsizliyi, narahatlığı sürrealistik yuxu donuna bürünüb. Mən Muradın yazılarını, şeirlərini, hətta “Feysbuk” statuslarını daim izləyirəm və müsbət enerji alıram. Yeri gəlmişkən, onu da deyim, onun “Bulud pinəçisi” povesti müasir nəsrimizin ən maraqlı nümunələrindəndir. Yeni kitabını da təbrik edirəm və inanıram ki, Muradsevərlər bu kitabı da maraqla oxuyacaqlar.






Ayxan Ayvaz:

– Murad yaşayan klassikdir. Onun təkcə “Dərdalgin” şeiri müasir Azərbaycan poeziyasının ən mükəmməl nümunəsidir. Adam dahidir. Onun şeirləri saxtalıqdan, yalançı ahu-zardan, zırıldamaqdan, ağlamaqdan çox uzaq, real həyat detallarıdır. Muradın nəsri də öz intonasiyasındadır.  “Bulud pinəçisi” buna misaldir. O əsər nə vaxtsa öz layiqli qiymətini alacaq. “Yuxularım” kitabını da oxuyacam. Əgər müəllif Murad Köhnəqaladırsa, çox güman ki, bizi yepyeni, bənzərsiz bir nəsr gözləyir.




Səxavət Sahil:

– Azərbaycanın tanınmış yazarı Murad Köhnəqalanın bu kitabını mütləq oxuyacam. Onun bənzərsiz qələmi, hadisələrə özünəmxsus satirik baxışı var. Murad kimi bənzərsiz yazarların qədrini bilmək lazımdır. Belə talant asan yetişmir. 











Murad Köhnəqalanın bu kitabı “Yuxularım” adlansa da, müəllif təsvir olunan hadisələrin heç birini yuxuda görmədiyini deyir: "Mətnlərin  yazılışında yuxugörmədən, sadəcə, bədii forma kimi istifadə etmişəm. Tətbiq etdiyim metod sonsuz insan iztirablarını əhatəli təsvir etmək üçün mənə geniş imkan yaratdı. Hekayələri oxuyarkən, real və mistik dünyanın qorxunc hə­də­­­fində insan iradəsinin necə aciz olduğunu görə­cəksiniz".  

88 səhifəlik “Yuxularım” redaktoru Şəlalə Göytürk, qiyməti isə 4 AZN-dir.

Artpress.az

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.