Arif Acaloğlu: "Ədəbi tənqidin nüfuzu sarsılıb"
06.04.15

Ədəbi tənqidçi Arif Acaloğlu: “Hansı mövzu ədəbiyyat mövzusudur, hansı deyil, bunu bilməyən xeyli “yazı-pozu əhli” var”.

Arif Acaloğlu Türkiyədə yaşayan azərbaycanlı ziyalı, Yedditəpə Universitetinin dosenti, dəyərli söz adamıdır. Türkiyənin müxtəlif universitetlərində çalışıb, bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Arif bəylə “XXXIII İstanbul Kitab Fuarı”nda tanış oldum, dərin və elmi fikirləri hələ də yaddaşımdadır. Arif bəylə söhbətimizi təqdim edirəm...


–Arif bəy, Türkiyədə Azərbaycan ədəbiyyatına maraq nə səviyyədədir?

– Burda bizim ədəbiyyata maraq böyükdür və uzun illərdən bəridir ki, bu maraq öz aktuallığını saxlamaqdadır. Azərbaycan ədəbi nümunələri son yüz ildə bəzən mütəmadi şəkildə, bəzən də fasilələrlə Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Lakin son 20-25 ildə bu tərcümə prosesi intensiv şəkildə davam edir. Azərbaycan ədəbiyyatı nümunələri Türkiyədə bir neçə səbəbdən tərcümə edilir. Bəziləri həqiqətən dəyərli əsərlərdi, məşhur nümunələrdi, bəziləri tərcüməçinin zövqünə uyğun, tərcüməsini arzuladığı müəlliflərdi, bəzilərinin də mahiyyətində şəxsi maraqlar, tanışlıq, dost təəssübkeşliyi dayanır.
Necə ki, bir zamanlar Bakıda Cənubi Azərbaycandan göndərilən bütün əsərlər çap edilirdi, qardaş xalqlarıq deyə, bəzən heç əsərlərin keyfiyyətinə də fikir vermirdik. İndi həmin vəziyyət Azərbaycan ədəbiyyatına münasibətdə də davam edir, qardaş xalqlarıq deyə, nə gəldi çap edirik. Türkiyədə müxtəlif tədbirlərdə, konfranslarda iştirak edən şair və yazıçıların əlaqədə olduqları nəşriyyatlar, fondlar var. Onlar öz əlaqələri ilə, bilmədən nüfuzsuz nəşriyyatlara yol tapırlar, ona görə də tərcümə edilən əsərlər normal oxucu auditoriyalarına yol tapa bilmir. İlk vaxtlar daha çox Bəxtiyar Vahabzadənin əsərləri tərcümə edilirdi və bu daha çox Anadolu türklərinin öz təşəbbüsü ilə olurdu. Bu gün isə seçim düşünülmədən aparılır. 
Təəssüf ki, bu gün tərcümə işi sistemli deyil. Bəzi çox gözəl əsərlərin təbliğatı aparılmır. Azərbaycanlı müəlliflərin maraqlı əsərləri var, ancaq onlar təbliğ olunmur. Bəzən elə əsərlər tərcümə olunur ki, oxucu oxuyur və bu əsərin Azərbaycanlı müəllifə məxsus olduğunu belə bilmir. Belə kitablarda səhih bioqrafik məlumatlar göstərilmir, ya da çox qısa olur, yazıçı haqqında tam fikir formalaşdırmayan məlumat verilir.


– Hamı “-malı,, məli” ilə danışır, tərcümə olunmalıdır, yayılmalıdır və s. Amma heç kim demir ki, bunları hansı yolla aradan qaldırmaq lazımdır. Niyə bu işlər normal şəkildə həyata keçirilmir, hansı nəşriyyatlarla işləmək lazımdı.

– Yolu tapmaq asandır, yolu nişan verməzdən əvvəl o yola çıxmamğımızın səbəblərini açıqlamalıyıq, niyəsini bilməliyik. 
Azərbaycanda bu gün az qala heç bir yazıçı haqqında tənqidi fikir bildirmək olmur, amma bir çox əsərlər həqiqətən üzə çıxarılası səviyyədə deyil. Bu gün Azərbaycanda çap olunan hər 100 əsərdən 70-i yandırılmalı, ya da zibilliyə tullanmalıdır. Çağdaş ədəbiyyatımızı təbliğini, tanınmasını istəyirik, amma nəyi, hansı əsəri? Bunları dəqiq bilmirik.
Nə qədər mübahisə doğursa da son dövrlər maraqlı bir məqam diqqətimi çəkdi, aylar öncə kulis.az saytında Azərbaycan ədəbiyyatının 10 ən populyar romanı seçildi. Məntiqə görə biz bu 10 əsəri gərək indiyəcən tərcümə etməliydik. Amma mən bu məqamda tərəddüd elədim. Məsələn, həmin əsərlərdən “Yanar ürək” tərcümə olunsa, türk oxucusu ondan heç nə anlamayacaq. Roman kolxozdakı bir ixtilafdan bəhs edir və bu rus oxucusuna daha maraqlı olacaq, nəinki türk oxucusuna. 
İsa Muğannanın “Dan ulduzu” adında bir romanı vardı, sonralar həmin əsərdən imtina etdi. Əsərin ideyasından bu hasil olur ki, Sovet cəmiyyəti konfliktsizdi, heç bir problemdən söhbət gedə bilməz. Bu romanda gör mübahisə nəyin üstündə qurulmuşdu: yaylağa çıxaq, çıxmayaq? 
Məsələn, Mirzə İbrahimovun “Böyük dayaq” romanını tərcümə eləsək, burda heç kimə maraqlı olmayacaq. Amma roman özlüyündə çox maraqlıdır. 
Digər bir misal: Markesin romanları özü özünü təqdim eliyə bilir. Anlaşılmayan bir neçə silah və təam adları ola bilər, amma əsərləri ümumi dəyərlərdən bəhs eləyir. Tutalım, Səməd Vurğunun “Muğan” poemasını uyğunlaşdırdıq türk dilinə. Kimə maraqlı olacaq? Əgər Səməd Vurğunu sevdirmək istəyiriksə, onda onun altı cildliyindən türk oxucusuna həqiqətən təsir edəcək gözəl nümunələrini seçib tərcümə etdirməliyik. Yox əgər təki tərcümə edək deyə quş qoymaq istəyiriksə, bu tamam başqa məsələ. 
Digər bir problemli məsələ peşəkar tərcüməçilər tapmaqdı. Bədii tərcümə etməkçün dil bilgilərinə yiyələnmək yetərli deyil. Baxın, Bakıda nə qədər rus dilini bilən var, onların hamısı tərcümə ilə məşğul ola bilərmi? Amma türk dili nədənsə, hamıya asan görünür. Bakıda nə qədər bürolar fəaliyyət göstərir, müvafiq ticari müqavilə və sənədlər tərcümə edilir. Bədii tərcümə onların işi deyil. Bu sənətdir! Təəssüf ki, biz sənətə sənət gözüylə baxa bilmirik.


– Ümumiyyətlə, elə tərcümələr var ki, nə Azərbaycancan, nə də Anadolu türkcəsindədi, hansı dildə olduğu bəlli deyil.


– Bu cür tərcümələrin geniş yayılması bəzən naşirlərin peşəkar tərcüməçiyə çox pul verəməmək istəyindən irəli gəlir. Belə olanda ortaya çıxan qeyri-peşəkar tərcümələr də göz qabağındadır. Digər bir səbəb də, sırf xoş niyyətdən irəli gəlir. Burda çoxlu birgə çalışan təşkilatlar fəaliyyət göstərir. İstanbul-Azərbaycan dostluq dərnəyi, Türkiyə-Azərbaycan Dərnəyinin İstanbul, Ankara, Mərmərə şöbələri – bütövlükdə Türkiyədə 50 dərnək fəaliyyət göstərir. Onların hər biri, təbii ki, çalışır ortaya nəsə qoysun. Onlar Azərbaycanı sevdiklərini izhar etməkçün müəyyən işlər görürlər. Məsələn, bu yaxında Türkiyədə universitetlərdən birində dərs deyən bir cavan oğlan tədbirlərin birində xahiş etdi ki, Məhsəti haqqında bir kitab tərcümə edib, onu redaktə edim. Niyə məhz bu əsər seçdiyini soruşdum, cavab verdi ki, istədim Anadolu türkləri də belə qüdrətli qadın şairlərimiz olduğunu bilsinlər. Dedim e-mail vasitəsi ilə bir neçə səhifəsini göndərin baxım, elə oldu ki, işlə bağlı bir müddət onun e-mailinə cavab yaza bilmədim. Sən demə, bu gənc beynəlxalq siyasət sahəsində mütəxəssis imiş. Deməli, hər tərcümə edən adam bir ədəbiyyatçı tapıb çevrisini ona təqdim etməlidir, əks halda kitablar bərbad gündə çap ediləcək. 
Dillərin yaxın olduğunu bəzən hərfi mənada başa düşürlər. “X” hərfini götürüb “h”, ya da “k” hərfi ilə əvəzləmək tərcümə etmək demək deyil. Tərcümə edirsənsə, gərək hər iki dili biləsən. Rus dilinin mahir bilicisi belə olsan, Azərbaycan dilində cümlə qura bilmirsənsə, tərcümə edə bilməyəcəksən. 
O ki qaldı naşirlərin fəaliyyətinə, indiyəcən çoxlu işlər görülüb, bu qədər kitab nəşr olunub, amma Türkiyəni fəth edən Azərbaycanlı fenomen hələ yoxdur. Azərbaycanlı şair var ki, kitabları Türkiyədə 1000 tirajla çap olunur, amma 900 tirajını Azərbaycana, özünə göndərirlər ki, orda paylasın. Təki o da qürrələnsin ki, Türkiyədə kitabı çıxıb.
Nəşriyyatlar arasında da ayrıseçkilik eləmək lazım deyil, ay filan nəşriyyat Azərbaycana yaxındı, filan nəşriyyat uzaqdı. Təbii ki, yanlış təbliğatlara uymuş nəşr evlərindən uzaq durmaq lazımdır, amma kitab həm də ticari işdir və onun nəticəsinin necə olacağı həmişə bu işə münasibətdən asılıdır. Türkiyədə önəmli rolu yayın evinin reputasiyası oynayır. Məsələn, fikir verirəm, “İletişim” nəşriyyatının tərcümələri digərlərinə nisbətən daha keyfiyyətlidir. O nəşriyyat həm ticari olaraq pulunu qazanır, həm də bu pulu alın təri ilə qazanır. Amma nəşriyyat da vardı ki, yarandıqdan 1 il sonra dünya ədəbiyyatından elədiyi 150 cild kitabla fuara qatıldı. Bir ilə bu qədər keyfiyyətli kitab tərcümə və çap etmək qeyri-mümkündür. Belə başdangetdi işlər görən nəşriyyatlar da var. Belə nəşriyyatlar təbii ki, hər azərbaycanlı müəllifin kitabının nəşr olunmaq təklifini asanlıqla qəbul edəcəklər, amma məhz o nəşriyyatda çap olunub deyə bir çox oxucular həmin kitabı almayacaq. Əgər Azərbaycan kitablarının Türkiyədə oxunmasını həqiqətən istəyiriksə, onda işi ilə nümunə olan bir neçə nəşriyyatla birgə işləməliyik. 
Nəşriyyatın hansı profildə olmasını da mütləq bilməliyik. Məsələn, elə nəşriyyatlar var ki, qərb ədəbiyyatı yönümlüdür, eləsi də var yalnız şeir çap edir. Asiya xalqlarının ədəbi nümunələrinə daha çox yer verən nəşr evi də var. Bunları da nəzərə almaq lazımdır. Mirzə Fətəli Axundovun “Kəmalüdövlə məktubları” kitabını “Ötükən” nəşriyatına versən, onu heç vaxt çap etməyəcək, çünki çox mühafizəkar nəşriyyatdır və həmin əsərdə də din əleyhinə yazılmış xeyli mətləblərdən söz açılır.


– Bəzən deyirlər ki, Azərbaycanda bəşəri nümunələr yaranmır deyə dünyada da tanınmır. Siz necə düşünürsünüz?


– Mən belə düşünmürəm. Bizim də elə yazıçılarımız var ki, onların əsərləri Türkiyə oxucusuna maraqlı gələcək məqamlarla zəngindir.
Sovet dövrünün özündə belə, elə əsərlər var ki, o dövrün zehniyyəti ilə uyğun gəlmir və daha böyük zaman dairəsinin ədəbiyyatı sayılacaq gücdədir. Son dövrlərdə Türkiyədə Qarabağ həqiqətləri ilə bağlı kitablar daha aktualdır. Normal bədii nümunələrimizi tanıtmaqdansa biz daha çox zəif əsərlərin təbliğiylə məşğuluq, ona görə də kənardan elə görünür ki, Azərbaycan ədəbiyyatı zəifdir.


– Azərbaycan ədəbi tənqidi barədə fikirlərinizi öyrənmək istərdim.

– Azərbaycan ədəbi tənqidi çox tendensiyalı və subyektivdir. Bizdə tənqidi yazılar Sovet dövründəki funksiyaları daha qaranlıq şəkildə özündə daşıyır. Məsələn, belə bir fikir formalaşıb ki, filan tənqidçi bu əsərsə pis deyirsə, deməli bu əsər pisdir, yaxşı deyirsə, yaxşıdır. Bəzən də əks effekt verir, tənqidçi haqqında fikir söylədiyi əsər oxunmur. Bu məqamlar göstərir ki, Azərbaycanda ədəbi tənqidin nüfuzu sarsılıb.
Bir bəlamız da mövzu seçimidir. Bir nəfər Nizaminin əsərlərində kimya məsələləri deyə bir elmi məqalə yazmışdı. Bəlkə bu kimyaçılara maraqlı olar, amma bu ədəbiyyat deyil. Bizdə hələ hansı mövzu ədəbiyyat mövzusudur, hansı deyil, bunu bilməyən xeyli “yazı-pozu əhli” var. 
Hərdən saytları, yazıları izləyəndə özümə sual edirəm, görəsən nə vaxtacan bizdə “Filan yazıçının əsərlərində humanist motivlər”, “filan yazıçının əsərlərində filan dünya görüşünün təzahürü” bu tipli məqalələr, elmi işlər, təhlil yazılar, cəfəngiyyatlar yazılacaq? 

/Fərid Hüseyn, Kaspi.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.