Araz Gündüz - Nədən, Stiven Kinqi qarşılayan yoxdur?
18.03.15

Böyük ad-san qazanan, kitablarının satış sayı milyonlarla ölçülən amerikalı yazıçı Stiven Kinq özü öz axsaq ayaqları ilə (15 il öncə, yol qırağı ilə gəzinən yazıçını maşın vuran gündən o, ayaqlarını çəkir!) Bakıya gəlib çıxıb! Ancaq, yazıqlar olsun, onu qarşılamağa bir kimsə də çıxmayıb! Şaşırmayın, biraz dözümlü olub yazımın ardını oxuyun, onda nədən belə dediyimi də biləcəksiniz...

Söz var deyərlər, “sənə elə bir gizlinimi açacağam, bunu heç qardaş-qardaşa ürək qızdırıb deməz”. Kazım Səlimovun çevirməsində Stiven Kinqin “Yazı sənəti” kitabını oxuyanda bu deyimi xatırladım. (Stiven Kinq Yazı sənəti. “Elm-təhsil” nəşriyyatı, Bakı-1915) Nə demək istədiyimin biraz da yaxşı anlaşılması üçün sizlərə bir olayı da danışım: “XX yüzilliyin başlanğıcında Bakıda, yanılmıramsa, Hacı Fərəc adında çox usta bir tarçalan olub, bu adam öz sənətini öyrətməkdə çox qısqanc birisi imiş, deyilənə görə, el yığıncaqlarında, “barmaqlarını oğurlamasınlar” deyə, üzü divara oturub çalarmış”. Sənətdə qısqanclığın və gözügötürməzliyin ən parlaq örnəklərindən biri kimi, Motsart-Salyeri qarşıdurmasını da eşitmiş olarsınız. Sözüm kiminsə könlünə toxunmasın, ancaq bu dediyim örnəklərlə sizə nəyi aşılamaq istədiyimi yuxarıda adını çəkdiyim kitabı oxumadan yetərincə anlaya bilməyəcəksiniz. Doğrudan da, təkdənbir yaradıcı insan Stiven Kinqin bu kitabda elədiyi kimi: ürəyiaçıqlıqla, yorulmaq nə olduğunu bilmədən, bezib-usanmadan, yaradıcılığın gizlinlərini, bu işin incəliklərini belə danışa bilər və məncə, çoxlarının belə gizlinlərini qırxqıfıl arxasında qoruyub saxladıqları, necə deyərlər, “pambığı sandıqda gizlətdikləri” yerdə, “ürəyini süfrə kimi açıb” oxucunu belə gen-bol qonaqlamaq, bu yaradıcı insanın mənəvi baxımdan çox yüksəklərdə dayandığından da soraq verməkdədir.

Böyük İngilis riyaziyyatçısı və filosofu Bertran Rasselin belə bir deyimi vardır: “Biz məktəblərin daha yüksək təhsil verməsinə çalışa və bu yolda böyük uğurlar qazana bilərik, ancaq ha çalışsaq da, Eynşteynlər yetirə biləcək məktəblər yarada bilmərik”. Deməyim odur, Stiven Kinqin “Yazı sənəti” kitabını oxuyub öyrənən hər bir kəsin yazıçı ola biləcəyinə inanmaq bayağılığa qapılmaq olardı. Ancaq, istər yaradıcılıq vergisi olan insanların, istərsə də duyğulu oxucuların, bu kitabdan oxuyub-öyrənə biləcəyi çox nəsnələr vardır. Ən başlıcası, bu yaradıcı insan–əsərlərinin çapolunma sayı milyonlarla ölçülən bir yazıçı olaraq,–sizi özünə qoşulmağa çağırır, özünü sizdən yuxarı tutmur, hər birinizin söz demək, sözdən nəsə qurub yaratmaq bacarığınızın olduğunu açıqlayır, sizi buna inandırmağa çalışır. Soruşa bilərsiniz: bu Stiven Kinqin işi-gücümü qurtarıb, yoxsa ağlımı çaşıb belə, “açıb sandığı, töküb pambığı” ortaya? Yox, bir də yox! Bu kişi özünə yoldaş axtarır (cəhənnəmə yox!), yaxşı yazıçılığın və yaxşı oxuculuğun yaşamasını istəyir, ədəbiyyat adlı ortamın genişlənməsini və onun insanlığın qulluğunda biraz da yaxşı dayana bilməsini istəyir. Özü də, Stiven Kinqin burada yazı sənəti ilə bağlı ortaya qoyduğu meyarlar sizi qrafoman olmaqdan da çəkindirir: ya ürəyinin, intellektinin səsinə qulaq asıb dəyərli nəsə yazacaqsan, ya da susacaqsan, ancaq hər bir halda, istər ürəyində saxladığın, istərsə də publikaya çatdırdığın sözlərində özün olacaqsan, qondarmaçılıqdan, özünü uydurmaqdan, şişirdib gözə soxmaqdan uzaq duracaqsan, yəni yazmağı bacarmasan da, onun nə demək olduğunu öyrənəcəksən, ən azından, yaxşı bir oxucu ola biləcəksən!

Bildiyimə görə, Kazım müəllim 30 ildən çoxdur, ingilis dilində danışır, oxuyub-yazır və uzun illər boyunca, ingilisdilli ortamda işləmiş, ingilis dilli insanlarla canlı ünsiyyətdə olmuşdur. Üstəlik, ana dili ilə bağlı gözəl dil duyumu olan, Azərbaycan və Dünya ədəbiyyatının sanballı əsərləri ilə tanış olan bir aydınımızdır. Bütün bunlara görə də, onun “Yazı sənəti” kitabını anadilli oxucularımıza çatdırmaq seçiminin yerində olduğunu düşünürəm, yəni o bacardığı bir işin qulpundan yapışmışdır, üstəlik–bunu isə kitabı oxuduğuma görə deyirəm–bu kitabın çevirməsi, məncə, uğurlu alınmışdır. Düzdür, Kazım müəllimin bu çevirməsində yanlışlıqlar da axtarıb tapmaq olar, ancaq mənə elə gəlir, onların “xüsusi çəkisi” görülən işi korlamayacaq qədər azdır.  

Ancaq düz deyirlərmiş, sən saydığını say, gör hələ fələk nə sayır. Bu yaxınlarda Kazım müəllimlə FB-də danışarkən kitabın necə yayılması ilə maraqlandım və soruşmağıma peşman oldum, sən demə, belə bir dəyərli kitab satılmır, onu dükanlarının rəflərində toz basır. Bu anda istər istəməz şüuraltımızda qalmış, sovet dönəminin qalıqlarına bürünmüş bir narahatlıq  baş qaldırıb soruşur: Bəs əlaqədar təşkilatlar hara baxır? A kişilər, sizlər demirdinizmi, yad dillərdən ana dilimizə birbaşa çevirə bilən dilmanclarımız çatışmır? Budur, baxın, birisi, heç bir qazanc güdmədən, umacaqsız, belə gözəl bir kitabı dilimizə çevirib, öz cibinin pulu ilə çap elətdiribdir, yoxsa, düşünürsünüz, borca girib çap elətdirdiyi bu kitabı gətirib sizlərə pulsuz bağışlamalıdır da?” Bu umu-küsünün yersiz olduğunu bilirəm və hansı toplumda yaşadığımız da mənə çoxdan bəllidir. Ancaq, öz aramızdır, günlərin birində belə dəyərli işlərin qayğısına qalacaq hakimiyyətin olduğu toplumda yaşamaq da pis olmazdı a! Nə isə, Atalar demiş, “dövlətə umud olan kitabsız qalar”...

Stiven Kinqi oxumazdan öncə, Vikipedini açıb onunla bağlı birazda geniş bilgi almaq istədim. Vikipedinin rusca variantında onun ömür yolu ilə bağlı geniş oxudum və bu yazıçının rusca çap olunan kitabları ilə maraqlandım, nə gizlədim, Stiven Kinqin rusca nəşr olunan əsərlərini sayıb qurtara bilmədim.  Sonra türkcə Vikipediyə üz tutdum, burada da yazıçının sayı onlarla ölçülən kitablarının yayınlandığını öyrəndim. Sonda Azərbaycan-türk dilindəki Vikipedidə ruscadan götürüldüyü bilinən qısa bir bilgi olduğunu gördüm və... ədəbiyyat göstəricisində Stiven Kinqin rusca çap olunan əsərlərinə keçid qoyulduğunu görüb bərk utandım!!!..
Son olaraq bir söz də deyim, Stiven Kinqin bu kitabı seçkin(elitar) oxucular üçündür və siz özünüzü bu sıradan olan birisi sayırsınızsa, onda bu kitabı axtarın. Bu kitabı tapanda isə, orada öz sorularınızın cavablarını axtarın. Axtaran tapar deyiblər...

15 mart 2015-ci il

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.