Hədiyyə Şəfaqət - Güzgülərə əksi düşməyən adamlarıq təklikdə
29.03.15

Artpress.az yazar Hədiyyə Şəfaqətin yeni şeirlərini təqdim edir.















YEDDİ  ŞEİR



 -1-

...Yadındamı qağayılar?
Dənizin çirkli, lək                         
əli sularında yem axtarırdılar
Uçuşurdular qıy çəkərək
Və hər dəfəsində səksənib gülürdüm uşaq kimi
Və deyib dururdum ki, çörək,
Qağayılara çörək gətirməliydim...
...Dənizlər qağayısız
Sevəni olmayan qadın kimidir
Sevəni olmayan qadınlar
Qağayısız dəniz kimi...
Bilmirəm,
Hansı daha kədərlidir?...
 

-2-

Sular
Göylərin gözündən süzülüb dolur
Çölün ovuclarına
Külək
Sehrli barmaqlarını toxundurur
Ağacların
Budaq-budaq tellərinə
Torpaq
Nəfəsini dərir
Uzuuun bir yuxudan ayılıb
Otlar
Çimir
Xırda-xırda işıldayan gün işığında...
...Mən
Eləcə həyata gülümsəyirəm
Baharın
Bircə addımlığında...
Və,
Bir qızılğül   kolu  
Anamın məzarı üstündə  
Bir dəstə çiçək-
Atamın baş daşına yaxın
Evimiz
Küskün
Kədərini gizlərkən....
Və alma ağacları
Baxçamızda-
Apreli gözlərkən...
...Dostum,
Novruzgüllərinin
Ətri  Səsləyib gətirib
Məni yenə buralara...
Yağışlar   sevgi-sevgi
Xatirə     yağdırır
Bahara...


-3-

Hər ayrılığın sonrası
Özündən ağır səsdir
Özündən ağır qoxudur
Bir dəstə nərgiz çiçəyidir
Oyanasan ki, səhər
O da soluxub...
Sən heç
Ayrıldıqdan sonra
Uzaqlara yollanan adamın nəfəsini
İkəlli axtardınmı?
Sükut
Pəncərənin o üzündən əlini uzatdımı dənizə sarı,

Sən
Gecə qaranlığında
Ay işığında oynayan sularda təsəlli axtardınmı?
Bəzən...
Anladığından dərin sevgilər yaşayır insan
Və heyrət!
Və bəzən
Ayrılıq anındaca
Yol başlayır görüşlərə
Olmayan zaman içində...
Heç bir yerə gedilmədən...
Bilirsən,
Biz
Güzgülərə əksi düşməyən adamlarıq təklikdə
Və eşidilməyən...
Müqəddəs ruhlar kimi
Gah o,
Gah bu bədəndə var olaraq dolaşırıq...
Amma yoxuq
Əslində...


 -4-

Ağac-ağac qanadlanıb çöl
Üfüqə sarı...
Üfüq yoxdur...
Başını qaldırıb göylərə yalvarır-
Qovuşdur-deyir-məni sevdiyimə...
Göylər neyləsin?
Gözlərinin yaşı
Bənövşə-bənövşə damlalanıb
Kiprik-kiprik kolların arasında
Çolün...
Sinəsindən keçib gedən
Qan damarlarıdır cığırlar
Ürəyi hanı bəs?-
-Üfüqün arxasında...
Üfüq...   yoxdur...


-5-

Durna çıraqları varmış ha, dostum
Sonuncusunu nə zaman söndürdülər?...
Durna  yollarını  itirdilər
Durnaları    öldürdülər...
...Xoşbəxtlik deyilən şey
Heç  də  həmişə  uzaqda  deyil deyil
Bir küçə o üzdə də çırpınarmış qəlbimizin içində
Yağışlar üşüdərmiş adətən
Yağarkən kədərli tənhalığın
Ağaclarına...
Və payız yarpaqları düşməliymiş mövsümündə
Küləklərin əlinə
Ki
Yaz gələrkən
Bozarmış halıyla yaşıllıqlardan utanmasın
Və ağrımasın
Torpağa qarşmamağına...
...Durna çıraqları vardı ha, Dostum...
Yandıra bilmədim
Sənsizliyə...
Bir ümüd...
Sadəcə ümüd...


-6-

...Bu yer
Bu qədər niyə darıxır?
Küçələri kimi gözləmədə,
Niyə səkiləri ayaq səslərini   udmada,
Niyə örtülüb qapıları adamlara
Boşluğa açılıb?
Niyə ağacları yaşıllaşmır bu yerin,
Nə olub,
Nəyini itirib,
Kimini qaçırıb
Bu yer...
Tanrılar
Biri gəlib, biri gedib
Atıblarmı bu yeri?
Yağışlar islatdıqca yuyulub gedir xatirələr,
Və  bir də evlər söküldükcə...
Bir də qarılar son yuxularını gördükcə...
Son sevgililəri dünən dəfn etmiş kimi yaslıdır,
Günəş susdurulub
Hüzr yerinin qonşuluğundakı musiqi kimi
Və hamı
Qara libaslıdır...
Dizlərini yerə qoyub
"Mən təslim!"-deyirmişcəsizə məğlub görünür
Dar küçələrin
Bir tərəfində
Min illik əl yaddaşını qoruyan hasarlarda
Qorxulu kölgələr sürünür...
Nəfəsini
İçinə çəkib gizlənib dar dalanlarda
Qorxub...
Koruxub  bu  yer,
Yaman koruxub...


-7-

..Baharın son günlərindən biri
Axşamdan gecəyə gedərkən
Qarşılaşdıq...
Gecikmiş bir görüşdü
Bir neçə saat...
Sən
"Hər şey ən gözəl olacağı zamanda olar"-dedin sonrasında
Və mən inandım bunun ancaq belə ola biləcəyinə...
Mən gözüm qarşıya zillənmiş
Heç  nəyi    umursamadığım halımla,
Sən baxaraq, gülümsəyərək kənardan mənə
Və olanların gerçəyinə...
Gözləyirmişik,
Mən səni,
Sən mənim səni görməyimi
İki addım sol tərəfimdə...
...Baharın son günlərindən biri
Axşam gecəyə gedərkən...
Gözəl görünürəmmiş, belə dedin,
Dalarkən
Tanrının
Və sənin gələcəyinə...
...Və mən inandım bunun ancaq belə ola biləcəyinə...

Yenililklər
03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.