Aqşin Yenisey - Kir eşən Leyli və Məcnun

08.04.15

İkinci Dünya müharibəsinin əlli altı milyonluq insan itkisi ilə başa çatması həm də siyasi hakimiyyətin şəxsiyyət fenomeni üzərində qurulması antik tendensiyasının taxtdan yatağa, tarixdən memuara düşməsi ilə nəticələndi. Siyasi şəxsiyyət anlayışı qısa müddətdə tarixin arxaik, publisistikanın aktual mövzusuna çevirildi və müharbənin taleyini həll edən dörd müəllifin arasında bütün siyasi gedişlərin məqamını əsl ingilis institnkti ilə hamıdan qabaq hiss edən Çörçüll yeni tarixi dövrün başlandığını da hamıdan öncə sezdi, müharibənin yaraları sağalmağa macal tapmamış müharibə xatirələrindən yazdığı altı cildlik memuarı ilə ədəbi dünyada da “tankların atası” ləqəbini və Nobel mükafatını qazandı.

Dünyanın siyasi hakimiyyət piramidasında pul bir dollarlıq ABŞ əskinasının möhüründəki gözün yerinə ucaldıldı, siyasi xarakter isə bu gözü çiyinlərində saxlayan kəsik üçbucağın içinə yerləşdirildi. Kapitalizm dini öz allahını hakimiyyətə gətirdi. Köhnə dünyanın idealları yeni dünyanın karikaturistik personajlarına çevirildi.

Sözsüz ki, dünya siyasətində, ictimai həyatında baş verən bu iyerarxik yerdəyişmə incəsənətdə, ədəbiyyatda da etik-estetik ənənələrə qarşı inqilabların, sui-qəsdlərin fitilini alışdırmışdı. Ədəbiyyat o zamana qədər xalaxətri yanaşdığı adi, gündəlik faciələrin, heç vaxt heç bir əsərdə süjet xəttinə hökmaranlıq etməsinə imkan verilməyən balaca adamların, az qala, insana qadağan olunmuş kimi təbliğ olunan təbii-bioloji hisslərin mövcudluq haqqını tanımışdı.

Göylərin hökmü ilə baş verən pafoslu bəşəri faciələrin, nəhəng ibrətamiz ölməz xarakterlərin, eşq əfsanlərinin mifləşməsi üzərində yazılan dramatik sevgi romanlarının adı yeni yazılan əsərlərdə ironik ədatlar kimi çəkilirdi. Azərbaycan ədəbiyyatını çıxmaq şərtilə. Bizim ədəbiyyat hələ də adi həyat faciələrini, gündəlik məişət əzablarını, balaca adamların ağrılı talelərini, özlərinin təbii-bioloji hisslərinin, heç olmasa, adını çəkmək istəyən sadə məişət aşiqlərinin utancaq ehtiraslarını lirika xonçasındakı qozuna da almırdı.

Bizim ədəbiyyatın kor Homerləri əsərlərində cəmiyyətin sayılıb-seçilən parislərini, aqamemnonlarını, hektorlarını tərənnüm edir, azadlığı, həyatı əlindən alınmışlara kölə alverçisi kimi yanaşırdılar. Məmur Getelərimiz uydurduqları utopik-ideal aləmlərdə öz faustlarını gözəl yelenalarla evləndirir, rəmzi olaraq klassika ilə müasirliyi cütləşdirib onlardan aldıqları xəyali balaları real gəncliklə qarşı-qarşıya qoyurdular. Ərəb Şərqinin qorxusundan qəbiristanlıqda daldalanan ölüvay füzulilərimizin törəmələri eşq qəhrəmanlarının simasında sufi aşiqlərinə fiziki işgəncə verərək, boyunlarına qoyurdular ki, onlar, az qala, lənətlənmiş hind şudraları kimi əbədi dərdə, işsizliyə, təkliyə məhkum olunublar. Həqiqi müasir məcnunlar sünnət toylarında, leylilər isə saunalarda xalqın piyli zövqünün və tüklü belinin kirini eşməklə dolanırdılar.

Belə bir ərəfədə paytaxtın gənc şair və yazıçıları, musiqiçiləri, rəssamları, rejissorları, hətta oxucu və tamaşaçıları məşhur nağılda əlcəyə yığışan nağıl qəhrəmanları kimi kişili-qadınlı bizim yeni aldığımız ikiotaqlı evə yığışıb balaca bir yaradıcı düşərgə yaratmışdılar. Bu evin daimi və fövqəladə sakinləri dünya mədəniyyətində baş verən yenilikləri izləmək, dartıb Azərbaycana gətirməyin yolları haqqında yay-qış çənə-boğaz olmaqla yanaşı, gələcəkdə fikir və xarakter ayrılıqlarına görə onları gözləyən tənhalıq üçün təcrübə də toplayırdılar.

Bir çoxu labüd ayrılığı qabaqlayaraq elə bu sakinlər arasından özlərinin gələcək sənət və həyat yoldaşlarını seçib evdən gedirdilər. Bu evə kimisi sevgilisi ilə gəlib tək qalır, kimisi də tək gəlib başqasının sevgilisi ilə qayıdırdı. Sevgi şeirləri bu evdə lətifə əvəzi söylənilirdi. Bu ev iyirmi illik Babək-Xilafət müharibəsindən sonra dağıdılan, daha sonra xarabalıqları dərviş ləngəsinə çevirilən Qəhqəhə qalasına bənzəyirdi. Eşq və şərab allahının nəsli kəsilməkdə olan tənha bəndələri bir-birilərini əcdadları sufilərin fitri intuisiyası ilə gəlib bu evdə tapırdılar.

Bu evin üst şüuru içkili öyümələr, xəyanət qisasları, çoxbucaqlı sevgilər, aclıq zarafatları, şair yumruqlaşmaları, qadın qısqanclıqları, küçə xəsarətləri ilə dolu idi. İstedaddan başqa hər şeyə xəyanət etmək olardı, amma istedada, sənətə xəyanət zamanı bu evin alt şüurunda yaşlı sahibə kimi tənha yaşayan qaraqabaq günah hissinın acıqlı-acıqlı donquldanaraq pilləkənlərə yuxarı qalxdığını eşidirdik.

Kapitalist dünyanın amansız pauperizminin gizli-gizli Bakıya yerləşməsi özüylə paytaxta xeyli faciə, tale, qəhqəhə gətirmişdi. Bizim evin sakinləri gündüzlər qəzetlərdə pornopolitik yazılara görə aldıqları qəpik-quruşu gecələr milli pauperizm dövrünün ədəbiyyatına, romantikasına, ədəbi qəhrəmanlarının axtarışına xərcləyirdilər.

Mən özüm də Çörçillsayağı “gündə iki min kərpic və iki yüz söz” prinsipini ilə qonorar xətrinə polilotuloloq və seks mühəndisi kimi yazılar yazdığım qəzet səhifələrini altdan-altdan güdərək, Azərbaycanın ən balaca insanının gündəlik adi həyat faciələri ilə dolu ömrü haqqında ictimai roman yazmaq üçün sosial mövzulu yazıların arasında axtarışlar aparırdım. Mən bu yazılarda insanın alın yazısının müəllifini yox, redaktorunu axtarırdım. /az.azvision.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.