Vahid Əziz - Bəs etmədi Nəsimini soyduğun?
13.03.15

AY ADAM!!!

Duyduqların, gördüklərin nəmənə,
Dərya ağlım, nə kəisrsən dünyadan?
Bir halda ki, nə sənədir, nə mənə -
Qarasına nə gəzirsən, ay adam?!

Göydən düşən alamların kalıydı,
Acı həyat o zamanlar balıydı!
Yığdıqların bu dünyanın malıydı,
Aparmağa tələsirsən, ay adam?!

Kotan sınmaz, torpaq çoxdan şumlanıb,
Şamlıq iplər o vaxtlardan mumlanıb,
Ağılsızlar təzə bilib şadlanıb;
Sən köhnədən nə bilirsən, ay adam?

Övladındı gözlərini oyduğun,
El-obandı yaman günə qoyduğun,
Bəs etmədi Nəsimini soyduğun?
Başım üstə nə əsirsən, ay adam?

Nəynən yusan axan qanlar silinmir,
Yer üzünə qalmaq üçün gəlinmir,
İndiyədək mənşəyimiz bilinmir;
Arsız-arsız nə gülürsən, ay adam?

Görmürsənmi - bir müqəddəs məkan var,
Get, agah ol, nə qədər ki, məqam var,
Daş cildində çinar boylu adamlar -
Çoxaldıqca kiçilirsən, ay adam!

Cavab vermir, səsləyirəm: "adamg", mən,
Hamıyamı özgəyəm mən, yadam mən?
Məhəbbətin şərabını dadan mən -
Bəlkə sən də içgilisən, ay adamg


İSTƏDİM ÖZÜMLƏ APARAM ONU...

Qaytara bilmədim dəli çovğunu -
pərtəm, gül yanında yaxşı düşmədi,
istədim özümlə aparam onu -
olmadı, çiçəyin yaşı düşmədi.

Buralar o vaxtdan hələ də qardı,
bəxtəvər yerlərdə bəlkə bahardı!
Ömrün payızına dözmək olardı,
amma ki, imanlı qışı düşmədi.

Sındım qızılgülə könül verəndə,
sevgim dəfn olundu yaşıl çəməndə,
bülbül izləri var ləçəklərində -
özgələr dərdimi başa düşmədi.

Könlümün harayı sərgərdan, səfil,
çoban tütəkləri ötməkdə dil-dil,
təkcə Məmməd ARAZ yanıqlı deyil;
çoxları zər tutdu, qoşa düşmədi.

Çiçək pıçıltıyla: "Nə qəmdi?" - dedi,
"Nə görkəm, nə qəhər, sitəmdi?" - dedi.
öpdüm, Vahid ƏZİZ, "Siftəmdi" - dedi,
sən bilən - başıma daşı düşmədi!?


YOLLAR HƏYATIMA: "BİTDİM" - DEMİRSƏ...

...əzəl yer üzünə cığırlar düşüb,
sonralar böyüyüb - yollara dönüb,
siftə bir-biriylə anlar bölüşüb,
dərdləşib, birləşib - aylara dönüb.

İnsanlar paylaşıb duzu-çörəyi,
ucalıb həyatda yol arayanlar,
dünya - kainatın çarpan ürəyi,
ürəyi yaşadan damardı yollar.

Hərdən könüllərə mehman getmişəm,
cığırlar dolaşıq, yollar daşlıdı,
bəzən gözləmişəm, bəzən küsmüşəm;
səslər eşitmişəm: "hayıf, yaşlıdı".

Çırpdı toxuduğum palaz-kilimi,
keçə döşəkcəmi altına saldı,
dünya - həyatımın Yetmiş ilini
"Sağ ol" - söyləmədən ömrümdən aldı!

Mən bura dolaşıb - gəzməkçün deyil,
əbədi qalmağın şərtiylə gəldim;
mənasız-məzmunsuz keçdi neçə il,
amma ki, yolumun yerini bildim.

Kövrəldim, çox oldu erkən sınanlar,
xeylisi buralı ola bilmədi,
cazibə qüvvəsi zəif olanlar
vaxtın orbitində qala bilmədi.

Hər biri bir yana varıb - getsə də,
mütləq - işıq yeri, od-ocağı var,
yollar həyatıma "Bitdim..." - demirsə,
olsun ki, başqa bir umacağı var...


OLAR...

Gördünmü sirkəni qab çatladanda? -
Şuluq eləyəni kasada olar,
Sənət belədi ki, söz meydanında
Pəhləvan da olar, kosa da olar.

Hər kəs vaqif olmaz haqqın səsinə,
Onunçün dövran da gedər tərsinə,
Dil də bağlı olar dil yeyəsinə -
Uzunu da olar, qısa da olar.

Çoxdandı yayınmaz heç nə gözümnən,
Müştəbeh sanmayın məni özümnən!
Ariflər yanında qorxma sözünnən -
Kamallı sözünü yozsa da olar.

Beynimin şəkli var içində qozun,
Sirriyəm arılar daşıyan tozun,
Təki məzar yerim Vətənim olsun -
Qəbrimi yabançı qazsa da olar!

Çaylar var azalıb, mənsə artmışam,
Min yol öldürüblər - kəfən yırtmışam,
Neçə canavara göz ağartmışam,
Quzular dərədə gəzsə də olar.

Gözüm yox qürbətdə, özgə malında,
Gəzmərəm kölgədə, yad amalında,
Bu Vahid ƏZİZə, Vətən yolunda,
Göydə qartal kimi süzsə də olar...


MİSİMİ SATARDIM QIZIL YERİNƏ...

Solan bağ-bağçanın nə yaraşığı
Payız aylarında yağmur olmasa,
Küsən könüllərin yox barışığı
Sevən taleyində uğur olmasa.

Göylərdə qaraltək süzə bilərdim,
dünyanı ümidsiz gəzə bilərdim,
dağların yükünə dözə bilərdim
başım bədənimdən ağır olmasa.

Nədən ocağımın yandırır közü?
Yer oldu haqqın da keçmədi sözü,
bilirəm, haçansa çıxacaq gözü
Tanrı yetim qoyan fağır olmasa.

Gülüm, bəd yuxumun yozul yerinə,
qəlbdəki arzumsan; yazıl yerinə,
misimi satardım qızıl yerinə -
üstündə göyərən paxır olmasa.

Əhsən o bülbülə qəfəsi yoxdu,
can var yanmağa həvəsi yoxdu,
vallah, üzümlərin əvəzi yoxdu
sonu dava salan çaxır olmasa...


KÜÇƏDƏ...

Baxıb gülər qoşa gedən cavanlar,
Dan sökülür, qurtarmaqda gecə də,
Ay yuxusu eşqə qurban olanlar,
Yata bilsəm nə işim var küçədə?

Neynəmişəm, hər addımım söz olur?
Deyilənlər ara-sıra düz olur!
Axı, niyə hamı mənə göz olur -
Gör, nə qədər gəzişən var küçədə?

Bu, əzəlki "Torqovunun" yoludu,
Hər qarışı xatirələr doludu,
Elə bil ki, qaratikan koludu -
Gözəllərə ilişən var küçədə!

Kövrələrəm xoş nəzərlər duyanda,
Xəyalımda çiynimə baş qoyanda,
Təbəssümüm evə işıq yayanda
Soruşarlar: "Girişən var küçədə?!"

Kaş ki, hələ ömür sürə biləydim,
Öz boorcumu Yurda verə biləydim,
Hamımızı xürrəm görə biləydim,
Eh..., o qədər pərişan var küçədə.

Gözüm qaldı - yaraşıqlı boy gedir,
Arxasınca baxışlardan çay gedir,
Desinlər ki: ""Gül bayramı", toy gedir",
Deməsinlər: "Savaşan var küçədə..."


TƏLİMLƏR KEÇƏCƏM CANAVARLARA...

Yazıq, buraların yırtıcıları,
Güllə neçəsinin köksünə dəydi!
Bizim obaların canavarları
Kaş ki, bir balaca əhliləşəydi!

Bizim çobanlar da xeyli günahkar -
Onlara qurdların işi düşməyib?!
Qoyunla anlaşıb, iti qananlar
Cəsur canavarla isinişməyib.

Kaş ki, bir balaca bic tərpənəydi;
Çaqqal da o sayaq, tülkü də o cür -
Onda, adamlara yatmaq nəyidi
Torpağı zəbt olmuş ölkədə o cür!

Dərdimiz nəyidi dil tapa bilsək -
Hər yerdən sürünər bizim ilanlar,
Əgər ki, düşməni tanıda bilsək,
Yalquzaq od kimi partizan olar!
Öyrətsək - yolunu salar dağlara,
Canavar elə bil quş olub gedər,
İnanın, partizan canavarlara
Bütün yırtıcılar qoşulub gedər!

Haçansa silahlar dinənə kimi
Bu qurd o qurdlardan qisas alardı,
Gəmirib Şuşada dirəklərini,
Düşmən bayrağını yerə salardı!

Meşələr şahından dəstək alacam,
Təlimlər keçəcəm özüm onlara,
Nəğmələr yaradıb heykəl quracam
Məhv olmuş partizan canavarlara...


DAŞLAR ŞAQQILDAYIR, ZƏRLƏR ATILIR...

...Tanıya bilmədim köhnə çayçını,
Siqaret tüstüsü duman yaradıb,
Burda gələcəyin çıxacaq canı -
Kim oyun qurubsa, yaman yaradıb!

Bu darlıq nə cürə yığıb milləti,
İnsanlar başını, gör harda qatvr?
Nə Vətən söhbəti, nə el qeybəti;
Hamı bir-birinə atmaca atır.

Siqaret tüstüsü - quduz canavar,
Qəzetə baxılar elan yerinnən,
Söhbətlər, filanlar alverdən olar,
Ya da "Sovetskinin" sökülməyinnən.

Bu cür kim tanıtdı haqqın yolunu?
Hər adam bir cürə qumar oynayar -
Kimi falçılara tökər pulunu,
Kimisi bəxtini zərlə sınayar.

Yox-yox, bu çayxana adi yer deyil -
Burda zər tutanlar döyüşləri var,
Kimlərsə məxsusi yazıb elə bil -
Nərdin öz mədəni "söyüşləri" var.

Həm də ki, məzəli deyilişləri;
Atalar sözləri yada salınar,
Bəzən uduzana ilişənləri
Çırparlar, şapalaq altda salınar.

Mən də ara-sıra bu çayxanaya
Gələrəm tarixdən, dildən danışam,
Bu "xına bənzəmir köhnə xınaya" -
Eşidən olmayıb, çox bağırmışam!

Burada zəkalı söz deyə bilmir,
Çayçı divarları nəynən bəzəsin?
Çayxana Bakıya bənzəyə bilmir,
Qorxuram Bakımız ona bənzəsin...

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.